Birbaşa qoşulma üçün istifadə olunan ilkin kabel texnologiyaları və inkişafı
Lokal şəbəkələrin yaradılmasında aşağıdakı qurğulardan geniş istifadə edilir:
-Körpülər (ingiliscə Bridge)- iki lokal şəbəkəni birləşdirir. Şəbəkələr arasında heç bir dəyişiklik etmədən verilənləri paket şəklində ötürür. Bundan əlavə körpülər şəbəkəni lokal verilənlər axınından qoruyaraq, xaricə digər şəbəkə seqmentləri üçün təyin edilmiş verilənləri ötürməklə paketləri filtrləyə də bilərlər;
Marşrutlaşdırıcılar (ingiliscə Router)- körpülərdən fərqli olaraq ümumi protokollu şəbəkələri daha səmərəli birləşdirirlər. Məsələn marşrutlaşdırıcı iri həcmli məlumatları daha kiçik hissələrə bölməklə lokal şəbəkələrin müxtəlif ölçülü paketlərlə qarşılıqlı əlaqəsini təmin edir. bundan əlavə marşrutlayıcı paketi konkret ünvana göndərə bilər. paketin hərəkəti üçün ən yaxşı yolu seçə bilər;
Körpü marşrutlaşdırıcısı (ingiliscə Brouter)- bu körpü və marşrutlaşdırıcının hibridi olub, əvvəlcə mümkün olan yerdə marşrutlaşdırmanı həyata keçirir, müvəffəqiyyətsizlik halında körpü rejiminə keçir;
Şlüz (ingiliscə GateWay)- körpülərdən fərqli olaraq müxtəlif şəbəkə protokollarına malik şəbəkələri birləşdirir. Burada şlüzə bir şəbəkədən daxil olan məlumat onun ötürüləcəyi şəbəkənin tələblərinə uyğun olaraq çevrilir və sonra ötürülür. Beləliklə şlüzlər yalnız şəbəkələri birləşdirmir, həm də onların vahid şəbəkə kimi işləməsini təmin edir. Şlüzlər vasitəsilə lokal şəbəkələr universal güclü kompüterlər olan meynfreylərə də birləşdirilə bilir.
Qeyd edək ki, hazırki dövrdə müvəffəqiyyətlə simsiz şəbəkələrdən də istifadə edilir. Adətən simsiz şəbəkələrdən o yerlərdə istifadə edilir ki. həmin yerlərdə kabellərdən istifadə mümkün deyil və ya onlardan istifadə problemlər yaradır. Buna tarixi binaları, metal və dəmir beton döşəməli otaqları, qısa müddətə icarəyə götürülmüş ofisləri, anbarları, sərgi və konfrans zallarını misal göstərmək olar. Simsiz şəbəkələrin aşağıdakı topologiyaları mövcuddur: