Windows əməliyyat sistemi


-ci  ilin aprel ayında buraxılan  Windows 3.1



Yüklə 141,76 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix21.12.2023
ölçüsü141,76 Kb.
#187499
1   2   3   4   5   6   7   8   9   ...   17
windows emeliyyat sistemi

1992
-ci 
ilin aprel ayında buraxılan 
Windows 3.1 
versiyasında aradan qaldırılmışdır. Bu versiyadan başlayaraq Microsoft şirkəti 80386 və ondan 
sonra gələn prosessorlara xas olan virtual yaddaşın təşkil edilməsi imkanına malik ƏS-nin istehsalı ilə məşğul olur. O cümlədən, bu 
sistemdə klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici mikrofondan və universal 
səsgücləndiricidən, eləcə də geniş spektrli səs kartlarından istifadə etmək mümkün idi. 
Windows sisteminin növbəti versiyası 
1993
-cü ildə 
Windows 3.11 Workgroups 
adı altında buraxıldı. Sistemin bu versiyası 
əvvəlkilərdən fərqli olaraq lokal şəbəkə və geniş multimedia imkanlarına malik idi. Belə ki, sistem lokal şəbəkə yaratmağa, internetlə 
əlaqə yaratmağa, şəbəkə printerlərindən, lokal şəbəkədə mətni informasiya mübadiləsi üçün alətlərdən və eləcə də faksların göndərilməsi 
və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi. 
Windows 3.11 sistemi lokal şəbəkədə eləcə də internetdə işləmək üçün istifadəçilərə geniş imkanlar verdiyindən, kompyuterin 
aparat təminatı ilə bağlı çox yüksək tələblər qoyurdu. O cümlədən IBM PC 386 kompyuterləri və ən azı 1 Mb əməli yaddaş tələb 
olunurdu. Sistemin tətbiqi proqramlar paketinə bir sıra yeni proqramlar əlavə edilmişdi: Microsoft Mail poçt proqramı, Microsoft 
Internet Explorer brauzeri, şəbəkə ilə işləmək üçün xüsusi Microsoft Chat utiliti və s. 
Korporativ istifadəçilərin tələbatını ödəmək üçün 
1993
-cü ildə 
Windows NT (New Technology)
adlı tamamilə yeni bir ƏS 
buraxdı. Bu sistem tamamilə yeni nüvə əsasında qurulmuş və əsasən korporativ istifadəçilərin lokal kompyuter şəbəkələrində işləməsi 
üçün nəzərdə tutulurdu. 
Windows NT sisteminin ilk variantı iki versiyada yaradılmışdı: Windows NT Server və Windows NT Workstation. Əslinə qalsa 
bunlar eyni ƏS-ləri idi, fərq isə ondan ibarət idi ki, Windows NT Serverin tərkibinə elə proqramlar daxil edilmişdi ki, həmin proqramlar 
bu sistemlə işləyən kompyuterləri həm lokal şəbəkələrin serveri, həm də Internet şəbəkəsində HTTP serveri kimi istifadə etməyə imkan 
verirdi. Windows NT Workstation sistemində isə istifadəçilərin tətbiqi proqramlarına daha çox üstünlük verilirdi. Windows NT 
sisteminin interfeysi zahirən Windows 3.11 sistemindən heç nə ilə fərqlənməsə də, Windows NT sistemi 32 mərtəbəli çoxistifadəçili ƏS 
idi. Windows NT sistemi buna qədərki Windows sistemləri ilə müqayisədə istifadəçilər tərəfindən ən stabil və ən etibarlı ƏS kimi qəbul 
edilmişdir. 

Yüklə 141,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin