Delete (Удалить) (Del) əmrini seçmək, və ya klaviaturanın Delete düyməsini sıxmaq lazımdır. Ləğv
edilmiş fayllar səbətə
(Recycle Bin, Корзина) düşür. Əgər faylları səbət göndərilmədən ləğv etmək lazımdırsa,
Shift+Del kombinasiyasından istifadə edilməlidir.
Faylı digər bir yerə göndərmək – faylı qeyd etdikdən sonra kontekst menyunun
Send To (Отправить) bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı elektron poçtla bir ünvana, “My documents” qovluğuna,
Flash-diskə və s. göndərmək olar.
Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaq və s. Arxivləşdirmə – bir və ya bir neçə faylın sıxılmasıdır.
Arxivləşdirmədən faylların ehtiyat nüsxəsinin diskdə saxlanması üçün istifadə edilir. Bunun üçün xüsusi xidməti
proqramlardan – arxivatorlardan istifadə edilir, bu proqram bir və ya bir neçə faylın yerinə bir arxiv faylı yaradır.
Arxiv proqramının əsas xüsusiyyətləri aşağıdakılardır:
–
Faylın sıxılma dərəcəsi (faylın ölçüsünün arxivləşmiş faylın ölüsünə nisbəti)
–
İşin sürəti;
–
Proqramın funksiyaları.
Əgər bir neçə faylı elektron poçtla göndərmək lazımdırsa, vaxta qənaət etmək üçün onları arxivləşdirmək
olar. CD və ya DVD-də faylların ehtiyat nüsxələrini saxlayan zaman diskdə daha çox fayl yerləşdirmək üçün
onları arxivləşdirmək lazımdır. Ən çox istifadə olunan arxivləşdirmə proqramlarına misal olaraq WinRar, WinZip,
WinArj göstərmək olar. Bu proqramlarla yaradılan sənədlərin genişlənmələri uyğun olaraq .rar, .zip, .arj – dır.
WinRar proqramı aşağıdakı imkanlara malikdir:
–
rar-arxivləri yaradır və onlardan faylları çıxarmaq mümkündür;
–
özüaçılan sfx – arxiv faylı yaradır (bu zaman arxiv faylı .exe genişlənməsinə malik olur və adi proqram kimi
yüklənir);
–
çoxcildli arxivlər yaradır, bu isə bir necə kiçik həcmli yaddaş vasitəsinə böyük ölçülü arxivin
yerləşdirilməsinə imkan verir;
–
arxivə parol vermək olar;
–
faylı e-mail-lə göndərmək üçün onun ölçüsünü 95%-ə qədər azaltmaq mümkündür.
Faylı arxivləşdirmək üçün onu qeyd edib, üzərində sağ düyməni vurub, açılan menyudan Send To → Zipped
Folder (Cжатая ZIP папка) əmrini seçmək lazımdır.