Администратор (Administrator (İnzibatçı)) rejimində olmaqla, siz təkcə özünüzün qeydiyyat vəsiqənizi deyil, həm də kompüterdəki digər istifadəçilərin də qeydiyyat vəsiqələrini dəyişdirə bilərsiniz. Bunun üçün aşağıdakı əməliyyatı yerinə yetirmək lazımdır.
Bundan əvvəlki bölmədə göstərdiyimiz qaydada Панель управлния (Control Panel (İdarəetmə Paneli))- nın Учетные записи пользователей (İstifadəçi hesabları) bölməsini seçək. Bu zaman açılmış pəncərədən isə Внесение изменений в учетную запись пользователя (Make changes to your account (İstifadəçi hesabınıza dəyişikliklər edin)) bölməsini seçmək lazımdır. Bu pəncərədə aşağıdakı bölmələr vardır:
Изменение имени учетной записи (Change your account name (Hesabınızın adını dəyişdirin))- qeydiyyat vəsiqəsinin adının sadə dəyişdirilməsi.
Создание (Изменение) пароля (Create a password for your account (Parolunuzu dəyişdirin))-
Konfiqurasiyanın açılması üçün parolun yaradılması və dəyişdirilməsi.
Удаление пароля (Delete password (Parolunuzu silin))- Konfiqurasiyanın açılması üçün qoyulmuş parolun ləğv edilməsi.
Şəkil 5.11
Изменение рисунка (Change your Picture (Şəklinizi dəyişdirin))– hər bir istifadəçini simvolizə edən kiçik şəklin dəyişdirilməsi üçündür və bu şəkil onun adının yanında görsənir (məsələn, Start (Пуск (Başlat)) menyusun «baş hissəsində»).
Изменение типа учетной записи (Change your account type (Hesabınızın tipini dəyişdirin))– bu bölmədə istifadəçilərin əməliyyat sisteminə daxilolma hüquqlarını dəyişdirə bilərsiniz (Администратор компьютера (Administrator (İnzibatçı)) və ya Ограниченная запись (Standart User (Standart istifadəçi)).
Удаление учетной записи- Burada başqa istifadəçini, başqa qeydi ləğv etmək olur, amma diqqət etmək lazımdır ki, müəyyən istifadəçinin qeydini buradan ləğv etdikdə ona uyğun olan bütün tənzimləmələr və bu istifadəçinin ona uyğun olan lokal qovluqlarda saxladığı sənədlərdə yox olacaqdır.
Burada parolların yaradılması və dəyişdirilməsi bölməsi xüsusi əhəmiyyət kəsb edir. Bu bölmənin köməyilə siz öz konfiqurasiyanıza parol qoymaqla, ona girişi məhdudlaşdırır və onu kənar istifadəçilərdən qoruyursunuz.