Maus vasitəsilə verilənlərin mübadiləsi. Bir çox tətbiqi proqramlarda verilənlərin mübadiləsi maus vasitəsilə də yerinə yetirilə
bilər. Bu üsulla həm surət çıxarmaq, həm də obyektin yerini dəyişdirmək mümkündür. Yerdəyişmə əməliyyatı dedikdə, mausun sol
düyməsini basılı saxlayaraq, obyekti çəkib lazım olan yerə aparmaq başa düşülür. Surət çıxarmaq əməliyyatı isə
Ctrl düyməsini basılı
saxlayaraq yerdəyişmə əməliyyatı kimi həyata keçirilir. Bu texnologiya
Drag and Drop da adlanır.
Windows Əməliyyat Sistemi ilə iş Sistemi yükləmək üçün sistem blokdan Power düyməsini sıxmaq lazımdır. Adından da göründüyü kimi, Windows sistemində
işləyən bütün proqramlar, qovluqlar, sənədlər və s. pəncərə şəklində açılır. Hər bir pəncərənin yuxarı sağ küncündə aşağıdakı işarələr
vardır:
Pəncərəni ekranın aşağı hissəsinə qoyur.
Pəncərəni ekran boyunca böyüdür.
Pəncərəni bağlamaq üçün istifadə olunur (Alt+F4).
Pəncərəni kiçildir.
Pəncərənin 4 növü vardır:
1.
Qovluq pəncərəsi – bu pəncərədə qovluqlar və fayllar əks olunur.
2.
Proqram pəncərəsi – bu pəncərə də öz görünüşünə görə qovluq pəncərəsindən az fərqlənir. Hər iki pəncərə sərlövhə sətrinə,
standart menyu sətrinə, alətlər panelinə və cari vəziyyətlər sətrinə malikdir. Pəncərənin ümumi görünüşü Görünüş (View)
menyusu ilə tənzimlənir.
3.
Dialoq pəncərəsi – əməliyyat sisteminin bu və ya digər parametrlərinin dəyişdirilməsini və ya əlavə edilməsini, istifadəçi
ilə dialoqu xəbərdarlıq funksiyalarını yerinə yetirir.
4.
Məlumat pəncərəsi – yardımçı məlumatlar almağa xidmət edir.
İş masasının alt tərəfindəki sətir Tapşırıqlar sətri
(Taskbar, Панель задач) adlanır. Tapşırıqlar sətrində aşağıdakılar yerləşir:
–
Sistemin Baş menyusunu açmaq üçün nəzərdə tutulmuş
Start (Пуск) düyməsi
–
Hal-hazırda iş üçün açılmış sənədlərin, qovluqların, və s. nişanları
–
Əlavə informasiya (saat, dil, səs və s. göstəriciləri).
Əsas qovluqların adlarını qeyd edək:
İş masası (Desktop, Рабочий стол)
Mənim kompyuterim (My computer, Мой компьютер)
Məntiqi disklər (3.5 Floppy A:, Local Disk C:, Local Disk D:, ... ; Bu disklərlə işləmək üçün My computer qovluğunu
açmaq lazımdır)
Sistem yükləndikdən sonra alınan ekran təsvirinə işçi stol (Desktop, Рабочий стол) deyilir. Adətən standart olaraq işçi stolun
üzərində aşağıdakı nişanlar yerləşir:
1.
Mənim kompyuterim (My computer, Мой компьютер)
2.
Zibil qutusu (Recycle Bin, Корзина)
3.
Şəbəkə göstəricisi (My Network Places, Сетевое окружение)
4.
Mənim sənədlərim (My documents, Мои документы)
5.
İnternet Explorer
İşçi stol 2 idarəedici elementə: Başla