Windows əməliyyat sistemi



Yüklə 141,76 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix21.12.2023
ölçüsü141,76 Kb.
#187499
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
windows emeliyyat sistemi

Delete (Удалить) (Del) 
əmrini seçmək, və ya klaviaturanın Delete düyməsini sıxmaq lazımdır. Ləğv 
edilmiş fayllar səbətə 
(Recycle Bin, Корзина) 
düşür. Əgər faylları səbət göndərilmədən ləğv etmək lazımdırsa, 
Shift+Del 
kombinasiyasından istifadə edilməlidir. 

Faylı digər bir yerə göndərmək 
– faylı qeyd etdikdən sonra kontekst menyunun 
Send To (Отправить) 
bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı elektron poçtla bir ünvana, “My documents” qovluğuna, 
Flash-diskə və s. göndərmək olar. 

Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaq və s.
Arxivləşdirmə
– bir və ya bir neçə faylın sıxılmasıdır. 
Arxivləşdirmədən faylların ehtiyat nüsxəsinin diskdə saxlanması üçün istifadə edilir. Bunun üçün xüsusi xidməti 
proqramlardan – arxivatorlardan istifadə edilir, bu proqram bir və ya bir neçə faylın yerinə bir arxiv faylı yaradır. 
Arxiv proqramının əsas xüsusiyyətləri aşağıdakılardır:

Faylın sıxılma dərəcəsi (faylın ölçüsünün arxivləşmiş faylın ölüsünə nisbəti) 

İşin sürəti; 

Proqramın funksiyaları. 
Əgər bir neçə faylı elektron poçtla göndərmək lazımdırsa, vaxta qənaət etmək üçün onları arxivləşdirmək 
olar. CD və ya DVD-də faylların ehtiyat nüsxələrini saxlayan zaman diskdə daha çox fayl yerləşdirmək üçün 
onları arxivləşdirmək lazımdır. Ən çox istifadə olunan arxivləşdirmə proqramlarına misal olaraq WinRar, WinZip, 
WinArj göstərmək olar. Bu proqramlarla yaradılan sənədlərin genişlənmələri uyğun olaraq .rar, .zip, .arj – dır. 
WinRar proqramı aşağıdakı imkanlara malikdir: 

rar-arxivləri yaradır və onlardan faylları çıxarmaq mümkündür; 

özüaçılan sfx – arxiv faylı yaradır (bu zaman arxiv faylı .exe genişlənməsinə malik olur və adi proqram kimi 
yüklənir); 

çoxcildli arxivlər yaradır, bu isə bir necə kiçik həcmli yaddaş vasitəsinə böyük ölçülü arxivin 
yerləşdirilməsinə imkan verir; 

arxivə parol vermək olar

faylı e-mail-lə göndərmək üçün onun ölçüsünü 95%-ə qədər azaltmaq mümkündür. 
Faylı arxivləşdirmək üçün onu qeyd edib, üzərində sağ düyməni vurub, açılan menyudan Send To → Zipped 
Folder (Cжатая ZIP папка) əmrini seçmək lazımdır. 


Yüklə 141,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin