İşçi masada qadjetlər (mini proqramlar) və nişanlar
Hələ Windows əməliyyat sisteminin əvvəlki versiyalarında da İşçi masaya nişanlardan əlavə, hansısa faydalı obyektləri də yerləşdirə bilirdilər. Məsələn, Windows 95- də Панель быстрого запуска adlı şaquli panel daxil edilmişdir. Nədənsə, Windows- un sonrakı versiyalarında bu alət istifadə olunmadı. Lakin bir neçə ildən sonra belə şaquli panelləri genişləndirilmiş imkanlarla digər kompaniyalar tətbiq etməyə başladılar, məsələn, Google sistemi ondan istifadə etməyə başlamışdır.
Windows sisteminin yaradıcıları 2006 ild ə “vicetləri” yaratdılar. Vicetləri izah etmək üçün belə bir bənzətmə verək. Əgər Windows- u pəncərə ilə müqayisə etsək, onda vicetlər orada kiçik nəfəslik deyil, kiçik bir informasiya mənbəyidir. Bu obyekt istənilən faydalı informasiyanı əks etdirə bilər, o cümlədən İnternetdən əldə olunmuş informasiyanı, xəbərlər başlıqlarını, hava proqnozunu, aksiyaların kursunu və s. tipli informasiyanı özündə əks etdirə bilər.
Belə vicetləri öz faydalılığına görə bir neçə müddətdən sonra Mac OS, Google Desktop- dan başlayaraq Opera brauzerinə qədər Windows üçün bir sıra proqramlar da istifadə etməyə başladı. Google da Microsoft kimi bundan geniş istifadə etməyə başladı və vicetləri artıq “qacetlər” kimi adlandırmağa başladı. Qacetlər mini- proqramlar da adlandırılırlar Son dövrlər isə qadjetləşdirmə Windows- da daha geniş yayılmağa başladı və Microsoft kifayyət qədər uğurlu vasitələri özünün köhnə şaquli paneli ilə birləşdirməyi qərarlaşdırdı.
Windows 7- də qacetlər üçün Панель управления (Control panel) İdarə etmə panelində xüsusi bölmə ayrılmışdır. Bu bölmə Гаджеты рабочего стола (Desktop Gadgets (İş masası mini-proqramları)) adlanır və İdarəetmə panelində Оформление и персонализация (Appearance and Personali zation (Görünüş və fərdiləşdirmə)) bölməsinin daxilində yerləşir. Lakin İşçi stola qacet əlavə etmək üçün kontekst menyusundan da istifadə etmək olur. Onun üçün ekranda siçanın sağ düyməsini sıxın və açılmış pəncərədən də Гаджеты (Gadgets (Mini- proqramlar)) əmrini seçin.
Bir qayda olaraq qadjetlər paneli aşağıdakıları özündə saxlayır.
Müəyyən üslubda olan dairəvi saat.
Slaydların təqdimatı. Bu kiçik pəncərədə sizin fotoqrafiyalarınızdan ibarət olan qovluqlardan təsvirlər əks olunur.
İnternetdə işləyəndə sizin üzv olduğunuz veb- kanallardan (RSS) xəbər başlıqları.
Sizin region üçün hava proqnozu.
Valyutanın kursu.
Qiymətli kağızlar.
Təqvim.
Prosessorun və yaddaşın yüklənməsi indikatoru.
əlaqələr.
İstənilən mini-proqramı paneldə bağlamaq olur və ya siçanla yeni bir yerə şürüşdürmək olur. Panelin üzərinə siçanın sağ düyməsini sıxsanız və bu zaman açılmış açılmış pəncərədən Поверх остальных окон (Always on top (Həmişə üstdə)) bölməsini qeyd etsəniz, onda həmin panel hər zaman bütün pəncərələrin üzərində gözünüzün qarşısında olacaq. Adətən qadjet yalnız o halda görünən olur ki, nə zaman ki, bütün açılmış pəncərələr bükülür. Bu halda bu kiçik pəncərəni yarım şəffaf etmək əlverişlidir. Bu parametr də həmçinin kontekst menyusu vasitəsilə nizamlanır.
Şəkil 5.12. Mini-proqramlar kitabxanası
Əgər mini-proqramlar pəncərəsindən Найти гаджеты в Интернете (Get more gadgets online (Digər mini-proqramları onlayn tap)) istinadına sıxsanız, onda siz Windows Live Gallery (http://gallery.live.com) adlı xüsusi sayta daxil olarsınız. Bu saytda istənilən zövqə uyğun 300- dən çox qadjet yerləşmişdir. Məsələn, CTControl mini-proqramı sizin paneli gözəl budilniklə, həmçinin noutbuku söndürməyə və yenidən yükləməyə imkan verən düymələrlə təhciz edir. Bəzən Windows 7- in mini-proqramları ilə yanaşı alternativ panellərdən də istifadə olunur, məsələn, Google Desktop panelindən istifadə etmək olur.
İşçi masada qacetlərdən başqa bir sıra digər faydalı nişanlarıda yerləşdirmək olur, məsələn
Компьютер (Computer (Kompüter)) nişanı
İstifadəşilərin fay larının nişanları
Панель управления (Control Panel (İdarəetmə Paneli)) nişanı.
Сеть (Şəbəkə) nişanı.
Dostları ilə paylaş: |