Bu siyahıdan lazımi variantı seçdikdən sonra “Search Again” düyməsini basmaqla axtarış yenidən təkrarlanır və “axtarış” sözünün seçilən mənasına görə yeni nəticələr alınır. Əgər seçilmiş mənaya görə axtarış nəticələri istifadəçini qane etmirsə, o, sorğunu dəqiqləşdirən bir neçə sözdən istifadə etməklə, yenidən axtarış apara bilər. OİNGO-da
sorğu dili demək olar ki, yoxdur. Təkcə “+” işarəsindən istifadə etmək olar. Bu halda həmin sözün sənəddə mütləq olması tələb edilir
APORTsistemi.APORT sistemi Rusiyanın “Runet” adlanan 3 axtarış serverlərindən biridir. Onun indeks bazası o qədər də böyük deyil və operativliyi də yüksək deyil. Lakin APORT sistemi bəzən digər sistemlər tərəfindən tapılmayan sənədləri tapa bilir. Bu sistemin digər üstün cəhəti ondan ibarətdir ki, o, sənədin indeksinə görə onun ilkin mətnini bərpa edə bilir. Hazırda APORT-un indeks bazasında 2 milyondan artıq sənədin indeksi toplanmışdır. Sistem axtarış üçün daxil edilən sözdəki səhvləri düzəldir və müxtəlif söz formalarına görə axtarış apara bilir. AND (&), OR (│), NOT məntiqi operatorları, mötərizəyə alınmış məntiqi qrupları , frazalara görə axtarışı dəstəkləyir, sözlər arasındakı məsafənin məhdudluğunu, sözlərin və frazaların sayını nəzərə ala bilir. URL-ə görə axtarış apara bilir və sənədin yaranma tarixinin qəbul edilən qiymətini nəzərə ala bilir. Bütün bunlarla yanaşı, APORT həm sorğunu, həm də sorğuya görə alınan nəticələri ingilis dilindən rus dilinə və əksinə çevirə bilir. Bu sistemdə də sözün sənəddə yerləşdiyi sahənin adına görə axtarış aparmaq imkanı var.
RAMBLER axtarış sistemi. RAMBLER – çoxlu sayda axtarış serverlərinə, o cümlədən: “Rambler Top 100” reytinqi, müxtəlif mövzulara aid kataloqlar, faylların axtarışı, müxtəlif suallar üzrə arayış sistemi və s. malik olan çoxfunksiyalı sistemdir. RAMBLER-in bir çox serverləri ayrıca axtarış serverləri kimi də istifadə edilir. Axtarış keyfiyyətinə görə RAMBLER digər tanınmış sistemlərdən geri qalmır.
Burada da AND, OR, NOT məntiqi operatorlar, məntiqi qruplar, bir simvolu əvəz edən “?” və bir neçə simvolu əvəz edən “*” metasimvollar dəstəklənir. Axtarış üçün sorğu formasında axtarışın harada aparılmasını, axtarılan sənədin dilini, sözlər arasındakı məsafəni, sənədlərin yaranma tarixlərinin intervalını göstərmək olar. Sənədləri həm onların relevantlıq dərəcəsinə görə, həm də yaranma tarixlərinə görə nizamlamaq mümkündür.
YANDEXaxtarışsistemi.YANDEX – rus axtarış sistemləri arasında ən məşhur, indeks bazası ən böyük və axtarış imkanları ən yaxşı olan sistem hesab olunur. Onun indeks bazasında təkcə Rusiya saytları deyil, MDB ölkələrinin və digər ölkələrin də saytları əhatə olunur. YANDEX-in əsas üstünlüyü sorğudakı sözlərin bütün formalarına görə axtarış apara bilməsidir. Hətta lüğətdə olmayan sözlər üçün də onların söz formalarını tərtib edə bilir. Sistem AND, OR, NOT məntiqi operatorları, məntiqi qrupları, frazalara görə axtarışı dəstəkləyir. Axtarışı açar sözlərin bütün formalarına görə və ya konkret verilmiş formaya görə aparmaq olar. Sözlərin arasındakı məsafəni onların ardıcıllığını nəzərə almaqla təyin etmək mümkündür. Sənədlərin başlıqlarına və onlardakı istinadlara görə xüsusi axtarış da aparmaq imkanı var. Bundan əlavə, əvvəlki sorğuda tapılmış sənədlərə oxşar sənədlərin axtarışını da aparmaq olar. Axtarış üçün kataloqun konkret bölməsini seçməklə, axtarış fəzasını daraltmaq mümkündür. Axtarışın nəticələri istifadəçini qane etmirsə, axtarışı ALTAVİSTA sistemində davam etdirmək olar. Bu halda YANDEX-də emal olunmuş sorğu hazır şəkildə ALTAVİSTA-ya ötürülür. YANDEX ailəsinə axtarış sistemindən əlavə istifadəçilərə öz Web-saytlarını yerləşdirmək üçün pulsuz disk yaddaşı və əlavə elektron poçt qutusu təqdim edən “Narod.Ru” adlı “virtual şəhər”də daxildir.
Metaaxtarış sistemləri. Hər bir axtarış mexanizmi özünə məxsus müsbət və mənfi cəhətlərə malikdir. Kataloqlar saytların axtarışı üçün, axtarış sistemləri isə səhifələrin axtarışı üçün daha münasib hesab olunurlar. Axtarış sistemlərin sayı da kifayət qədərdir. Onlardan bəziləri yaxşı axtarış aparır, digərləri tapılan sənədləri yaxşı nizamlayır, o biriləri rahat interfeysə malikdirlər və s. Odur ki, İNTERNET
istifadəçiləri çox vaxt bir neçə axtarış sistemindən istifadə etməklə, axtardıqları sənədləri tapmağa çalışırlar. Lakin bu zaman istifadəçi əksər halda çox böyük sayda sənədlər alır və onların da çoxu bir- birini təkrarlayır. Bu problemin həlli üçün metaaxtarış sistemlərindən istifadə olunur. Onlar axtarış üçün sorğunu eyni vaxtda bir neçə axtarış sisteminə və ya kataloqa ünvanlayır, sonra isə alınmış nəticələri birləşdirir və bu zaman təkrarlanmaları aradan qaldırırlar. Metaaxtarış sistemləri az rast gələn nadir sözlərə görə axtarış üçün daha səmərəli olurlar.
METACRAWLER metaaxtarış sistemi. METACRAWLER-İnternet-in qərb seqmentində metaaxtarışın liderlərindən biridir. Axtarış üçün sorğunu aşağıda sadalanan 15-ə qədər ən güclü axtarış sistemlərinə və kataloqlara göndərir: Yahoo, Altavista, Google, Lycos, Directhit, Webcrawler, Excite, Findwhat, Goto.com, İnternet Keywords, Kanoodle, Metacatalog, Looksmart, Sprinksbyabout. Bu slaydlardan bəziləri o qədər də tanınmayıblar. Lakin axtarış tamlığı üçün onların da rolu olur. “Geniş axtarış” rejiminə keçməklə göstərilən sistemlərdən ən yaxşılarını seçmək olar. METACRAWLER hər bir axtarış sisteminin nəticələrindən ilk 30 ünvan götürür, təkrarlanmaları aradan qaldırır, alınmış ümumi siyahını istinad reytinqinə görə nizamlayıb istifadəçiyə təqdim edir. Sorğuda bir neçə açar sözdən istifadə etdikdə sistem sözlərin hamısına (all), istənilən birinə (any) və ya bütövlükdə sözbirləşməsinə (phrase) görə axtarış apara bilir.
IXQUİCK metaaxtarış sistemi. IXQUİCK ən yaxşı metaaxtarış sistemlərindən biri hesab olunur. Bu sistemə verilən sorğu 14-ə qədər müxtəlif axtarış sistemlərinə istiqamətləndirilə bilər: AOL, LİVE DİRECTORY, ALTAVİSTA, LOOK SMART, EXCİTE, LYCOS, FAST SEARCH, MSN, GO TO,
SNAP, HOTBOT, INFOSEEK, YAHOO. Istifadəçi IXQUİCK-in pəncərəsində bu sistemlərin adlarından sol tərəfdə yerləşdirilmiş işarəni qeyd etməklə, onlardan yalnız məqsədəuyğun olanlarını işə sala bilər. Sorğuya görə tapılmış sənəd müəyyən sayda ulduz işarələri ilə müşayət edilir.
Ulduzların sayı axtarış nəticələrinin alınmasında payı olan axtarış sistemlərinin sayını göstərir. Pəncərənin aşağı hissəsində axtarış payı olan hər bir sistemin adı və tapdığı sənədlərin sayı verilir. Metaaxtarış sistemlərindən ilkin axtarış üçün də istifadə etmək olar. Baxılan metaaxtarış sistemlərindən başqa digər sistemlər, o cümlədən, rus metaaxtarış sistemləri də var. Rusiyanın metaaxtarış sistemlərindən ən çox tanınanlarına POİSK və SEARCH sistemlərini misal göstərmək olar.
Axtarış sistemlərininkataloqları.Dünya miqyasında axtarış sistemlərinin sayı çoxdur. Onların içərisində ən çox istifadə olunanlar və ən az istifadə olunanlar var. Axtarış sistemlərinin ən çox və ya ən az istifadə olunması onun xarakteristikaları və imkanları ilə təyin olunur. Odur ki, axtarış sistemlərinin xarakteristikaları haqqında müqayisəli məlumatın olması çox vacibdir. Bu cür məlumat xüsusi kataloqlarda verilir. Bu baxımdan Rusiyanın İnternet fəzasında təşkil edilən axtarış sistemlərinin kataloqları diqqətə layiqdir. Rusiyanın İnternet fəzasında (Runet) reallaşdırılan ən rahat və tam kataloqlardan biri SEARCH KIT adlı kataloqdur. Bu kataloqda 150-dən çox dünya və 50-yə qədər rusdilli axtarış sistemləri, reytinqlər və axtarış kataloqları haqqında məlumat və onların ünvanları verilir. Kataloqdan istifadə edərkən orada göstərilmiş hər bir axtarış sisteminə kataloqun təqdim etdiyi formada sorğu vermək olar. Hər bir axtarış sisteminin rus dilində işləyə bilməsi imkanı xüsusi işarə ilə qeyd edilir. Kataloq informasiya axtarışının bütün istiqamətlərini əhatə edir. Həmin kataloq vasitəsilə ənənəvi axtarış sistemləri ilə yanaşı, xüsusi axtarış sistemlərindən də istifadə etmək olar.
Internet-dəportallar. “Portal” sözünün hərfi mənası “darvaza”, “binaya giriş” deməkdir. Internet-də isə portal dedikdə özündə bir neçə saytı: axtarış sistemini, İnternet səhifələrinin kataloqunu, xəbərlər xidmətini, elektron ensiklopediyasını, elektron mağazanı, elektron elanlar lövhəsini və s. birləşdirən güclü informasiya sistemi başa düşülür. Daha böyük portallar isə sadalanan İnternet resurslarının hər birindən bir neçəsini özündə cəmləyir, məsələn, bir neçə elektron ensiklopediyasını, bir neçə müxtəlif kataloqları, müxtəlif mövzulara aid xəbərlər qruplarını və s. portalın bu cür müxtəlif informasiya resursları həm ümumi interfeysə və istinadlara görə, həm də ümumi axtarış sisteminə görə bir-birilə əlaqəli olurlar. Portalların əsas üstünlüyü də buradan irəli gəlir: portalın axtarış sisteminə verilən sorğuya cavab kimi portalın bütün resurslarına istinadlar almaq olar. Portal sistemləri əsasən ayrı-ayrı mövzu sahələrinə görə təşkil edilirlər. Tematik portallardan əlavə, hər hansı ərazinin, ölkənin və ya şəhərin informasiya resurslarını birləşdirən portallara da rast gəlinir.
Portallar ölçülərinə görə də müxtəlif olurlar: ən nəhəng portallardan tutmuş, adi istinadlar yığımından ibarət olan kiçik portallara qədər. Portalın adı İnternet axtarış sistemindən əsas fərqi ondan ibarətdir ki, burada lazımi cari informasiyanı: hava haqqında məlumatı, son xəbərləri, valyuta məzənnəsini, telekanalların proqramlarını və s. almağa çox az vaxt sərf olunur. Portallara misal olaraq rus portallarından “Kiril və Mefodiy”, “Kulichki”, azəri portallardan “Azəri_info”, “Science” və s. göstərmək olar.