Diskin yoxlanılması (Проверка диска, Scandisk)
Bu proqram diskin
fayl strukturunu yoxlayaraq, bu və ya digər səbəbdən baş verən pozuntuları aradan qaldırır.
Bunun üçün
proqramı yükləyib (My computer pəncərəsini açıb, yoxlanılacaq diski seçirik və üzərində sağ düyməni vurub, açılan menyudan Scan...
əmrini veririk), açılmış pəncərədə yoxlanılacaq diskin adını seçib Start düyməsini sıxmaq lazımdır.
Defragmenter)'>Diskin defraqmentləşməsi (Дефрагментация диска, Disk Defragmenter)
Proqram diskin müxtəlif klasterlərində ayrı-ayrı fraqmentlər şəklində yazılmış faylları tam şəklə gətirir.
Bunun nəticəsində
faylın diskdən oxunması sürətlənir. Proqram yükləndikdən sonra
Defragment
düyməsi sıxılır.
Verilənlərin arxivləşdirilməsi (Архивация данных, Backup)
Diskdəki informasiyanın ehtiyat nüsxəsinin saxlanması məqsədilə sıxılması üçün istifadə edilir.
Diskin təmizlənməsi (Очистка диска, Disk Cleanup)
Lazımsız faylların pozulmasına xidmət edir.
Sistem haqqında məlumat (System Information)
Sistem fayllarının vəziyyətini təhlil edir və yeri gəldikdə onları bərpa edir.
Təyin olunmuş tapşırıqlar (Назначенные задания, Sheduled Tasks)
Avtomatik yerinə yetirilən xidməti proqramların siyahısına baxmağa, yerinə yetirilmə vaxtını dəyişməyə və yeni tapşırıq
müəyyənləşdirməyə xidmət edir
.