Proqramların yüklənməsi və silinməsi (Add/Remove Programs, Добавить/Удалить Программы) nişanının dialoq
pəncərəsi yeni proqramların yüklənməsi və yüklənmiş olan proqramların silinməsini mümkün edir.
Yeni qurğuların qoşulması (Add New Hardware, Установка оборудования) nişanının dialoq pəncərəsindəki təlimat
əsasında kompyuterə qoşulmuş əlavə qurğuların proqram təminatını yükləmək olar.
Monitor (Display, Экран) nişanının dialoq pəncərəsi aşağıdakı funksiyaları tənzimləyən bölmələrdən ibarətdir:
Fon (Background, Фон) . Bu bölmədə işçi stolun üzərindəki şəkli zövqümüzə görə dəyişə bilərik.
Ekran qoruyucusu (Screensaver, Заставка) . Bu bölmədə siyahıda ekran qoruyucusunun adını, işləməsi üçün
Vaxt intervalını (Wait, Интервал) , monitorun enerjiyə
qənaət funksiyalarını və s. müəyyən etməyə imkan verir.
Baxış (Preview, Просмотр) düyməsi seçilmiş ekran qoruyucusuna tanışlıq
məqsədilə baxışı təmin edir.
Parametrlər (Settings, Параметры) düyməsini sıxmaqla ekran qoruyucu kimi istifadə olunan şəkli və ya
mətnin hərəkət sürətini, rəngini tənzimləmək olar.
Kompyuterdə yüklənmiş şriftlərə baxmaq üçün
Şriftlər (Fonts, Шрифты) qovluğunu açmaq lazımdır. Açılmış pəncərədə
istədiyimiz şriftin üzərində iki dəfə mausun sol düyməsini vurmaqla onun formasına baxa bilərik. Yeni şrift yükləmək üçün
Fayl (File, Файл) menyusuna girib,
Yeni şrift yükləmək (Install New Font, Установить Новый Шрифт) yerinə yetirmək kifayətdir. Açılmış
növbəti pəncərədə şriftin yerləşdiyi diski və ya qovluğu göstərib
OK düyməsini sıxmaq lazımdır.
Xidm əti proqramlar Kompüter qurğularının və əməliyyat sisteminin optimal iş rejimini təmin etmək üçün aşağıdakı xidməti proqramlardan istifadə
olunur: