1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   21   22   23   24   25   26   27   28   ...   36
tehsilin-idare-olunmasl

Ümumməktəb metodşurası müəllimlərin elmi-nəzəri və metodiki
səviyyələrini yüksəltmək və pedaqoji ustalığının təkmilləşdirilməsi məqsədi ilə
yaradılır. Həmin metodşuranın əsas əhəmiyyəti ondadır ki, bu, məktəbdə aparılan
bütün metodiki işlərinin əlaqələndirilməsi və tənzimlənməsinə kömək göstərir.
Ümumməktəb metodşuralarının tərkibi məktəb şurası tərəfindən müəyyən
və təstiq edilir. Buraya məktəbin ən qabaqcıl müəllimləri, fənn komissiyaları və
sinif birləşmələrinin sədrləri daxil edilir. Həmin şuraya məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini rəhbərlik edir. Metodşura, məktəb kollektivinin
üzərində işləyəcəyi problemin, il ərzində keçiriləcək seminar və
praktikumların, metodik müşavirələrin tematikasını müəyyənləşdirir və təsdiq edir.


Ümumməktəb metodşuralarının yığıncaqlarında fənn
komissiyaları və
metodbirləşmə rəhbərlərinin hesabatları, qabaqcıl təcrübə məktəbinin təklifi və
tövsiyyələri, novator və metodist müəllimlərin yaradıcılıq təşəbbüsləri, məktəb üzrə
keçirilən elmi-pedaqoji konfransların yekunları və s. müzakirə olunur.
Operativ metodiki müşavirələr məktəbdə elmi-pedaqoji yenilikləri
təcili olaraq kollektiv üzvlərinə çatdırmaq məqsədilə yaradılır. Operativ
müşavirələri direktor və ya onun müavinlərindən biri keçirir. Burada eyni ixtisas
sahiblərindən ibarət müəllimlərə, yaxud sinif rəhbərlərinə bu və ya digər pedaqoji
yeniliklər haqqında informasiya verilir. Operativ müşavirələr formasına görə bir növ
direktoryanı müşavirəni xatırladır, lakin vaxt cəhətdən çox qısa müddəti (ən çoxu
yarım saatı) əhatə edir.
Məktəb metodbirləşmələri də məktəbdə aparılan metodik işin əsas dayaq
nöqtələrindən biridir. Özünün ilkin funksiyasına görə, məktəbin əsas kollegial
idarəetmə orqanlarından biri sayılan məktəb metodbirləşmələri həm də məktəbdə
aparılan metodiki işin nəzərə çarpan növlərindən biridir. Eyni və ya yaxın fənn
müəllimlərinin, ibtidai sinif müəllimlərinin, yaxın ixtisas sahiblərindən ibarət
tərbiyəçilərin birləşdiyi metodbirləşmələrin fəaliyyəti məktəbin yenidən
qurulduğu, yeni təhsil qanununun həyata keçirildiyi indiki mərhələdə daha da
təkmilləşdirilməlidir. Bunun üçün isə ilk növbədə metodbirləşmə rəhbərlərinin
seçilməsinə tələbkarlıqla yanaşmaq lazımdır.
Mövcud tövsiyələrə görə, metodbirləşmə sədrləri məktəb direktorunun
təqdimatı üzrə pedaqoji şurada təsdiq olunur. Sədrlərin seçilməsi zamanı onun
təlimat göstəricisi, iş keyfiyyəti, yaradıcılıq təşəbbüskarlığı və s. nəzərə
alınmalıdır. Belə olmasa, metodbirləşmə yığıncaqları, əvvələrdə olduğu kimi,
rübdə bir dəfə keçirlən iclasında formal şəkildə bu və ya digər müəllimin hər hansı
məruzəsini dinlənilməsi, proqram materiallarının bölgüsünün aparılması (hətta
bəzən bu məsələlərin saxta protokollaşdırılması) və s. kimi bəsit fəaliyyətdən
qabağa gedə bilməz.


Məktəbdaxili metodik işin düzgün qurulması onun öz fəaliyyətinin düzgün
planlaşdırılmasından çox asılıdır. Bu baxımdan metodbirləşmələrin iş planında
aşağıdakı məsələlərin əks etdirilməsi məqsədəuyğun sayılır:
- yeni dərs planı və proqramların tələblərini dərindən öyrənmək;
- təlim-tərbiyənin nəzəriyyə və təcrübəsinin öyrənilməsi və tətbiqi;
- təcrübə mübadiləsinin təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi;
- müəüimlərin elmi-metodik yeniliklər, pedaqoji ədəbiyyat və tədris filmləri
ilə ardıcıl tanış edilməsi;
- açıq və qarşılıqlı dərslərin planlaşdırılması və təhlili, çətin və aktuallıq kəsb
edən mövzular üzrə nümunə dərslərinin hazırlanması və keçirilməsi, gənc
müəllimlərlə işin təşkili;
- didiaktik materiallar və əyani vasitələrin hazırlanması;
- müstəqil və yoxlama mövzularının hazırlanması və
müzakirəsi, məktəbdə aparılan yoxlamaların nəticələrinin müzakirəsi və təhlili;
- şagirdlərin bilik keyfiyyəti və müəllimlərin tədris üsullarında özünü göstərən
qüsurların
aradan
qaldırılması
üçün
tədbirlər
planının, tövsiyyələrin hazırlanması, direktor orqanların təhsil sahəsindəki
sərəncam və göstərişlərinin, metodik tövsiyyələrin öyrənilməsi;
- yaradıcı, novator müəllimlərin iş təcrübəsinin öyrənib ümumiləşdirilməsi və
yayılması. Onların iş təcrübəsi haqqında rəylərin hazırlanması;
- təşəbbüskar müəliimlərin yaradıcılıq hesabatlarının dinlənilməsi və s.
Müəllimlərin problem qrupları məktəb rəhbərləri və yaradıcı müəllimlərin
təşəbbüsü ilə yaradılır. Metodbirləşmə və qabaqcıl təcrübə məktəblərindən fərqli
olaraq müəllimlərin problem qrupları təkcə bir fənn təcrübəsi çərçivəsində deyil,
ümumi pedaqoji, psixoloji problem dairəsində fəaliyyət göstərir. Adından məlum
olduğu kimi, bu qrup məktəb üzrə aktual bir problemin (deyək ki, «şagirdlərin idrak
fəaliyyətini yüksəltməyin yolları», «müəllimlərin və şagirdlərin vaxt büdcəsinə
qənaət olunmasının imkan və yolları») pedaqoji, psixoloji və sosioloji aspektdə
tədqiq etməyi qarşısına məqsəd qoyur və öz axtarışlarının nəticələrini kollektiv
üzvlərinin nəzərinə çatdırırlar.


Məktəbin problem qruplarının tematikası bir dərs ili ilə məhdudlaşır.
Növbəti dərs ilində problem qrup özü üçün yeni problem müəyyənləşdirir.
Əlbəttə, metodiki işin bu deyilən formaları faydalılıq baxımından son hədd hesab
oluna bilməz. Məktəblərimizin yaradıcı iş təcrübəsi və pedaqoji axtarışlar gələcəkdə
məktəbdə metodiki işin səviyyəsini daha da yüksəltmək üçün daha təkmil iş
formaları təklif edəcəkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, pedaqoji prosesin keyfiyyəti həlledici anda
müəllimdə, onun ideya-siyasi hazırlığının, pedaqoji-metodik ustalığından çox asılıdır.
Bu baxımdan müəllimlərin ixtisasının artırılması, attestasiyasının
səmərəli təşkili və təhlili mühüm rol oynayır. Ümumiyyətlə, ixtisasartırma hər hansı
bir əməyə yararlı və faydalı olmağın dərəcəsini, hazırlıq səviyyəsini göstərir. Bu,
pedaqoji sahə işçiləri, müəllimlər üçün çox zəruridir. Təbii ki, müəllim daim öz
üzərində işləməli, biliyini artırmalı, ixtisasca təkmilləşməlidir, əks halda elmi-
texniki tərəqqinin, ictimai-sosial şəraitin çox sürətlə dəyişdiyi indiki şəraitdə təlim-
tərbiyə prosesini yaxşı qura bilməz.
Sənətin sirlərini öyrənmədən yaxşı usta olmaq mümkün olmadığı kimi,
müəllim də öyrənməsə, peşə-ixtisas səviyyəsini artırmağa yaxşı müəllim kimi el
hörmətini, valideyn rəğbətini, cəmiyyət məhəbbətini qazana bilməz.
Müəliim pedaqoji ustalığının artırılması onun psixoloji, pedaqoji, metodik və
ixtisas hazırlığının təkmilləşdirilməsini nəzərdə tutur. İctimai-texniki inkişafın
sürətlə baş verdiyi, xalqımızın dövlət müstəqilliyinə nail olduğu, milli dəyərlərinə
qayıtdığı bir dövrdə müəllimlərin əhatəli hazırlığı, xüsusilə öncə yazdığımız siyasi
sistemin tələblərindən irəli gələn bəzi yasaq edilmiş sahələrin öyrənilməsi çox
vacibdir.
Müəllimlərin metodik hazırlığının təkmilləşdirilməsini onların yaradıcılıq
axtarışlarından ayrılıqda təsəvvür etmək olmaz. Müəllim bilməlidir ki, pedaqogika,
psixologiya elminə gedən yol özünü təhsildən, yenidəntəhsildən, yaradıcılıq
axtarışlarından başlayır.
Müəllimin peşə ustalığının əsas ünsürü, onun ixtisası üzrə, tədris etdiyi
fənnin elmi əsasları üzrə hazırlığından ibarətdir. Çoxdan sübut olunmuş həqiqətdir


ki, elmin özünü bilməyən müəllim nə qədər mahir metodist, ustad müəllim olsa da
tədris etdiyi fənnin əsaslarını tələb olunan səviyyədə şagirdlərə öyrədə bilər.
Əlbəttə, müəllimin ustalığının təkmilləşdirilməsi pedaqoji prosesin bütün
komponentlərini vəhdətdə götürməyi tələb edir. Pedaqoji ustalığın komponentləri
biri digəri üçün şərt olmaqla bir-birini tamamlayır.
Müəllimin ixtisasının artma forması kimi nəzəri seminarlardan, elmi-praktik
konfranslardan, monoqrafiyalar müzakirəsindən, pedaqoji-psixoloji disputlardan və
s. istifadə olunur. Hər bir müəllim azı beş ildən bir hazırlıq kursu keçməklə, özünün
elmi, pedaqoji, psixoloji və metodik bilik, bacarıq və vərdişlərini təkmilləşdirir.
Məktəb rəhbərlərinin hazırlanması və ixtisaslarının artırılması əsas tədris elmi baza
olan pedaqoji universitetlərin xüsusi fakültələrində həyata keçirilir.
Son vaxtlar xüsusi diqqət yetirilən müəllimlərin attestasiyadan keçirilməsi
prosesi də ixtisasın artırılmasında, biliklərin təzələnməsində və
təkmilləşdirilməsində mühüm rol oynayır.
Attestasiya müəyyən vaxtda, dövrləşmə əsasında aparılır. Hər bir müəllim,
tərbiyəçi hər beş ildən bir attestasiyadan keçir, Rayon (şəhər) XTŞ-lərində
fəaliyyət göstərən komissiya müəllim və tərbiyəçilərin fəaliyyətinə aşağıdakı
qiymətləri verir:
- tutduğu
vəzifəyə
uyğundur

«müəliim-metodist»,
«tərbiyəçi-metodist» adının verilməsinə layiqdir;
- tutduğu vəzifəyə uyğundur;
- tutduğu vəzifəyə uyğundur, bu şərtlə ki, attestasiya
komissiyasının tövsiyyəsini yerinə yetirsin;
- tutduğu vəzifəyə uyğun deyil.
Pedaqoji işçilərin peşə intellektual hazırlığının yüksək səviyyəsinin
saxlanılmasında pedaqoji elmi yeniliklərin məktəb təcrübəsinə tətbiqi, qabaqcıl
təcrübənin yayılması da xüsusi rol oynayır.
Elm günü-gündən inkişaf edir, cəmiyyətin tərəqqisinin hərəkət-verici
qüvvəsinə çevrilir, respublikanın dünya sivilizasiyasına inteqrasiya olunmasını təmin
edir. Bu sahədə pedaqogikanın da daim yeniliklərlə yaşaması, məktəbin elmi-


texniki, informasiya və s. sahələrdəki nailiyyətləri özündə cəmləməsi pedaqoji elmi
yeniliklərə təkan verir.
Pedaqoji elmi yeniliklərin məktəb praktikasına tətbiqi həmin işlərə ciddi
hazırlaşmaqdan, onun planlaşdırılması və təşkilindən çox asılıdır.
Məktəbşünaslıqda elmi yeniliklərin tətbiqi nə qədər əhəmiyyətlidirsə,
qabaqcıl təcrübənin yayılması da o dərəcədə vacibdir.
Ona görə də məktəb rəhbərləri qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, onları
ümumiləşdirib, yaymağa xüsusi diqqət yetirirlər. Pedaqoji fəaliyyət prosesində hər
bir qabaqcıl müəllim yeniliyə can atır, axtarışlar aparır. Onları öz təcrübəsinə tətbiq
etməyə çalışır. Məhz bu zaman pedaqoji proses əsil yaradıcılıq işinə, məktəb isə
elmi-tədqiqat laboratoriyasına çevrilir.
Təhsil idarəetmənin bütün vəsilələrində rəhbərlərin vəzifəsi yeni ideyaları
hər vasitə ilə müdafiə etmək və müəllimlər arasında yaradıcı ruhu, müsbət peşə
rəqabətini təmin etməkdir. Pedaqogika elminin və məktəb təcrübəsinin qarşılıqlı
əlaqəsi qabaqcıl təcrübənin öyrənilməsinin və yayılmasının zəruri şərtidir.
İşgüzar, öz peşəsinin vurğunu olan məktəb rəhbərləri pedaqoji kollektivdə
qiymətli, mütərəqqi nə varsa, hamısını səbr və təmkinlə öyrənir, aşkara çıxarırlar.
Onlar bu məqsədlə açıq dərslərdən, disputlardan, pedaqoji monoqrafiya və
dərsliklərdən, onların geniş elmi müzakirəsindən istifadə edirlər.
Qabaqcıl təcrübənin öyrənilib yayılmasında təhsilin müxtəlif vəsilələri üzrə
keçirilən pedaqoji mühazirələr mühüm rol oynayır. Bu tədbirlərdə müvəffəqiyyətli
iştirakın əsasını müəllimin özünütəhsillə müntəzəm məşğul olması təşkil edir.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin