1. Təhsili idarəetmənin ümumi əsaslari


) Üfüqi idarəçilik münasibətləri



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
tehsilin-idare-olunmasl

2) Üfüqi idarəçilik münasibətləri eyni idarəçilik səviyyələrində olan
əməkdaşlar arasındakı qarşılıqlı münasibətləri əks etdirir. Belə münasibətlər iki
formada özünü göstərir: kollegial və paralel münasibətlər.
Kollegial üfüqi münasibətlər bir rəisin tabelində olan bir şöbənin
əməkdaşları arasındakı qarşılıqlı münasibətdir.
Paralel üfüqi münasibətlər – idarəetmə sisteminin eyni səviyyələrində olan
və bir – birilə informasiya, fikir mübadiləsi aparan müxtəlif şöbələrin əməkdaşları
arasındakı münasibətlərdir.
3) Dioqanal münasibətlər – idarəetmə sisteminin müxtəlif
səviyyələrində yerləşən və birbaşa tabelilik münasibətində olmayan, lakin yuxarı
səviyyəli qərarları icra etməkdə bir – birilə əlaqəli olan idarəetmə həlqələri
arasında meydana çıxan münasibətlərdir. Belə münasibətlərə misal olaraq
sorğuların göndərilməsini, qarşılıqlı məlumatlandırmanı və müəyyən
informasiyaların alınması ilə bağlı əlaqələri göstərmək olar.
Təhsili idarəetmə orqanın rəhbəri idarəetmə strukturuna verilən
tələblərdən çıxış edərək idarəçilik fəaliyyətini yüksək səviyyədə qurmağa
çalışmalıdır. O, idarərtmənin təşkilati strukturu ilə yanaşı psixoloji strukturunu da
“qurmağı” bacarmalıdır.
Təhsili idarəetmənin dövlət orqanları və onların funksiyaları. Ölkəmizdə
gənc nəslin təhsili və tərbiyəsi sahəsində vahid dövlət siyasəti həyata keçirilir. Ali
dövlət orqanları, o cümlədən qanunvericilik və icra hakimiyyəti orqanları təhsil
sahəsində vahid dövlət siyasətini, təhsil sisteminin inkişaf konsepsiyasını və əsas
istiqamətlərini müəyyən edir. Təhsillə bağlı müxtəlif istiqamətli dövlət
proqramlarını, habelə təhsilin idarə edilməsinin siyasi, hüquqi və təşkilati
əsaslarını müəyyənləşdirən qanunvericilik aktlarını qəbul və təsdiq edir.
Təhsil Nazirliyinin funksiyaları və vəzifələri. Təhsil Nazirliyi
respublikada təhsil sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra
hakimiyyəti orqanıdır. Onun əsas funksiyaları qanunvericiliklə müəyyən edilmiş,


Təhsil Qanununda və müvafiq Əsasnamədə öz əksini tapmışdır. Təhsil Nazirliyinin
başlıca funksiyaları sırasında aşağıdakıları qeyd etmək olar:
- Respublikada təhsil siyasətini həyata keçirmək;
- Milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət
proqramlarının icrasına nəzarəti həyata keçirmək;
- Milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək;
bu məqsədlə müxtəlif təhsil tiplərində islahatları həyata keçirmək, təhsilin
məzmununu, texnologiyalarını təkmilləşdirmək;
- Təhsil Qanununu və təhsilə dair dövlət normativ aktlarını rəhbər tutaraq
təhsil orqanlarına həvalə olunan digər qanunvericiliyə əməl olunmasını təmin
etmək.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ona həvalə edilmiş və
qanunvericiliyə uyğun olaraq bir sıra vəzifələri yerinə yetirir:
- Dövlətin təhsil siyasətinin həyata keçirilməsi üçün hüquqi, pedaqoji,
təşkilati mexanizmlər hazırlayır və onalrın həyata keçirilməsini təmin edir;
- Dünyanın mütərəqqi təhsil təcrübəsindən istifadə etməklə respublikanın
təhsil sisteminin inkişafı proqramını hazırlayıb həyata keçirir;
- Respublikada təhsil sahəsində proqramların, normativ hüquqi aktların
işlənib hazırlanmasında iştirak edir və səlahiyyətləri daxilində onların həyata
keçirilməsini təşkil edir;
- Təhsil sistemində attestasiya və akkreditasiyanı həyata keçirir;
- Təhsil müəssisələrinin fəaliyyətini xüsusi razılıq (lisenziya) verir və onu
ləğv edir;
- Təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir;
- Təhsil müəssisələrinə mülkiyyət formasından asılı olmayaraq elmi –
metodik rəhbərliyi və nəzarəti həyata keçirir; 
- Təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirir;
- Təhsili idarərtmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai
biliklərin və qeyri – hökümət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil
edir;


- Təhsil müssisələri üçün dərslik, dərs vəsaitləri və digər tədris vasitələrinin
hazırlanmasını təmin edir;
- Dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi – metodik, informasiya –
kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata
keçirir;
- Baza tədris planlarını və proqramlarını təsdiq edir;
- Pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirir və onların iş yerləri ilə
təmin olunmasını tənzim edir;
İcbari ümumi təhsilin həyata keçirilməsinə nəzarət edir;
- Təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirimə, təminat,
təchizat və qiyymətləndirməni təmin edir;
- Təhsil sistemində çalışan işçilərin sosial müdafiəsi üzrə tədbirlərin
reallaşdırılmasına kömək edir;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər
vəzifələri yerinə yetirir.
Təhsili idarəetmənin yerli orqanları kimi şəhər, rayon təhsil şöbələri
fəaliyyət göstərir. Onlar öz inzibati ərazilərində təhsil müəssisələrinə bilavasitə
rəhbərliyi və dövlət nəzarətini həyata keçirir, onlara əməli kömək göstərir. 
Yerlərdə təhsilin idarə edilməsi və məktəblərdə təlim – tərbiyə işlərinin
yüksək şəkildə təşkilində bələdiyyələr, əmək kollektivləri, həmkarlar ittifaqları,
ictimai təşkilatlar, valideyin ictimaiyyəti, qeyri – hökumət təşkilatları, KİV – lər də
iştirak edirlər. Onlar uşaq və gənclərin mənəvi, əmək fiziki, estetik tərbiyəsi və
peşəyönümü istiqamətində məktəbin apardığı işlərə, habelə onun problemlərinin
həllinə kömək göstərirlər.
Təhsil sisteminin inkişafı, təlim tərbiyə işinin müasir tələblər səviyyəsində
qurulması idarəetmənin səmərəli təşkilindən, mərkəzi və yerli orqanıarın sıx
əməkdaşlığından, bütün qüvvələrin birləşdirilməsindən çox asılıdır. 



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin