24.Dördtaklı mühərrik üçün qazpaylama diaqramı qur.
Dördtaktlı mühərriklərdə dirsəkli val iki dövr etdikdə hər bir klapan 1 dəfə açılmalıdır.
Deməli, paylayıcı valın fırlanma tezliyi dirsəkli valın fırlanma tezliyindən 2 dəfə az olmalıdır. Ona gərə də dirsəkli valın paylayıcı dişli çarxının diametri paylayıcı valın paylayıcı dişli çarxının diametrindən iki dəfə az ölçüdə düzəldilir.
25.Yağlama sisteminin vəzifəsi və iş pronsipi?
DYM-nin yağlama sistemi onun detallarının
çiləməklə və öz-özünə axını ilə vermək olar.
sürtünməsini və yeyilməsini azaltmaq üçün nəzərdə tutulmuşdur. Bununla bərabər, yağlama mühərrikin detallarının qismən soyudulmasını, sürtünən səthlərin yeyilmə məhsullarının yuyulmasını, mühərrikin kompressiya xassələrinin yaxşılaşdırılmasını və detalların korroziyadan mühafizəsini təmin etməlidir.
Detalların sürtünən səthlərinə yağın verilməsi üsullarından asılı olaraq mühərriklərin yağlama sistemləri üç tipdə olur: 1) çiləməklə, 2) təzyiq altında və 3) kombinəedilmiş (qarışıq). İş səthlərinə yağı – təzyiq altında vurmaqla,
26.Yağ nasosunun quruluşu və iş prinsipi?
Yağlama sistemində dişli çarxlı yağ nasosları tətbiq edilir. Bu nasos yağlama sistemində yağın dövranını təmin edir. Traktor mühərriklərinin yağ nasosları karterin içərisində bərkidilir və dirsəkli valın dişli çarxından hərəkətə gətirilir. Nasos yağı əvvəlcə yağqəbuledicidən soraraq yağ süzgəcinə yönəldir, sonra isə təzyiq altında sistemdə dövr etdirir.
27.Yağ süzgəclərinin vəzifəsi və növləri?
Yağlama sisteminə karterin dibliyi (yağ qabı), yağqəbuledici, yağ nasosu, yağ süzgəcləri, yağ radiatoru, yağ təzyiq göstəricisi, yağ boru kəmərləri, yağ kanalları və karterin ventilyasiyası aiddir.
Yağlama sisteminin sxemi belədir: Yağ karterin dibliyindəki yağqəbuledici vasitəsilə dişli çarxlı yağ nasosuna sorulur. Daha sonra yağ təmizlənmək üçün yağ süzgəcinə vurulur. Süzgəcdən çıxan yağ təzyiq altında silindrlər blokunun mərkəzi yağ magistralına, kanallar vasitəsilə dirsəkli valın əsas boynuna və paylayıcı valın dayaq boynuna verilir. Dirsəkli valın əsas boynundan sürgüqolunun boynuna yağ valın yanağındakı deşikdən keçir. Yağ şırnağı sürgüqolundakı deşikdən silindrə daxil olur.
Dostları ilə paylaş: |