1. Fəlsəfənin predmeti və funksiyaları


Yeni dövr Qərbi Avropa fəlsəfəsi



Yüklə 69,24 Kb.
səhifə19/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Fəlsəfə 1-25

17.Yeni dövr Qərbi Avropa fəlsəfəsi
Yeni Dövr fəlsəfəsi XVI əsrin sonu və XVII əsrin başlanğıcından XX əsrə qədər olan dövrü əhatə edir. Onun meydana gəlməsi hər şeydən əvvəl, Avropa ölkələrinin iqtisadi və siyasi həyatında baş vermiş mühüm dəyişikliklərlə əlaqədar idi. Belə ki XVI əsrin son illərində və XVII əsrin birinci yarısında İtaliya şəhərləri çiçəklənməyə başlamışdı. Bundan sonra iqtisadi inkişafın mərkəzi tədricən İngiltərəyə, Hollandiyaya və qismən də Fransaya keçmişdir. Bu dövrdə yaranmaqda olan burjuaziyanın maraqları Orta Əsrlər sxolastikasından imtina edilməsini və təcrübə əsasında təbiətin dərk olunmasını tələb edirdi. Yeni Dövr fəlsəfəsinin meydana gəlməsi həm də kapitalist istehsal münasibətlərinin təşəkkül tapması, təbiət elmlərinin, o cümlədən mexanikanın inkişafı ilə əlaqədar idi. Yeni Dövr fəlsəfəsinin formalaşması Frensis Bekon və Rene Dekartın adı ilə bağlıdır.
Frensis Bekon (1561-1626).
Yeni Dövr ingills materializminin və təcrübi elmin banisi idi. O həmçinin öz dövrünün məşhur siyasi xadimi, görkəmli ideoloqu kimi tanınmışdı.
Bekon fəlsəfi fikirlərini, əsasən, “Yeni Orqanon” (yunan dilində orqanon – alət deməkdir), “Prinsiplər və başlanğıclar haqqında”, “Yeni Atlantida” adlı əsərlərində şərh etmişdir. (Fərziyyələrə göro Atlantida 10-12 min il bundan əvvəl Atlantik okeanında bir ada kimi mövcud olmuşdur. Plalona görə, bu ada zəlzələ nəticəsində məhv olmuşdur. Lakin belə bir adanın mövcud olması barədə hələlik təkzibedilməz sübutlar yoxdur).
Fəlsəfi fikrin inkişafı tarixində Bekonun xidməti aşağıdakılardan ibarətdir:
Birincisi, o, Yeni Dövr təcrübi elminin və materialist fəlsəfəsinin əsasmı qoymuşdur;
İkincisi, idrakın elmi melodunun işlənib hazırlanmasına çalışmış, induktiv metodun idrakdakı rolunu əsaslandırmış və dünyanın dərk olunmasına dair bir çox orijinal fikirlər irəli sürmüşdür;
Üçüncüsü, Orta Əsr sxolastikasına, qeyri-elmi fəlsəfi tə”limlərə qarşı mübarizə aparmış, materiya, onun hərəkəti, növləri və formaları haqqında bir sıra orijinal fikirlər söyləmişdir. O, materiyanı bütün mövcudatın əsası və ilkin səbəbi hesab edir, bütün şeylərdə atomistik struktur axtarırdı.
Bekon “ikili həqiqət” nəzəriyyəsinin tərəfdarı idi. Onun fikrincə, elmin vəzifəsi təbiət həqiqətlərini, dinin vəzifəsi isə ruhu, o biri dünyanı öyrənməkdən ibarət olmalıdır.
Bekonun fəlsəfi tə”limində ilahiyyatçı fikirlərə də (Allah haqqında tə”limə) rast gəlirik. Məsələn, onun əsərlərində belə bir fikir yürüdülür: hər şey Allah tərəfindən baş verir. Sonra o göstərirdi ki, istər dini həqiqətlərin və istərsə də elmi həqiqətlərin mənbəyi birdir. Dinin həqiqətləri Allahın iradəsini, elmin həqiqətləri isə əzəmət və qüdrətini ifadə edir. Bekon din əleyhinə açıq-aşkar çıxış etmirdi. O, sübut çalışırdı ki, elmlə yanaşı, din də mövcud ola bilər. Lakin bununla Bekon elmin ayrılıqda, müstəqil surətdə mövcud olmaq hüququnu əsaslandırmağa çalışırdı. Bütün bunlar onu göstərir ki, Bekon ardıcıl materialist olmamışdır. İctimai həyat hadisələrin izahına isə idealistcəsinə yanaşmışdır.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin