Windows əməliyyat sistemi



Yüklə 141,76 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.12.2023
ölçüsü141,76 Kb.
#187499
1   ...   9   10   11   12   13   14   15   16   17
windows emeliyyat sistemi

 
Veril
ənlərin mübadiləsi 
Verilənlərin mübadiləsi dedikdə, verilənlərin bir obyektdən digər obyektə ötürülməsi başa düşülür. Windows mühitində 
verilənlərin mübadiləsi 
ya mübadilə buferi vasitəsilə, ya da qeyd edilmiş obyekti maus vasitəsilə çəkməklə həyata keçirilir. Bufer 
vasitəsilə verilənlərin mübadiləsi standart əmrlərin – Cut (Вырезать), Copy (Копировать) və Paste (Вставить) köməyi ilə həyata 
keçirilir. Xüsusi yerləşdirmə – Paste Special (Специальная вставка) əmri verilənlərin ötürüldüyü formatı seçməyə imkan verir.
Mürəkkəb sənəd anlayışı. 
Sənədi təşkil edən zaman, digər proqram mühitlərində yaradılmış sənədlərdən müəyyən fraqmenti 
həmin sənədə daxil etmək lazım gəlir. Məsələn, Word – mətn redaktorunda yaradılmış mətnə Paint – qrafiki redaktorunda çəkilmiş hər 
hansı bir şəkli, ya da Excel – cədvəl prosessorunda yaradılmış hər hansı bir cədvəli daxil etmək olar. Be cür sənədə 
mürəkkəb sənəd 
və 
ya 
inteqrasiya olunmuş sənəd 
deyilir. 
Windows ƏS verilənlərin elə bir mübadiləsi mexanizmini təmin edir ki, bunun vasitəsilə istənilən tətbiqi proqram öz sənədi 
daxilinə praktiki olaraq istənilən verilənləri, hətta işləyə bilməyəcəyi verilənləri də daxil edə bilər. Bu universal mexanizm 
OLE (Object 
Linking and Embedding
– Obyektlərin əlaqələndirilməsi və yerləşdirilməsi) texnologiyası əsasında təmin olunur. Bu zaman sənədə 
daxil edilən obyekt 
OLE-server, 
sənədin özü isə 
OLE-klient
adlanır. OLE-serverlərin siyahısına baxmaq üçün Insert (Вставка) 
menyusunun Object (Объект) əmrini yerinə yetirmək kifayətdir. 
OLE texnologiyasında verilənlərin mübadiləsi 2 variantda həyata keçirilir: 

obyektin yerləşdirilməsi – bu halda obyekt qəbuledici – sənəddə yerləşdirilir. 

obyektin əlaqələndirilməsi – bu halda qəbuledici – sənədə obyektin özü yox, mənbə - sənədə olan istinad daxil 
edilir.

obyektin daxil edilməsi – obyekt daxil edilən zaman qəbuledici – sənədə obyekt özü daxil edilir. Bu halda 
obyektlə onun surəti arasında heç bir əlaqə yaradılmır. Bu əməliyyatı Paste (Вставить) ilə bərabər, Paste Special 



(Специальная вставка) əmrinin vasitəsilə də yerinə yetirmək mümkündür. 
Obyekti sənədə aşağıdakı üsullarla daxil etmək olar: 

açıq sənəddən (Paste (Вставить) və ya Paste Special (Специальная вставка) əmrləri vasitəsilə); 

fayldan (faylın daxil edilməsi və faylın xaric edilməsi xüsusi əmrləri vasitəsilə); 

bilavasitə OLE-serveri çağırmaqla (Insert (Вставка) – Object (Объект)). 

Yüklə 141,76 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin