Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri


Yeni istifadəçilərin yaradılması



Yüklə 0,95 Mb.
səhifə19/28
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42922
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
windows 7 emeliyyat sistemi aze (1)

Yeni istifadəçilərin yaradılması


Aydındır ki, yeni istifadəçi dedikdə, burada əməliyyat sisteminin yeni bir istifadəçiyə xidmət edən yeni bir konfiqurasiyanın yaradılması başa düşülür.

Bu istifadəçilərdən əsasını biz artıq Windows 7 əməliyyat sistemini kompüterə yükləyən zaman yaratmışıq. Qeyd edək ki, Windows 7-nin inistalizasiyası gedən zaman bu adı əməliyyat sistemi istifadəçidən soruşur və bu zaman birinci istifadəçinin qeydiyyatı yaranır. Bu qaydada yaranmış yeganə istifadəçi administrator hüquqlarına malik olur, yəni istənilən qovluqla, sənədlə və proqramla işləyə bilir, həmçinin kompüterin konfiqurasiyasına istənilən düzəlişi daxil edə bilir.

Kompüterdə başqa bir neçə müstəqil konfiqurasiya (istifadəçi) yaratmaq üçün Start (Пуск (Başlat)) menyunun Панель управления (Control Panel (İdarəetmə Paneli)) bölməsini fəal- laşdırırıq, bu zaman açılmış pəncərədən «Учетные записи пользователей (User Accounts and

Family Safety (İstifadəçi hesabları və ailəvi təhlükəsi zlik)) bölməsini seçirik. Buradan isə Добавление и удаление учетных записей пользователей (Add or remove user accounts (İstifadəçi hesabları əlavə et və ya sil)) bölməsini seçmək lazımdır.



Əvvəlcə açılmış pəncərədən Создание учетной записи (Create a new account (Yeni hesab yarat)) sətirinə siçanın göstəricisini silkmək lazımdır, bu zaman lazım olan bütün uyğun əməliyyatları yerinə yetirəcək «usta» proqramı işləməyə başlayacaqdır. Burada hər şeydən əvvəl yeni daxil ediləcək istifadəçinin adını yazmaq lazım gəlir və bundan sonra isə bu menyudan yeni daxil ediləcək istifadəçinin hansı səlahiyyətlərə malik olacağını təyin etmək lazımdır. Burada aşağıdakı hallar vardır: Администратор компьютера (Administrator (İnzibatçı)) və Обычный доступ (Standart user (Standart istifadəçi)). Администратор компьютера (Administrator (İnzibatçı)) istifadəçisi kompüterdə istənilən dəyişikliyi edə bilər. Обычный доступ (Standart user (Standart istifadəçi)) istifadəçisi isə praktik olaraq nisbətən az hüquqlara malikdir o, yalnız ümumi istifadə olunan qovluqlarla işləyə bilər və hətta o heç də həmişə öz konfiqurasiyasında kompüterə proqram quraşdıra (yükləyə) bilməz. Onu da qeyd edək ki, sonradan kompyuterdə istənilən istifadəçinin hüququnu dəyişmək olur. Yəni onu ya Администратор компьютера (Administrator (İnzibatçı))-ə çevirmək olar, ya da onun hüquqlarını azaltmaq olar.

Создание учетной записи (Create Account (Hesab yarat)) düyməsini sıxmaqla qeydiyyat vəsiqəsinin yaradılması prosedurunu yekunlaşdırmış oluruq.

İndi əməliyyat sistemi yenidən yükləndikdə ekranda sizin yaratdığınız qeydiyyat vəsiqəsinə uyğun xüsusi bəzədilmiş nişanlı Окно приветствия (Xoş gəlmisiniz) adlanan pəncərə çıxacaqdır.

Buradan da bu və ya digər nişanı siçanın göstəricisi ilə silkməklə siz bu və ya digər konfiqurasiyaya girə bilərsiniz. Daha sonra ehtiyat etmədən təsadüfən başqa istifadəçinin para- metrlərinə toxunmaq təhlükəsi yaranarsa, Windows-un ümumi görünüşünü dəyişmək və sistemə yeni proqramlar quraşdırmaq olar.



Hər şeydən əvvəl qeydiyyat vəsiqəsinin özünün bir sıra əlavə parametrlərini tənzimləmək üçün yenədə Панель управления (Control Panel (İdarəetmə Paneli)) bölməsinə qayıtmaq lazım gəlir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin