Web sistemləri fənnindən mühazirələr


Ümumi istifadəli qlobal şəbəkə xidmətlərinin protokolları



Yüklə 0,53 Mb.
səhifə3/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   21
Web sistemleri

Ümumi istifadəli qlobal şəbəkə xidmətlərinin protokolları


SLİP protokolu. SLİP (Serial Line İP, ardıcıl kanallar protokolu və uzaqlaşdırılmış istifadəçilərin xostlara qoşulması) ilkin standart olmaqla ardıcıl əlaqə xəttləri ilə qoşulmuş qurğulara TCP/İP protokolu ilə işləməsinə imkan verir və uzaqlaşdırılmış istifadəçilərin xostlara qoşulması üçün nəzərdə tutulur. Onu da qeyd etməliyik ki, SLİP protokolu sadə şəbəkə texnologiyası müddətində işləndiyindən olduqca adidir. O cümlədən ardıcıl kanal üçün kadrların formaya salınması mexanizmini təyin edir.
SLİP protokolu ayrılmış kanallarla daxil olan bitlər axınında İP paketinin başlanğıc və sonunu müəyyən edə bilsin. İP protokolundan başqa SLİP protokolu şəbəkə səviyyəsinin başqa protokollarına himayə etmir.
İP paketlərinin sərhədlərinin müəyyənləşdirilməsi üçün xüsusi END simvolundan istifadə olunur. Xüsusi simvoldan istifadə münaqişə yarada bilər. Əgər göndərilən verilənlərin baytları END simvolu eynidirsə, bu halda o paketin sonu əlaməti kimi təyini səhv olacaq. Bu vəziyyətin qarşısının alınması üçün END simvolunun qiymətinə bərabər olan verilənlər baytının qiyməti xüsusi ESC (DB) simvolu və DC kodundan ibarət olan iki baytlı ardıcıllıqla əvəz olunur. Əgər verilənlər baytı da SLİP ESC simvolu kodu kimidirsə onda SLİP simvolu və DD kodundan ibarət olan iki baytlı ardıcıllıqla əvəz olunur. Paketin son baytından sonra END simvolu ötürülür. Tərkibli (mürəkkəb) ardıcıllığın formaya salınma mexanizmin strukturu göstərilmişdir (şəkil.).

Burada İP standart paketi verilmişdir (bir bayt END simvolu ilə, o birisi isə DB simvolu ilə eyniləşdirilir) və ona uyğun ondan 4 bayt artıq olan SLİP paketi göstərilmişdir. SLİP protokolu spesifikasiyasında ötürülən paketin maksimal uzunluğu təyin edilməmişdir, ancaq İP paketinin real ölçüsü 1006 baytdan artıq olmamalıdır. Bu məhdudiyyət SLİP protokolunun ilkin realizasiyası ilə əlaqəlidir (müasir realizasiya zamanı şəbəkə adminstratoruna imkan verilir ki, paketin ölçüsünü özü təyin etsin və heç bir göstəriş verilməzsə 1500 baytdan istifadə olunur).


SLİP protokolu ilə əlaqənin yaradılması üçün kompüterlər bir-birinin İP ünvanını bilməlidir. Ancaq elə hallarda mümkündür ki, xostla marşrutizator arasında birləşmə həyata keçirilərsə bu halda sonuncuya onun İP ünvan informasiyanı xosta ötürməlidir. SLİP protokolunda ünvan informasiyanı mübadilə etmək mexanizmi yoxdur. Ona görə də bu məhdudiyyət bəzi şəbəkə xidməti növləri üçün SLİP- dən istifadəçiyə imkan vermir. SLİP protokolunun başqa qüsurlarından biri də paketi SLİP paketinə inkapsulyasiya olunan protokol tipinin indikasiyasının olmamasıdır. Ona görə də ardıcıl xətt boyunca vasitəsi ilə SLİP protokolu vasitəsi ilə yalnız bir İP şəbəkə protokolunun trafikini ötürmək olar. SLİP protokolunda səhvlərin aşkarı və onun ləğv mərhələləri nəzərdə tutulmamışdır. Həmin funksiyalar yuxarı səviyyə protokolları ilə təmin olunur: İP protokolu İP başlığına görə paketin tamlığını yoxlayır (yəni testdən keçirir) və iki nəqliyyat protokolundan biri (UDP yaxud TCP) nəzarət cəmi ilə bütün tamlığı (düzgünlüyü) yoxlanılır.
Ardıcıl əlaqə xəttinin buraxıcılıq qabiliyyətinin aşağı olması paketlərin ötürülmə müddətinin aşağı salınmasını məcbur edir, bununla da ondakı xidməti informasiyanın tutumu aşağı salınır. Bu məsələ paketlərin sıxılmasını icra edən Compressed SLİP (CSLİP) protokolunun köməyi ilə həll olunur. C SLİP- protokolunun meydana gəlməsi axınla izah olunur ki, Telnet, Rloqin və sairə tipli proqramlardan istifadə zamanı verilənlərin bir baytının göndərilməsi üçün İP paketinin 20 baytlıq başlığının və TCP paketinin isə 20 baytlıq başlığının (cəmi 40 bayt) ötürülməsi tələb olunur. C SLİP spesifikasiyası SLİP protokolları 40 baytlıq başlığı 3-5 bayta qədər sıxılmasını təmin edir. Hal-hazırda SLİP protokolları realizasiyasının əksəriyyətinə SLİP spesifikasiyası ilə kömək olunur.
Beləliklə, SLİP protokolu İP paketinin sərhəd bitlərinin ardıcıl kanalla ardıcıl ötürmələrdən seçilməsi işini yerinə yetirir. Bu protokol ünvan informasiyasının ötürülməsi, şəbəkə səviyyə protokolu tipinin identifikasiyası, səhvlərin təyini və düzəldilməsi mexanizmi yoxdur.
PPP protokolu. İki tərəfli rabitə protokoludur. İnternet vasitəsilə rabitənin təşkilində istifadə olunur. O cümlədən İnternet şəbəkəsində kompüterlər və digər qurğular arasında da istifadə olunur. PPP protokolu (Point-to-Point Protocol, “nöqtə-nöqtə” protokolu) köhnəlmiş SLİP protokolu əvəzinə ardıcıl qlobal əlaqə kanalı ilə informasiya kadrının ötürülməsi üçün TCP/İP stekinin bir hissəsi kimi İnternet problemleri üzrə mühəndis qrupu olan İETE (The İnternet Enginering Task Force) tərəfindən korporativ şəbəkələrdə marşrutizatorlar arası birləşmələrin təşkili üçün və servislərlə uzaqlaşdırılmıış istifadəçilərin birləşdirilməsi zamanı qlobal şəbəkələrin əlaqə xətti üçün faktiki standartdır. PPP protokolunun işlənməsi zamanı əsas kimi HDLC kadrının formatı götürülmüş və xüsusi sahələr ilə əlavə edilmişdir.HDLC kadrının verilənlər sahəsinə PPP protokolunun sahəsi yerləşdirilir.
PPP protokolu inkapsullaşma (yığılma) vasitəsi olub, qlobal şəbəkələrdə kütləvi surətdə istifadə edilir. Bu protokolun tərkibi üç elementdən təşkil edilir:

    1. ardıcıl kanallarda deytaqramların inkapsullaşma metodu;

    2. rabitənin təşkili, konfiqurasiya və sınağı üçün istifadə olunan rabitə kanalının idarə etmə protokolu hesab olunan LCP (Link Control Protocol) protokolu;

    3. şəbəkə səviyyəli müxtəlif protoolların qurulması və konfiqurasiyası üçün istifadə olunan şəbəkənin idarə etmə protokolu hesab olunan NCP (Network Control Protocol) protokolu.

PPP kanalında iki nöqtə arasında birbaşa (düzünə istiqamətdə) rabitə yaratmaq məqsədi ilə, həmin nöqtələrin hər biri LCP paketlərini göndərməklə, rabitənin təşkili üçün konfiqurasiya sxemini tərtib edir. Rabitə təşkil edildikdən sonra şəbəkə səviyyəsində işləmək üçün PP protokolu lazım olarsa autentifikasiya əməliyyatı məcburi mərhələ hesab edilmir. Əgər autentifikasiya əməliyyatı tələb edilərsə, rabitənin təşkili anında sistem autentifikasiya protokolları üçün əlavə konfiqurasiya sxemləri hazırlanır. PPP protokolundan əsas etibarı ilə kommutasiya edilən telefon rabitə xətti və ya ayrılmış kanallardan istifadə edilməklə PPP sreveri ilə mərkəzi kompüter və marşrutlayıcılar arasında əlaqə qurmaq üçün istifadə edilir.



  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin