120
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
üzrə təhsil almalarına üstünlük verilirdi. Müalicə işi və stomatologiya
ixtisasları üzrə əsas təhsillərini bitirən tələbələrin tibbin müxtəlif sahələri
üzrə uzmanlıq (rezidentura) səviyyəsində təhsil almaları üçün şəraitin
yaradılması xüsusilə qeyd olunmalıdır.
Ötən illər ərzində 2 minə yaxın tələbəmiz məzun olaraq ölkəmizin
müxtəlif sahələrində uğurla çalışmaqdadırlar. Bu gün respublikamızın
ali və orta məktəbləri, Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzi, Xarici və Daxili İşlər nazirlikləri, Ədliyyə
Nazirliyi, Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət
Gömrük Komitəsi, Konstitusiya Məhkəməsi, Milli Elmlər Akademiyası,
onun Naxçıvan MR-dəki filialı, digər dövlət qurumları və müəssisələrində
çalışan mütəxəssislər arasında Türkiyə ali məktəblərinin məzunlarına rast
gəlmək olar. İxtisasca iqtisadçı və bank işçisi olanların müəyyən bir qrupu
respublikamızda fəaliyyət göstərən çoxsaylı dövlət və özəl banklarda
çalışırlar.
Türkiyə ali məktəblərindən məzun olmuş bəzi azərbaycanlı gənclər
dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Almaniya, İngiltərə,
Rusiya və s.) təhsillərini davam etdirir və ya bu ölkələrin özəl şirkətlərində
çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel
2007-ci il tarixli, 2090 saylı sərəncamı ilə təsdiq edilmiş “2007-2015-
ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” gənclərimizin qardaş Türkiyənin ali məktəblərində təhsil almaq
imkanklarını daha da genişləndirmişdir. Bu Proqram çərçivəsində hazırda
853 nəfər dünyanın nüfuzlu ali məktəblərində təhsil almaqdadır ki, onların
da 201 nəfəri Türkiyənin aparıcı ali məktəblərində təhsil alırlar. Proqram
çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri (təhsil, yaşayış, gediş-
gəliş və s.) Azərbaycan dövləti tərəfindən ödənilir.
Proqram iştirakçıları olan azərbaycanlı gənclər Türkiyənin əsas ali
təhsil ocaqlarının müxtəlif təhsil səviyyələrində müxtəlif ixtisas sahələri
(tibb, iqtisadiyyat və idarəetmə, sənaye və mühəndislik, İKT, xidmət) üzrə
təhsillərini davam etdirirlər. Ötən 4 dərs ili ərzində (2007/2008-2010/2011)
təqribən 130 nəfər Türkiyədə təhsil almaq hüququ qazanmışdırsa, təkcə
2011-ci ildə bu rəqəm 103 nəfər olmuşdur. 2011/2012-ci tədris ilində
Türkiyəyə göndərilənlərin 80-i tibb ixtisası üzrə, xüsusilə də rezidentura
proqramlarında təhsil alanlar olmuşdur.
5 illik dinamika ilə bağlı rəqəmlər onu göstərir ki, 2011-ci ildə
ən çox tələbə həm tibb ixtisası üzrə, həm də ümumilikdə Türkiyəyə