1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
tehsilin-idare-olunmasl

səviyyələrdən keçir. İlk əvvəl, məqsəd gümanetmə kimi təsəvvür edilir, sonrslar o,
konkretləşdirilir, dəqiqləşdirilir və aydın dərk olunur. Nəhayət, məqsədgüdmə
şəklində özünü göstərir. Məqsədgüdmə aydın təsəvvür olunan, ideal şəkildə
beyində hazır olan nəticəyə çatmaq və ona nail olmaqla bağlıdır. Məqsədgüdmə
qarşıdakı fəaliyyəti layihələşdirmə, planlaşdırma prosesi kimi özünü göstərir. Bu
halda qarşıya qoyulmuş məqsədə çatmağın yol və vasitələri müəyyən olunur, bütün
qüvvələr səfərbər edilir. Deməli, məqsəd idarəetmənin sonrakı pilləsinə -
fəaliyyətin gedişinə güclü təsir göstərir. O, planlaşdırma ilə sıx bağlıdır: fəaliyyətin
istiqamətini, məzmununu, forma və metodlarını müəyyənləşdirməyə imkan verir.


MÖVZU 8. MƏKTƏBDAXİLİ İDARƏETMƏNİN TƏŞKİLİ VƏ
TƏNZİMLƏNMƏSİ.
Əhatə olunacaq məsələlər
1. Pedaqoji prosesin kadr təminatı.
2. Məktəbə rəhbərlik funksiyalarının bölğüsü.
3. Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər.
4. Bazar iqtisadiyyatı şəraitində məktəbə maliyyə vəsaitlərinin ayrilması. 
Pedaqoji prosesin idarə edilməsində bütün iştirakçılar öz işləri üçün
məsuliyyət daşıyır və özündən yüksək pillədə olanlar qarşısında hesabat verir.
İdarəetmə fəaliyyəti aşağıdakı pillələr üzrə təşkil olunur: 
– birinci pillə – məktəb direktoru; 
– ikinci pillə – təlim-tərbiyə işləri üzrə müavinlər, sinifdənxaric və
məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı; 
– üçüncü pillə – pedaqoji kollektivin ictimai təşkilatları və kollegial idarəetmə
orqanları; 
– dördüncü pillə – müəllimlər, tərbiyəçilər və sinif rəhbərləri; 
– beşinci pillə – müəllimlər və şagirdlər. 
Xüsusilə, yuxarı sinif şagirdləri, birgə fəaliyyət göstərən orqanlar (pedaqoji və
şagird kollektivinin birgə Şurası, məktəbdə keçirilən xətt, müxtəlif komissiya və
Ģuraların iĢi və s. ); 
– altıncı pillə – şagird kollektivi, gənclər və uşaq birlikləri, şagird özünüidarə
orqanları; 
– yeddinci pillə – şagird kollektivin bir üzvü kimi; 
Tərbiyə edənlə, tərbiyə olunanın idarəetmədə birgə fəaliyyəti məktəblinin sosial
çərçivədə təcrübəsini genişləndirir, məktəbdaxili pozitiv münasibətləri
formalaşdırmağa kömək edir, həlledici mərhələlərdə öz fikrini deməyə imkan verir,
müəllimlərlə ittifaq yaratmağa, onların yaxın köməkçisi olmağa istiqamətləndirir.
Buna görə də müəllim və şagird idarəetmə orqanlarının birgə qərarının lazımlı,
obyektiv və təxirəsalınmaz olması zərurəti meydana gəlir. Məktəbi idarəetmənin
məqsədi, onun strukturuna daxil olan sahələrin işinin məzmunu ilə bağlı olub, hər


bir konkret şərait üçün müəyyənləşdirilir. Bunun üçün struktura daxil olan
sahələrin hər birində mövcud vəziyyəti aşkara çıxarmaq, müəyyənlədirmək və
bunların nəticələrinə əsasən işi daha da təkmilləşdirmək, yaxşılaşdırmaq, onun
səmərə və keyfiyyətini yüksəltmək üçün tədbirlər hazırlamaq daha əhəmiyyətli
olur. Hər bir sahə üzrə konkret məqsəd müəyyənləşdirmək tələb olunur. Məsələn,
dərsin müzakirəsi müxtəlif məqsədlərlə aparıla bilər, müəllim fəaliyyətini
öyrənmək,şagirdlərin bilik keyfiyyətini müəyyənləşdirmək, dərsdə seçilmiş
metodların məqsədəuyğunluğu, istedadlı şagirdlərlə aparılan iş, əyani və texniki
vasitədən istifadə və s. buprosesdə fənlərin xüsusiyyətlərini nəzərə almaqla
metodbirləşmələrdə hər bir müəllimin qarşısında qoyulan vəzifəni
konkretləşdirmək və detallaşdırmaq üçün istiqamət verilir.
Müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir.
Heydər ƏLİYEV 
Ölkəmizin iyirminci əsrdə ikinci dəfə müstəqillik qazanması və respublikamızda
bazar iqtisadiyyatı münasibətlərinin qurulması yeni idarəetmə formalarının
tətbiqini günün ən vacib məsələsinə çevirmişdir. Müasir sosial-iqtisadi şərait bütün
xalq təsərrüfatı sahələrinin, o cümlədən təhsilin məqsədyönlü idarə edilməsi və bu
istiqamətdə əsaslı inkişaf perspektivlərinin təmin olunması həyati reallıqlarla
tənzimlənməlidir. İdarəetmə prosesində ictimai və kollektiv maraqları əhatəli
şəkildə təmin etmək yalnız bazar münasibətləri və yeni iqtisadi
qanunauyğunluqları dərindən dərk edən idarəetmə heyətinin mövcudluğu
şəraitində həyata keçirilə bilər.
İdarəetmə proseslərinin aparılmasında iştirakçı olan heyət üzvləri artıq
dünənki tələbatlar səviyyəsilə kifayətlənməyərək, cəmiyyət üzvlərinin artmaqda
olan fiziki və hüquqi tələbatlarının ödənilməsində yerinə yetirəcəkləri əmək
fəaliyyətinin əsas məqsədlərini təşkil edir. Həmin genişmiqyaslı məqsədlərə nail
olunması isə müasir idarəetmə heyətindən xüsusi təcrübə, bilik və kollektiv əmək
vərdişlərinin nümayiş etdirilməsi tələb olunur. Deməli, müəssisə, təşkilat üzrə


idarəetmə heyətinin səmərəli fəaliyyəti təkcə çalışdıqları iş sahələrində deyil, həm
də cəmiyyətin əsas inkişaf istiqamətlərini əhatə etməklə, çevik idarəetmə üsulları
vasitəsilə onlar vaxtaşırı təkmilləşdirilməlidir. Buna nail olmaq üçün idarəetmə
proseslərini həyata keçirən insanlar, eləcə də bütün heyət üzvləri dinamik
idarəetmə fəaliyyəti aparmalı və bütün istehsal və qeyri-istehsal sahələrinin
qarşılıqlı əlaqə və xüsusiyyətlərindən irəli gələn çevik idarəetmə üsulları işləyib
hazırlamalıdırlar. Bu iş isə, ilk növbədə, mövcud əmək və hüquq qanunvericiliyini
daha yaxşı bilən, geniş idarəetmə təcrübəsinə malik olan bacarıqlı insanlar
tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, müəssisənin, təşkilatın perspektiv
inkişafını həyata keçirən idarəetmə heyəti bütün iş sahələrində çalışan işçilərin
kollektiv səylərinin vahid lider - başçı tərəfindən və ya mərkəzləşdirilmiş
idarəetmə heyəti vasitəsilə aparılmasına nail olmaqdır. Qeyd etmək lazımdır ki,
bütün ictimai-iqtisadi quruluşlarda hökm sürən siyasi-sosial durumdan asılı olan
idarəetmə prosesləri insanlar tərəfindən həyata keçirilmiş və bu proses indiki bazar
münasibətləri şəraitində xüsusilə daha aktual əhəmiyyətə malikdir. Bu baxımdan,
idarəetmə fəaliyyətinin əsas təşkilatçısı və ilhamverici qüvvəsi olan insanlar
əvvəlki dövrlərə nisbətən daha bacarıqlı olmaqla şüurlu - yaradıcı əmək
fəaliyyətinin adi iştirakçısından idarənin, kollektivin sayılıb-seçilən və hamı
tərəfindən qəbul edilən vahid rəhbərinə çevrilməlidir. Bütün heyət - pedaqoji
kollektiv üzvləri tərəfindən aparılan idarəetmə fəaliyyəti yüksək səmərəlilik
göstəricilərinə malik olduqda, sağlam inkişaflı fərdi və kollektiv perspektivlərə
malik olmaq mümkündür. Heyətin idarəetmə fəaliyyətinin insan amilləri ilə sıx
surətdə bağlı olduğunu nəzərə alaraq onun daim yeniləşməsi və cəmiyyətin
həyatında aparıcı mövqe tutması istər sosial-siyasi baxımdan, istərsə də iqtisadi
inkişaf baxımından olduqca əhəmiyyətli və zəruri prosesdir. Bəşəriyyətin fəaliyyət
sahələrindən biri də təhsil sahəsidir. Təhsil sistemi çoxpilləli və çoxcəhətli
mürəkkəb infrastruktura malik sistemdir. Bu sistemin ən geniş sahəsi ümumi təhsil
sahəsi - ümumtəhsil məktəbləri şəbəkəsidir.
Məktəb bütün dövrlərdə və zamanlarda xalq və dövlət tərəfindən yüksək
qiymətləndirilmiş və həmişə diqqət mərkəzində saxlanılmışdır. Böyük


mütəfəkkirlər məktəbin cəmiyyətdəki misilsiz rolunu yüksək qiymətləndirərək
onun xalq üçün nə qədər əhəmiyyət kəsb etdiyini söyləmişlər. Böyük Fransa burjua
inqilabının rəhbərlərindən biri olan J.Danton deyirdi ki, "Çörəkdən sonra xalq üçün
ən mühüm, ən əhəmiyyətli şey məktəbdir". "Məktəb yetişməkdə olan nəslin fikri,
düşüncəsi formalaşan bir emalatxanadır, əgər gələcəyi əldən vermək istəmirsənsə,
onu əldə möhkəm saxlamaq lazımdır" (A.Barbüs) Məktəb - böyüməkdə olan
nəsillərin təlimi və tərbiyəsini mütəşəkkil şəkildə həyata keçirən təlim-tərbiyə
müəssisəsid. Məktəb - yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə
müəssisəsidir. Belə bir müəssisənin fəaliyyətinin uğuru ona kimin rəhbərlik
etməsindən - direktorun kim olmasından çox asılıdır. Yeni cəmiyyətdə, yeni
şəraitdə məktəbin idarə edilməsi məktəb direktorundan nəinki tədris prosesinin
təşkilini bacarmağı, eyni zamanda onu maksimal effektli etməyi tələb edir. Bazar
iqtisadiyyatı şəraitində məktəb direktoru hər gün müəssisədə adi səliqə-sahman
yaratmaqdan tutmuş, təlim-tərbiyənin keyfiyyətini yüksəltməyin yollarını
müəyyənləşdirməyə qədər çox vacib və operativ iş aparmalı və müvafiq qərarlar
qəbul etməli olur. Bu da direktordan dərin bilik, bacarıq, peşəkarlıq, səriştəlilik,
çeviklik tələb edir. Bəs məktəb direktoru kimdir, idarəedən-menecer, pedaqoq,
yoxsa tərbiyəçidir?
Birincisi, təhsil müəssisəsi - məktəb sosial sahənin elə fəaliyyət obyektidir
ki, burada müəssisənin əsas rəhbəri - direktor məktəbin idarə olunmasını dörd
istiqamətdə aparır: pedaqoji, şagird, valideyn kollektivlərini və obyektin maliyyə-
təsərrüfat fəaliyyətinin tənzimlənməsini müvafiq normativ-hüquqi sənədlər
əsasında həyata keçirir. Ona görə də direktor son dərəcə bilikli pedaqoq, gözəl
təşkilatçı olmaqla, hüquqi və iqtisadi biliklərə də sahib olmalıdır. Digər tərəfdən,
direktor müəllimdir. O ozü dərs aparır, müəllimlərin dərslərini dinləyib təhlil edir,
tövsiyələr verir, onların yaradıcı qabiliyyətlərini üzə çıxarır, onlar üçün əlverişli iş
şəraiti yaradır, onların peşəkarlığının artırılmasına qayğı göstərir və s. Bu
deyilənləri müasir tələblər səviyyəsində həyata keçirmək üçün direktor pedaqogika
və psixologiyanı, o cümlədən pedaqoji psixologiyanı və yaş fiziologiyası və
psixologiyasını yaxşı bilməli, ümumiyyətlə bütövlükdə müəllim əməyinin


mahiyyətini dərindən dərk etməlidir. İkincisi, təhsil qarşısında qoyulan müasir
tələblər məktəb direktorundan çevik idarəetmə tələb edir. Bu onunla bağlıdır ki,
təhsil özü - özlüyündə çox böyük sayda maraqları, proqramları özündə birləşdirən
qlobal instituta çevrilir. Bütün bunların öhdəsindən layiqincə gəlmək üçün sadəcə
müəllim olmaq kifayət deyildir. Məktəb iqtisadiyyatı və maliyyələşdirilməsi
məsələlərinin idarə edilməsi üzrə də ixtisaslaşmaq vacibdir. Müasir məktəblərdə
əsas məsələ təlim-tərbiyə prosesini yaxşı bilən, strateji düşüncəyə malik
idarəedicilər - məktəb direktorları hazırlamaqdan ibarət olmalıdır. İdarəedici
kadrların yeniləşdirilməsi nəticədə müasir məktəbin qarşısında duran əsas
problemin - təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olmalıdır. Üçüncüsü,
məktəb direktorunun yeni pedaqoji texnologiyalara bacarıqla yiyələnməsi həyati
zərurətdir. Direktor məktəbin idarə edilməsi ilə bağlı öz şəxsi təcrübəsində müasir
texnologiyalardan istifadə etməyin nə qədər mühüm olmasına inanmalı, yeni
texnologiyalardan istifadənin vacibliyini dərk etməli və onu mənimsəməli və tətbiq
etməyi bacarmalıdır. Direktorun İKT-yə belə münasibəti pedaqoji kollektivə
sirayət edir, onun fəaliyyətinin aktivləşməsinə təkan verir.Qeyd edilənlərdən aydın
olur ki, yeni cəmiyyətin tələblərinə uyğun olaraq təhsil menecmentinin (idarəetmə
elminin) formalaşdırılmasına ciddi ehtiyac vardır. Məktəb menecmenti qarşıya
qoyulan məqsəd və vəzifələri həyata keçirməklə bağlı kadrların idarə olunmasında,
onların fəaliyyətinin koordinasiya edilməsində, eyni zamanda nəzarətin və görülən
işlərin təhlilinin aparılmasında direktora yaxından kömək etməlidir.Pedaqoji
menecment - məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə
yönəldilmiş prinsiplərin, metodların, təşkilati formaların və texnoloji vasitələrin
məcmusudur. Dördüncüsü, müasir məktəb direktoru təhsilin qabaqlayıcı
xarakterini təmin etməyi, bu gün üçün vacib olan, sabah isə daha vacib olacaq
məsələləri qaldırmağı və onların həlli yollarını tapmağı bacarmalıdır. Məhz belə
məktəb direktoru peşəkar və bacarıqlı idarəedici ola bilər.
Məktəb rəhbərinin idarəetmə mədəniyyəti onun peşə-pedaqoji mədəniyyətinin bir
hissəsidir. Son illərdə pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji-
pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı pedaqoji dəyərlər,


pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır. Məktəb
rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ idarəetmə fəaliyyətində,
məktəbi idarəetmə də dəyərlərin və texnologiyaların mənimsənilməsində,
ötürülməsində və yaradılmasında göstərir. Bu mənada idarəetmə mədəniyyətinə
aksioloji, texnoloji və Şəxsiyyət-yaradıcı komponentlər daxildir. Məktəbi effektli
idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar,
konsepsiyalar pedaqoji dəyərlər kimi çıxış edir. Pedaqoji sistemləri idarəetmə
dəyərləri müxtəlifdir. Onlar aşağıdakılar ola bilər: 
1) dəyərlər-məqsədlər. Onlar iyearxiyanın müxtəlif səviyyələrində tam pedaqoji
idarəetmənin məqsədinin əhəmiyyəti və mənasını açıb göstərir. Bu məqsədlərə
daxildir: təhsil sistemini idarəetmə məqsədi; məktəbi idarəetmə məqsədi; pedaqoji
və şagird kollektivini idarəetmə məqsədi; şəxsiyyətin özünütərbiyəsini və
özünüinkişafını idarəetmə məqsədi və s. Dəyərlər-məqsədlər idarəetmə
fəaliyyətinin özünəməxsus tənzimləyicisidir; 
2) dəyərlər-biliklər. İdarəetmə sahəsində biliklərin əhəmiyyəti və mənasını açır.
Buraya idarəetmənin metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin
idarə olunmasının effektiv meyarlarını bilmək və s. daxildir. 
3) dəyərlər-münasibətlər. Pedaqoji prosesin içtirakçıları arasında qarşılıqlı
münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin,
pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu
kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini
açır; 
4) dəyərlər-keyfiyyətlər. İdarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin
müxtəlif fərdi, kommunikativ, davranış keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi
qabiliyyətləri əks etdirir: öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini
qabaqcadan görməyi bacarmaq qabiliyyəti; öz məqsəd və hərəkətinin başqalarının
məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaşlıq etmək və əlbir idarə
etmək qabiliyyəti və s
Cəmiyyətimizin inkişaf istiqamətlərinə uyğun olaraq, idarəetmənin əsaslı surətdə
yeniləşdirmək zəruriyyətinin meydana çıxdığı indiki şəraitdə rəhbər işçiyə verilən


tələblər yeni keyfiyyət göstəriciləri ilə səciyyələnir. Həmin tələblər idarə olunan
sahənin xüsusiyyətlərindən asılı olaraq spesifik mahiyyət kəsb etsə də, xalq
təsərrüfatının bütün sahələrində rəhbərlik üçün ümumi olan cəhətlərə də malikdir.
1. Məktəb direktoru ümumi səviyyə etibarilə tabeliyində olan işçilərdən yüksəkdə
durmağa çalışmalıdır.
2. Məktəb direktoru adamları tanımağı, onlarla iĢləməyi, hər kəslə psixoloji
kontakta girməyi bacarmalıdır.
3. Yüksək müşahidəçilik qabiliyyətinə malik olmaq məktəb direktorunun
şəxsiyyətinə verilən tələblərdən olub, adamları yaxından tanımağın başlıca
şərtlərindəndir.
4. İradəlilik, dözümlülük, hər cür mürəkkəb vəziyyətlərdən çıxış yolu tapa bilmək,
özünü itirməmək kimi keyfiyyətlər də məktəb direktoruna verilən tələblərdəndir.
5. İşgüzarlıq xalq təsərrüfatının bütün sahələrində rəhbərə verilən tələblərdəndir.
6. Məktəb direktoru təşəbbüskar olmalıdır.
7. Dəqiqlik hər bir rəhbər üçün vacib olan müsbət keyfiyyətdir.
8. İnsanın əxlaq və fəaliyyət norması hesab olunan prinsipiallıq öz növbəsində hər
bir rəhbər işçi, o cümlədən məktəb direktoru üçün vacib tələblərdən biridir.
9. Məktəb direktoru tələbkar olmalıdır.
10. Həssaslıq, humanistlik, xeyirxahlıq, ədalətlilik kimi əxlaqi keyfiyyətləri
məktəb direktorunun şəxsiyyətinə verilən tələblər sırasında sadalamaq heç də səhv
olmaz.
Məktəb direktoru gənc nəslin təlim-tərbiyəsi üçün dövlət və xalq qarşısında böyük
məsuliyyətdaşıyır. Məhz buna görə də onun şəxsiyyətinin formalaşmasına bu qədər
ciddi tələblər ilk baxışda hər bir adama xas olan keyfiyyətlərdən heç nə ilə
fərqlənmir. Buna görə də bəzi tədqiqatçılar rəhbərin şəxsiyyətinə verilən tələblərin
spesifik mahiyyət kəsb etdiyini söyləyir və onları ümuminsani keyfiyyət
adlandırırlar.. Bu fikirdə böyük həqiqət olsa da rəhbərin şəxsiyyətinə verilən
tələblərin spesifikliyini onun ümumi məzmununda deyil, idarə olunan obyektin
hansı sahəsində gərəkliyi səviyyəsində axtarmaq lazımdır.
Deyilənlərdən bu qənaətə gəlmək olar ki, müasir mərhələdə ölkəmizdə


mövcud olan məktəbi idarəetmə təcrübəsi göstərir ki, yeni tipli rəhbərin - təhsil
menecerinin hazırlanmasına çox ciddi ehtiyac vardır. Təhsildə gedən sürətli
dəyişikliklər şəraitində menecment üzrə yalnız akademik səriştəyə malik olmaqla
kifayətlənmək yox, eyni zamanda həyata keçirilən dəyişikliklərin, yeniliklərin
mahiyyətini və xarakterini, onların normativ-hüquqi təminatını, təhsilin idarə
edilməsini tənzimləyən bütün qanunvericilik bazasını yaxşı bilməlidir. Başqa
sözlə, Azərbaycan təhsilinin özünəməxsus spesifik, ölkəmizin təhsil sisteminin
xarakterinə uyğun menecmenti formalaşmalıdır.Cəmiyyətimizin müasir inkişaf
səviyyəsi məktəbdə təlim-tərbiyənin səviyyəsini daha da yüksəltməyi təkidlə tələb
edir. Bu gün şagirdlərə müəyyən həcmdə biliklərin verilməsi kifayət deyil, onlara
məktəb illərindən əməksevərliyi, axtarıcılığı, yaradıcı düşünməyi, bilikləri
müstəqil surətdə əldə etməyi, əxz edilən nəzəri biliklərin həyata tətbiqini, gündən-
günə artan elmi informasiya axınında düzgün istiqamət götürməyi aşılamaq
gərəkdir. 



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin