MÖVZU 10. MƏKTƏBDƏ METODİKİ İŞƏ RƏHBƏRLİK.
Əhatə olunacaq məsələlər
1. " Metodiki iş " anlayışının mahiyyəti.
2. Metodiki işin məqsəd və vəzifələri.
3. Metodiki işin təşkili formaları.
4. Fənn komissiyalarının fəaliyyəti.
Müasir dövr yüksək ixtisaslı, elmi-nəzəri və metodiki cəhətdən yetkin və
səriştəli müəllim kadrları tələb edir. Belə kadrlar olmasa, məktəbin fəaliyyətini
pedaqoji cəhətdən məqsədəuyğun şəkildə təşkil etmək, təlim-tərbiyənin
keyfiyyətini günün tələbləri səviyyəsinə qaldırmaq mümkün deyil. Müəllimlərin
elmi-nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə kömək edən amillərdən biri də
məktəbdə müəllimlərlə aparılan metodik işlərdir.Qeyd etdiyimiz kimi, hazırda
məktəb qarşısında duran mühüm təlim-tərbiyə vəzifələrinin yerinə yetirilməsində
pedaqoji kollektivə elmi rəhbərliyin və nəzarətin həyata keçirilməsinin böyük
əhəmiyyəti vardır. Bu, eynilə dərsə verilən müasir tələblərə düzgün əməl edilməsi
işinin təşkilinə də aiddir. Məktəbin direktoru əvvəlcə dərsə verilən müasir
tələblərin nədən ibarət olduğunu, onun məzmun və mahiyyətinin müəllim
kollektivi tərəfindən öyrənilməsini təşkil edir. Bu məqsədlə məktəbdəki metodistə
də xüsusi yer ayırılır. Müəllim kollektivini lazımi ədəbiyyatla təmin etmək və işi
sürətləndirmək məqsədi ilə buraya «Təlimdə problemlilik nədir», «Dərsin
intensivləşdirilməsi», «Dərsdə əks-əlaqə yaradılması təcrübəsindən», «şagirdlərin
müstəqil işlərinin təşkili təcrübəsindən», «Proqramlaşdırma ünsürləri olan dərs»,
«Müasir dərs və ona verilən tələblər», «Fəal və interaktiv təlim/tədris metodları»
adlı məqalələr, müxtəlif fənlər üzrə müasir dərsə verilən tələblərin tətbiqini şərh
edən dərs nümunələri olan materiallar toplanılır. Müəllimlər həmin materialları
müntəzəm olaraq öyrənməyə başlayır. Dərsə verilən müasir tələblər əsasında fəal
dərsə dair vaxtaşırı söhbətlər təşkil edirlər. Tədrisin keyfiyyətini yüksəltmək və
təlimi təkmilləşdirməkdə fənn kabinetləri xüsusi əhəmiyyətə malikdir. Bunu
nəzərə alaraq məktəbdə tarix, biologiya, coğrafiya, xarici dil, ədəbiyyat, rus dili,
riyaziyyat kabinetləri yaradılır, onlar müəllim və şagirdlərin köməyi ilə əyani
vəsaitlərlə zənginləşdirilir. Dərslərin kabinet sistemi ilə keçirilməsi üçün cədvəl
tərtib edilir. Təlimin texniki vasitələrindən kompüterlərin müəllimlərin işlədə
bilməsi üçün ayrıca qısamüddətli kurslar təşkil olunur. Bu işlə məktəbin fizika-
riyaziyyat müəllimləri cəlb edilir. Artıq kompüterlərdən bütün müəllimlər müstəqil
istifadə etmək bacarığına yiyələnirlər. Dərsə verilən müasir tələblər haqqında
kimin nə qədər təsəvvürə malik olduğunu öyrənmək məqsədi ilə məktəbdə
seminar-müşavirə keçirildi. Məlum oldu ki, hamı dərsə verilən müasir tələblər
haqqında tam təsəvvürə malikdir. Məktəb rəhbərləri müəllimlərin bu tələblərə necə
əməl etdiklərini müəyyənləşdirmək üçün dərslərdə tez-tez iştirak etdilər. Aydın
olur ki, həmin tələblər haqqında müəllimlər tam təsəvvürə malik olsalar da
dərslərdə onlardan lazımi səviyyədə istifadə etmirlər. Bunun üçün sınaq dərsləri və
başqa tədbirlər həyata keçirməklə, istənilən nəticəni əldə etmək mümkün olur.
Müəllimlərin yeni tədris metodlarına yiyələnməsi kimi çətin və mürəkkəb işə elmi
cəhətdən düzgün və ardıcıl nəzarət etmədən bu sahədə lazımi müvəffəqiyyət
qazanmaq olmaz. Bunu nəzərə alan məktəb rəhbərləri müəllimlərlə müntəzəm iş
aparır, təlim prosesinin yüksək səviyyədə təşkilinə köməklik göstərir, dərsləri
birlikdə təhlil edir, nöqsanların aradan qaldırılması üçün lazımi məsləhətlər
verirlər. Dərslərin müşahidəsi zamanı nəzəri məsələlərin öyrənilməsi ilə bərabər
onun tətbiqinə, laboratoriya işləri və yazı normalarının yerinə yetirilməsinə xüsusi
diqqət yetirilir. ġagirdlərin öyrəndiklərini tətbiq etməyi bacarmasını
müəyyənləşdirmək üçün yoxlama yazı işləri aparılır. Hamıya məlumdur ki,
müəllimlərin ideya-siyasi, nəzəri və metodik hazırlığının təkmilləşdirilməsi
mühüm məsələdir. Müəllimə metodik kömək göstərməyin məqsədi onun pedaqoji
fəaliyyətinin müxtəlif növlərinə verilən prinsipial pedaqoji tələbləri əsl elmi əsasda
izah etmək, daha inandırıcı misallar üzərində bu tələblərin mahiyyətini açmaq,
dərsdə və ondan kənarda yaranan ən müxtəlif iş vəziyyətlərində onları rəhbər
tutmağı öyrətməkdir. Hazırda məktəb rəhbərlərindən müəllimlərin nəzəri
hazırlığını yüksəltmək üçün daha çox qayğı göstərmək tələb olunur. Bunsuz
müəllim proqram materiallarının hərtərəfli elmi izahını və təlimə metodik
yanaşmanı təmin edə bilməz. Son illər müəllimlərin ixtisasını və pedaqoji
ustalığını yüksəltməyin əsas formaları müəyyənləşdirilmişdir. Bunlara məktəb
rəhbərlərinin fərdi və metodik kömək göstərməsi, konsultasiyalar, müəllimlərin
pedaqoji ədəbiyyatla müstəqil işi, pedaqoji praktikumlar, qabaqcıl təcrübə
məktəbləri, metodbirləşmələr, problemli seminarlar, dayaq məntəqələrində fəal
təlimlə bağlı müəllimlərin təkmilləşdirilməsi elmi-praktik konfranslar aiddir.
Direktor müavininin gündəlik dərslərdə olarkən müəllim-lərə verdiyi tövsiyələr
metodik köməyin ən təsirli formaların-dan biridir. Müəllimlərə verilən metodik
tövsiyələr o vaxt təsirli olur ki, dinləyicinin dərsə müəyyən qədər hazırlığı olsun.
Qabaqcıl məktəblərdə dinləniləcək dərsin həftəlik qrafiki verilir. Qrafikdə dərsin
adı, sinfi, tarixi, rəhbəri və məqsədi göstərilir. Bu cür dinləmənin üstünlüyü
ondadır ki, müəllimin təlim işinə məsuliyyəti artır, dərsə yaxşı hazırlaşır və s.
Müəllimlərin pedaqoji ustalığını artırmaq üçün onların qüvvəsi ilə keçirilən fərdi
və kollektiv məsləhətlərin də əhəmiyyəti böyükdür. Dayaq məntəqələrində aparılan
həmfikirlərin söhbətləri, məsləhətlər zamanı proqram materiallarının əsas
məzmunu və izahı, lazım bilinən cəhətləri şərh olunur, müəllimlərin arzularına
uyğun olaraq bu və ya başqa suallar aydınlaşdırılır. Hazırda məktəbdə metodik
işlərin iki forması - fərdi və kollektiv formaları geniş yayılmışdır. Müəllimlərin
nəzəri və praktiki hazırlığını təkmilləşdirmək üçün onların elmi ədəbiyyat üzərində
müstəqilişinin təşkili də həlledici əhəmiyyətə malikdir. Respublikanın qabaqcıl
məktəblərində bu işə ciddi fikir verilir. Həmin məqsədlə müəllimlərdən şəxsi təhsil
planı alınır. Pedaqoji şuralar, metodbirləşmələr, açıq dərslər və s. vasitəsilə onların
şəxsi təhsilinə nəzarət edilir. Müəllimlərin ixtisasını və pedaqoji ustalığını
artırmağın özünü ən çox doğrultmuş ənənəvi forması dayaq məntəqələrində
aparılan məşğələlərdir. Məşğələlər müəllimlərin ideya-siyasi, nəzəri və metodik
hazırlıq səviyyəsini yüksəltməkdə, uşaqların təlim və tərbiyəsinin yeni, daha
mükəmməl üsul və priyomlarına, ən yaxşı müəllim və tərbiyəçilərin iş təcrübəsinə
yiyələnməkdə, elmin ən yeni nailiyyətləri ilə, pedaqoji və elmi-kütləvi ədəbiyyatla
tanış olmaqda köməklik göstərməlidir.
Qabaqcıl məktəblərdə aparılacaq metodik işin planı tərtib edilərkən
məktəbdaxili metodbirləşmənin işinin düzgün təşkilinə xüsusi diqqət yetirilir.
Çünki metodik işin mərkəzində duran metodbirləşmələr, eyni zamanda, müəllim
və məktəb rəhbərlərinin iş təcrübəsinin yayılması üçün geniş imkan yaradır.
Direktor müavini qrafik üzrə müəllimlərin dayaq məntəqələrində iştirakını təşkil
edir. Dayaq məntəqələrində həmfikirlər əsasən təlim-tərbiyə işinin başlıca
problemləri, fənnin elmi-nəzəri və metodik məsələləri, yeni elmi-metodik
ədəbiyyat, pedaqoji jurnalların icmalları müzakirə olunur, geniş təcrübə mübadiləsi
aparılır. Bütün bunlarla yanaşı, həmfikirlərin yığıncağında müxtəlif mövzularda
mühazirələr oxunur; ev tapşırığının və yoxlama yazı işi dəftərlərinin vəziyyəti,
sinif, fənn müəllimlərinin şagirdlərlə apardıqları sinifdənxaric və məktəbdənkənar
işlər təhlil edilir; açıq dərslər müzakirə olunur; fənnə aid dərnək, fakültativ
məşğələ, olimpiada işləri, müəllimlərin şəxsi təhsil vəziyyəti nəzərdən keçirilir,
müasir təlim metodlarından, əyanilikdən, təlimin texniki vasitələrindən istifadə
yolları müəyyənləşdirilir. Məktəbdə fikir verilən metodik işin ən təsirli
formalarından biri də dərslərdə qarşılıqlı iştirak etməkdir. Hər bir müəllim ən azı il
ərzində iki dəfə həmkarının dərsində iştirak edir. Dərsdən sonra geniş fikir
mübadiləsi aparılır.Fərdi iş formasına-müəllimin öz planı əsasında qabaqcıl
pedaqoji təcrübəni öyrənməsi, səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji və
metodik mövzulara həsr olunmuş radio və televiziya verilişlərini müntəzəm
surətdə dinləyib özü üçün nəticə çıxarması, İKT-nin imkanlarından istifadə
etməklə İnternet vasitəsilə lazımi informasiyaları əldə etməsi, özünütəhsil yolu ilə
pedaqoji, psixoloji və metodik ədəbiyyatı mütaliə etməsi, elmi-praktik
konfranslarda, ixtisasartırma kurslarında, treninqlərdə vaxtaşırı iştirakı, pedaqoji və
metodiki mövzularda layihə hazırlaması, məruzə ilə çıxış etməsi, məqalə yazması
və s. daxildir.Ümumiyyətlə, müasir dövrdə təlim və tərbiyənin keyfiyyətinin
yüksəldilməsi məktəbdə metodik işin təşkili ilə qırılmaz surətdə bağlıdır. Metodik
işin qabaqcıl təcrübə əsasında təşkili təlim metodlarının təkmilləşdirilməsi yolunda
başlıca vasitədir. Məktəbdəki fənn komissiyalarında tez-tez təlim-tərbiyə işinin
canlı məsələləri müzakirəsi vacibdir. Təlimin məzmununa verilən yeni tələblərlə
əlaqədar özünü doğrultmuş metod və priyomların tətbiqi fənn komissiyalarının
işinin başlıca məzmununu təşkil etməlidir. Açıq dərslər planlaşdırılarkən uzun
müddət pedaqoji fəaliyyət göstərən müəllimlərin işi ön plana çəkilir.
Belə dərslərə məntəqə metodbirləşməsinin sədrləri, həmin fəndən dərs deyən
müəllimlər, habelə qonşu məktəblərin müəllimləri də dəvət edilir. Həmin dərs
cədvələ münasib vaxtda salındığından məktəbin ümumi iş rejiminə təsir
etmir.Dərsə gənc müəllimlərin dəvət edilməsi də pedaqoji işin keyfiyyətini artırır.
Açıq dərsin mövzusunu ya fənn komissiyasının sədri, ya da müəllimin özü seçir.
Açıq dərs keçən müəllim ona ciddi hazırlaşır. Dərsdə hansı üsul və priyomlardan,
hansı texniki vasitələrdən və əyani vəsaitdən istifadə ediləcəyi əvvəlcədən
planlaşdırılır. Məhz belə hazırlıqlı dərs nümunəsi həqiqi dərs kimi keçilir və hamı
bu işdən faydalanır. Açıq dərsin müzakirəsi çoxsahəli və çətindir. Deyilmiş tənqidi
qeydlər tutarlı, əssaslandırılmış və elmi cəhətdən sanballı olmalıdır ki, müzakirə
sözçülüyə çevrilməsin. Tənqidi qeydlərin göstəriş halında verilməsi az faydalı olar.
Direktor müavini bu qeydləri göstəriş halında yox, metodik təklif xarakterində
deyir. Müzakirə zamanı son söz açıq dərsi aparan müəllimə verilir. Həmin çıxışda
o, deyilmiş tənqidi qeydlərə cavab verir, nə üçün bu dərsdə məhz başqa cür deyil,
belə hərəkət etdiyini əsaslandırır. Dərsin planı, istifadə edilən materiallar
müzakirənin yekunlarına aid sənədlə bir yerə toplanır və məktəbin «metodiki
guşə»sində saxlanılır. Bəzən açıq dərslərə qiymət verilməsini təklif edirlər. Lakin
təcrübə göstərir ki, bu doğru deyil. Belə ki, əvvəla açıq dərs pedaqoji təcrübəçinin
dediyi sınaq dərsi deyil, ikincisi isə bu məsələ haqqında ayrıca qiymət meyarı
yoxdur. Məktəbin metodik işləri sırasında gənc müəllimlərlə aparılan işin
özünəməxsus yeri vardır. Gənc mütəxəssisə ayrı-ayrı mövzuların tədrisi
metodikası, pedaqogika elminin müasir nailiyyətlərindən istifadə etmək,
ümumiyyətlə, təlimin effektliliyini yüksəldən, Ģagirdlərin fəallığını artıran metod
və priyomlar, paylama və didaktik materiallardan istifadə etmək, proqramda
nəzərdə tutulmuş praktik və laborator işlərin təşkili və aparılması haqqında ixtisaslı
kömək edilməsi zəruridir. Məktəbdə aparılan metodik iş çoxsahəlidir
Metodiki işin kollektiv forması isə ibtidai sinif müəllimlərinin, sinif
rəhbərlərinin, günüuzadılmış qrup tərbiyəçilərinin, fənlər üzrə müəllimlərin
metodbirləşmələrində həmkarlıq birləşməsidir.
Metodik işin fənlər üzrə kollektiv formalarında müxtəlif xarakterli işlər aparılır.
Nümunə üçün aşağıdakıları göstərmək olar: müvafiq fənlər üzrə tədris proqramları
materiallarının məqsədəuyğun şəkildə planlaşdırılması, qabaqcıl iş təcrübəsinin
öyrənilib ümumiləşdirilməsi, "açıq dərs"lərin planlaşdırılması, təşkili və təhlili
(kollektiv müzakirəsi), psixologiya, pedaqogika və metodikaya aid elmi yenilikləri
müəllimlər arasında yaymaq, müvafiq mövzunun və ya fənnin tədrisi zamanı
özünü göstərə biləcək çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər
görülməsi, yeni çıxmış dərslik və ya metodik vəsaitin müzakirəsi, metodbirləşmə
üzvlərinin öz qüvvəsi ilə müəyyən vəsait hazırlamaq, təlimin səmərəli vasitə və
yollarını müəyyənləşdirib tövsiyə etmək, müəllimlərin fəaliyyətindəki nailiyyətləri
əks etdirən sərgilər düzəltmək, rəhbər orqanların təlimati və metodik
məktublarının, tövsiyələrinin öyrənilməsi və həyata keçirilməsi, metodbirləşmə
üzvlərinin tematik planlarının nəzərdən keçirilməsi, fakültativlərin işinin
istiqamətləndirilməsi və s.Məktəb apardığı təlim-tərbiyə işlərini dövrün tələbləri
səviyyəsində təşkil etmək üçün zəngin maddi-texniki bazaya malik olmalıdır. Bu
anlayışa nələrin daxil olduğunu yuxarıda qeyd etmişik, ona görə də maddi-texniki
bazaya daxil olan parametrləri bir daha təkrar sadalamağı məqsədəuyğun hesab
etmədik.
Ölkədə təhsil sahəsində aparılan islahatlar "ümumi icbari orta təhsilin
təkmilləşdirilməsi və inkişafı, hər şeydən əvvəl, onun tədris-maddi bazasının
lazımi şəraitlə - təlim-tərbiyə işlərinin aparılması üçün zəruri olan müvafiq baza
ilə, ...təmin olunmasını qətiyyətlə tələb edir".
Məktəb işinin təhlili göstərir ki, pedaqoji prosesin keyfiyyəti ilk növbədə
müəllimdən, sonra ideya-nəzəri hazırlığın və pedaqoji, metodiki ustalığından
asılıdır. Əgər müəllim pedaqoji, metodiki cəhətdən lazımi hazırlıqda olmasa, məktəb
təhsilinin məzmunu və metodları hər nə qədər yaxşılaşdırılsa da şagirdlərin təlim-
tərbiyə işində müvəffəqiyyət əldə edə bilməz. Buna görə də məktəbdaxili metodiki
işi getdikcə daha çox təkmilləşdirməyə ehtiyac duyulur.
Məktəbdə müəllimlərlə aparılan metodiki iş iki formada təşkil edilir: 1.Fərdi
metodiki iş, 2.Kollektiv metodiki iş.
Müəllimlərlə ayrı-ayrılıqda aparılan fərdi iş onların şəxsi təhsilinin tərkib
hissəsi hesab olunur. Buna görə də fərdi metodiki iş yerinə yetirmək üçün hər bir
müəllim özünün şəxsi təhsili, metodiki hazırlığını təkmilləşdirmək məqsədilə özünə
illik plan tərtib edir. Müəllimlərin fərdi metodiki işinin planlaşdırılmasına direktorun
təlim-tərbiyə işləri üzrə müavini istiqamət verir və onun icrasına nəzarət edir. Fərdi
iş formalarına özünütəhsil planı üzrə işdən başqa təlim-tərbiyə üzrə direktor
müavininin fərdi məsləhətləri, təlimati söhbətlər, fərdi tapşırıqların yerinə
yetirilməsi, şəxsi hesabatlar, ixtisasartırmadan keçməyə dair məlumatlar və s.
daxildir.
Kollektiv formada məktəbdə aparılan metodiki iş müxtəlif səpkili
metodiki iş mərkəzini əhatə edən bir sistem təşkil edir. Buraya məktəbin pedaqoji
şurası, ümumiməktəb metodiki şurası,
fənn komissiyaları, məktəb
metodbirləşmələri, metod-kabinetlər, operativ metodik müşavirələr, müəllimlərin
problem qrupları, metodik seminarlar, qabaqcıl təcrübə məktəbi və s. daxildir.
Pedaqoji şura (o cümlədən kiçik pedaqoji şura) direktoryanı (həmçinin
müavinyanı) müşavirə və metodbirləşmədən əvvəlki paraqrafda məktəbin kollegial
idarəetmə orqanları kimi, burada isə məktəbin kollektiv metodik iş formalarından
biri kimi bəhs olunması heç bir təəcrübə səbəb olmamalıdır. Çünki onların hər
birinin öz əhəmiyyətinə görə bir-birindən fərqlənməyən iki funksiyası vardır:
1. Kollegial idarəetmə, nəzarət.
2. Maarifləndirmə, ixtisasartırma.
Burada biz pedaqoji şura, direktoryanı müşavirə və metodbirləşmələrinin
əsas ikinci, bəhs olunmayan funksiyaları ilə tanış olacağıq.Pedaqoji şura hazırda
məktəbdə aparılan metodiki işin əsas mərkəzlərindən biri hesab olunur. Çünki
əvvəllərdə olduğu kimi, bugünkü pedaqoji şura iclaslarında yalnız təşkilat-
təsərrüfat məsələləri rüb və ya il yekunları, yeni dərs ilinə hazırlıq, ayrı-ayrı fənlərin
tədrisi üzrə yoxlamaların nəticəsinin müzakirəsi və s. məsələləri deyil, həm də
müəllimlərin elmi-metodiki hazırlığın yüksəldilməsini də özünün fəaliyyət planına
daxil edir və bu məqsədlə də hər bir növbəti pedaqoji şura iclasında pedaqogianın
aktual problemlərinə dair 1-2 məsələnin müzakirəsi ilə məşğul olur. Pedaqoji şuranın
illik iş planında bu müzakirə mövzuları əvvəlcədən müəyyənləşdirdiyi və
razılaşdırıldığından bu və ya digər mövzuda məruzə ilə çıxış edən və müzakirələrdə
iştirak edəcək müəllimlər erkən hazırlaşır, yeni pedaqoji ədəbiyyatla tanış olur, yeni
fikir və tövsiyələr öyrənmək və informasiyanın ötürülməsi yolu ilə kollektiv
üzvlərinin həmin məsələ üzrə müvafiq bilik və təcrübəyə nail olmasına köməklik
göstərirlər.
Son illər pedaqoji şura iclasının metodik funksiyası genişləndiyi kimi, onun
törəməsi olan kiçik pedaqoji şuraların (sinif pedaqoji şuraların) da metodiki
fəaliyyəti də artmışdır. Çünki burada məktəb pedaqoji şurasında müzakirə edilməsi
mümkün olan bir çox metodik problemlər konkret bir sinfin və paralel siniflərin
timsalında işgüzar müzakirədən keçirilir. Məsələn: dərsdə təlim materiallarının
fərqləndirilməsi, şagirdlərin təlim-idrak marağının artırılması imkanları, yaradıcı ev
tapşırıqlarının sistemi və s.
Əlbəttə hazırki mərhələdə pedaqoji şura metodiki işin mərkəzi olsa da
məktəbdə aparılan metodiki iş təkcə onun imkanları ilə məhdudlaşmır. Bundan
əlavə metodiki işi həyata keçirmək üçün ümumməktəb metodiki şurasından,
operativ metodiki müşavirələrdən, məktəb metodbirləşmələrindən, müəllimlərin
problem qrupları və s. də istifadə olunur.
Dostları ilə paylaş: |