1. Təhsili idarəetmənin ümumi əsaslari


Tərbiyə işlərinin pedaqoji təhlili



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
tehsilin-idare-olunmasl

2. Tərbiyə işlərinin pedaqoji təhlili də idarəetmə baxımından mühüm
əhəmiyyət kəsb edir. Tərbiyə işlərinin təhlilində bu prosesin özünəməxsus
xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bu zaman bir çox məsələlərə diqqət
yetirilməlidir: tərbiyə işinin (tədbirinin) məqsədi, hazırlanması, planlaşdırılması,
bu prosesdə şagirdlərin iştirakı, məqsəd baxımından məzmun, metod və formanın
seçilməsi, işin təşkili və nəticələri, pedaqoji rəhbərliyin xüsusiyyətləri və s.
Tərbiyə işinin təhlili geniş, həm də müəyyən bir konkret situasiyanın, davranışın
təhlili şəklində ola bilər.
Konkret situasiya ilə bağlı pedaqoji təhlil zamanı hadisənin başvermə
şəraitinə, ona təsir edən amillərə, insanın tələbat və motivlərinə, məqsəd və ona
çatmaq vasitələrinə, səbəb – nəticə asılılıqlarına diqqət yetirmək, onu ətraflı
araşdırmaq və düzgün qiymətləndirmək mühüm şərtdır. Görkəmli tərbiyə ustası
A.S.Makarenkonun pedaqoji təhlil təcrübəsindən bir nümunəyə diqqət yetirək.
Sinifdə oğurluq olmuşdur. Bundan xəbər tutan müəllim oğurluq edən uşaqla
təklikdə danışılır, bu halda heç kəsə demir. Sinifdə hamı bir birindən şübhəli qalır.
Müəllim öz iş metodunu onunla izah edir ki, uşağı sinif qarşısında biabır etmək
ona dərin daxili yara vurmuş olardı.
Təcrübəli pedaqoq A.S.Makarenko bu situasiyanın təhlilində “humanist”
müəllimin tərbiyə metodunun oğurluq etmiş uşağa və sinif kollektivinə mənfi
təsirini açıqlayır. Oğurluq etmiş uşaq kollektiv qarşısında heç bir məsuliyyət hiss
etmir. Müəllim sinif kollektivində belə mənfi hallara qarşı tam laqeydlik yaratmış
olur. Böyük pedaqoq bu məsələni kollektiv müzakirəsinə verməyin üstünlüklərini
də açıqlayaraq göstərir ki, bu halda məsələnin həllində öz hissi və həyacanı ilə
iştirak edən hər bir şagird bundan əxlaqi həyat təcrübəsi qazanardı. Digər tərəfdən,
belə müzakirə böyük profilaktiki əhəmiyyət kəsb edərdi.
Təlim – tərbiyə işlərinin təhlili yekun təhlildə də öz əksini tapır. Dərs ilinin
yekun təhlili məktəbin illik göstəriciləri aparılan işlərin əsas nəticələri, mövcud
problemlər və onları doğuran səbəblərlə bağlı ümumiləşdirilmiş təhlildir. Yekun


təhlilin məzmunu məktəb həyatının əsas istiqamətlərini əhatə edir: təlimin
keyfiyyəti, şagirdlərin tərbiyəlilik səviyyəsi, sağlamlıq vəziyyəti, sinifdənxaric və
məktəbdənkənar işlərin, ailə və ictimaiyyətlə işin səmərəliliyi, kollegial orqanların
işi, məktəbin maddi – texniki bazasının möhkəmləndirilməsi və s. 
Yekun təhlilin əhatəliliyi, elmiliyi, nəticələrin reallığı və qiymətləndirmənin
obyektivliyi onun təsirini artıran şərtlərdəndir. Belə təhlil növbəti dərs ilində
pedaqoji prosesin daha yaxşı planlaşdırılmasına şərait yaradır.
Pedaqoji təhlil habelə pedaqoji prosesin vəziyyəti, şəraiti, üstün və kəsirli
cəhətlərini aşkara çıxarmağa, başqa sözlə, prosesin diaqnostikasını həyata
keçirməyə imkan verir. Pedaqoji diaqnostika – gələcək məqsədlər baxımından
mövcud imkanları qiymətləndirməyə, məqsədin reallaşdırılmasına kömək və ya
mane olacaq amilləri müəyyənləşdirməyə yönələn idarərtmə funksiyasıdır. Onun
son məqsədi pedaqoji prosesin düzgün proqnozlaşdırılmasından ibarətdir.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin