Fayl v ə qovluqlar Bir qayda olaraq kompyuterin yaddaşında saxlanılan istənilən informasiya tipindən asılı olmadan konkret bir ad altında
qeydiyyata alınır. Yaddaşın müəyyən hissəsində bir ad altında qeyd olunaraq saxlanılan bu cür verilənlər yığımına
fayl deyilir.
Kompyuterdə saxlanılan bütün informasiyalar – mətnlər, sənədlər, proqramlar, qrafiki təsvirlər və s. fayllarda saxlanılır.
Fayllar müxtəlif tipli olurlar:
–
icra olunan fayllar – sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən proqramlar;
–
sənədlər – istifadəçilər tərəfindən kompyuterdə müəyyən proqramın köməyi ilə yaradılan hər hansı informasiya toplusu,
mətn və s.
–
konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri saxlayır və s.
Faylları bir-birindən fərqləndirmək üçün onların adlarından istifadə edilir. Faylın
tam adı iki hissədən ibarət olur və bu hissələr
bir-birindən nöqtə işarəsi ilə ayrılır. Birinci hissə faylın adını, ikinci hissə isə onun genişlənməsini göstərir. Windows ƏS-də faylın
adında 255-ə qədər simvol ola bilər. Aşağıdakılar DOS-un qurğularının adları olduğundan, bu adlardan fayl və qovluqları adlandırmaq
üçün istifadə etmək olmaz:
PRN – printer
LPT1 – LPT9 – 1-9 paralel portlar
COM1 – COM9 – 1-9 ardıcıl portlar
AUX – ardıcıl porta birləşdirilən qurğu
CON – giriş üçün – klaviatura, çıxış üçün
– ekran
NUL – “boş” qurğu
Fayllar üzərində yerinə yetirilən əsas əməliyyatlar aşağıdakılardır: