Windows ME (Millennium Edition) sistemi idi. Bu sistem özündən əvvəlki Windows sistemləri ailəsindən hər şeydən əvvəl onunla
fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə imtina edir.
NT texnologiyasının bazası əsasında Microsoft şirkətinin yaratdığı Windows ailəsindən olan daha bir yeni ƏS-nin yeni
versiyası artıq 2000-ci ilin sonlarında geniş ictimaiyyətə məlum idi. Bu yeni ƏS əvvəlcə Codename Whistler adı altında buraxılsa da,
2001-ci ilin yayında
Windows XP (ing. eXPerience – təcrübə, sınaq) adı altında istifadəçilərə təqdim edildi.
Windows XP sistemində gözlənilən ən mühüm və səbirsizliklə gözlənilən yeniliklərdən biri ondan ibarətdir ki, artıq bu sistem
təmiz kompakt diskləri adi disketlər kimi işlətməyə imkan verir. Yəni sistemdə CD-R və CD-RW diskləri ilə işləmək mümkündür.
Nəhayət, istifadəçilər gözəl interfeyslə yanaşı rahat iş şəraiti ilə təmin ediliblər.
Windows XP sisteminin yeni imkanlarının qısa xülasəsi “Plug And Play” texnologiyası əsasında yeni periferiya qurğularının qoşulması. MS-DOS ƏS mühitində yeni periferiya
qurğularının kompyuterə qoşulması üçün istifadəçi professional biliklərə malik olmalıdır: məsələn, konfiqurasiya faylını yazmağı
bacarmalı, lazımi drayverin qoşulması əmrinin strukturunu bilməlidir. Windows mühitində isə bu məsələ çox asanlıqla həll olunur.
Sistem özü konfiqurasiya fayllarını dəyişdirir, konkret texniki qurğunu aydınlaşdırır və onun avtomatik sazlanmasını təmin edir. Başqa
sözlə, bu prinsiplə işləyən ƏS kompyuterə birləşdirilmiş yeni qurğunun işləməsi üçün lazım olan drayveri avtomatik olaraq özü seçərək
yükləyir Bu sür texnologiya
Plug and Play (Qoş və istifadə et) adlanır.
Virtual yaddaşdan istifadə. Bildiyimiz kimi, kompyuterdə əsas problem kimi əməli yaddaş tutumunun çatışmazlığıdır ki,
Windows 95 mühitində virtual (həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir. Əgər cari (aktiv) proqramın işləməsi
üçün əməli yaddaş kifayət etmirsə, bu zaman həmin proqramlar diskdə
yüklənmə faylı (файл подкачки) adlanan fayl şəklində saxlanılır.
Faylların bu cür yüklənmə həcmi əməli yaddaşın tutumundan bir neçə dəfə çox ola bilər. Virtual yaddaşın sazlanması avtomatik və əl ilə
yerinə yetirilir. Windows ƏS sərbəst olaraq, cari məsələnin real tərkibindən asılı olaraq, virtual yaddaşın ölçüsünü seçir.