Məlumdur ki, təxminən iyirmi il bundan əvvəl kompyuterlə əsas işləmə rejimi “əmr sətri” rejimi idi. Burada əmrlər isə kompyuterə klaviatura ilə daxil edilirdi. Məsələn, hal hazırda mətn prosessoru olan MS Word proqramını yükləmək üçün Windows əməliyyat sisteminin İşçi masasında bu proqramın nişanına siçanı sıxmaq kifayyətdir. Əvvəllər isə DOS əməliyyat sistemlərində isləyəndə bunun üçün C:\ WORD\ word.exe C:\doc\mybook.doc tipli əmr daxil etmək lazım gəlirdi.
Hal hazırda əmr sətri rejimindən demək olar ki, istifadə olunmur. Lakin əmr sətri rejimi bütün müasir əməliyyat sistemlərində məsələn, Mac OS və Linux- dan başlayaraq Windows əməliyyat sisteminə qədər hamsında qalmışdır. Bu rejim hal hazırda sadə istifadəçilər üçün nəzərdə tutulmayıb. Bu rejim əsasən mütəxəsislərə “gizlin” xidməti proqramları işə salmaq üçün lazımdır. Məsələn
Regedit reestr redaktorunu və Windows Msconfig tənzimləmə proqramını işə salmaq üçün lazım gəlir, ona görə ki, bunları heç bir standart proqram menyusunda tapa bilməsiniz.
Windows 7- də axtarış sətri əmr sətrini nisbətən əvəzləmışdır, lakin bəzi hallarda o kömək edə bilmir. Məsələn, müəyyən proqramı hansısa əlavə açarla yükləmək lazım gələndə axtarış sətri kömək edə bilmir. Misal kimi Ping əmrini göstərək. Bu əmrin köməyilə İnternetdə sizə lazım olan qovşağa daxil olma imkanını yoxlayır, həmçinin ona qədər siqnalın keçmə vaxtını yoxlayır. Bu əmr aşağıdakı kimi görünür:
Ping ya.ru və ya Ping-t 213.180.206.1
Ping proqramını axtarış sətri ilə asanlıqla tapmaq olur, lakin onu əlavə açarla yükləmək olmur. Belə məsələləri həll etmək üçün Windows- da “əmr sətri” (Выполнить (Run (İcra et))) vasitəsi vardır. Windows 7- də bunu çağırmaq üçün Win və R klavişlərini birgə sıxmaq lazımdır. Bu zaman ekrana Выполнить (Run (İcra et)) adlı pəncərə çıxır (şəkil 5.13). Bu pəncərədə isə əmr sətri rejiminin bütün imkanlarını istifadə etmək olur.
Şəkil 5.13
Dostları ilə paylaş: |