1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»


Dünyanın müasir ekoloji problemləri; istixana effekti



Yüklə 400,34 Kb.
səhifə17/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
EKOLO

Dünyanın müasir ekoloji problemləri; istixana effekti.

Müasir Dünyanın qlobal ekoloji problemləri kimi aşağıdakı problemlər qəbul edilib: «istixana effekti», Dünya okeanının səviyyəsinin qalxması, Yerin ozon qatının dağılması, turşu yağışlar, radioaktiv zəhərlənmə, antropogen tullantıların yığılması, planetdə bioloji müxtəlifliyin azalması. İstixana effekti – Müasir dövrdə insan fəaliyyətinin Yerin iqliminə təsirinin, «istixana effekti» kimi adlandırılan, artması baş verir. İqlim kimi çoxillik qərarlaşmış hava şəraitini başa düşsək, bu zaman son 100 ildə Yer səthində orta temperaturun 0,3 – 0,6 °C artması baş verib. Yer səthində ümumi istiləşmə «istixana effekti»nin təsiri ilə bağlıdır. Onun mahiyyəti belədir. Günəşdən gələn enerji Günəş radiasiyası şəklində səpələnir, Yer atmosferi ilə qaytarılır və udulur və planetin səthinə onun yalnız ¼ hissəsi çatır. Görünən spektr atmosferdə yubanmadan keçir, uzundalğalı infraqırmızı (istilik) şüalanma isə qismən onda saxlanılır. Yer səthindən qaytarılan infraqırmızı şüalanmanın bir hissəsi atmosferdə akkumulyasiya olunur. Beləliklə atmosfer havasının və Yerin səthinin temperaturunu artıran təbii istixana effekti yaradılır. «İstixana effekti» ilk dəfə («green honsc effect») İsveç alimi Svante Arrenius tərəfindən elmə 100 il qabaq daxil olunub.

Dünya okeanının səviyyəsinin qalxması da müasir ekoloji problemlərdəndir. Proqnozlaşdırılan istiləşmə digər ekoloji problemə – Dünya okeanının səviyyəsinin qalxmasına səbəb olur. Okeanların akvatoriyası genişlənir, buzlaqlar və qütblərdə qar örtüyü azalır. Bu hadisələr indi də baş verir. Hesab olunur ki, son yüz illikdə okeanın orta səviyyəsi 10 – 12 sm artıb. İndi bu proses təxminən 10 dəfə sürətlənib. Son kompüter modelləşmələri göstərir ki, 2100-cü ildə Dünya okeanının səviyyəsi 50 sm artacaq. Hətta planetin temperaturu sabitləşsə belə yaxın yüz ildə dənizin səviyyəsi həmin templə artacaq. Yerin əhalisinin əksər hissəsi sahilboyu zonalarda yaşayır.

Buna görə də okeanın səviyyəsinin qalxması materikin alçaq sahilboyu zonalarında əhalinin həyatı və fəaliyyəti üçün təhlükə yaradır. Okeanın səviyyəsinin 50 sm qalxması 92 mln adamın həyatı üçün təhlükə yaradar.




  1. Yüklə 400,34 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin