1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpaqşünaslıq elminin inkişafında alimlərinin rolu



Yüklə 132,98 Kb.
səhifə106/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   101   102   103   104   105   106   107   108   109
Torpaq coğrafiyaaı tam suallar

58. Torpaqşünaslıq elminin inkişafında alimlərinin rolu.

Torpaqşünaslıq- torpaqlar, onların əmələ gəlməsi, quruluşu, tərkibi və xassələri; torpaqların coğrafi yayılmasının qanunauyğunluqları; torpağın əsas xassəsi olan münbitliyinin formalaşması və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqəsi; torpaqdan kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində səmərəli istifadənin yolları və torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyi haqqında elmdir.

Torpaqşünaslıq elmi təlim kimi 19-cu əsrin sonlarında tanınmış rus alimləri V.V.Dokuçayev, P.A.Kostıçyev N.M.Sibirtsevin əməyi nəticəsində formalaşmışdır. Azərbaycanda isə H.Ə.Əliyev, V.R.Volubuyev, M.E.Salayev, K.A.Ələkbərov, M.P.Abduyev, Ş.G.Həsənov, R.H.Məmmədov və başqalarının bu elmin inkişafında əməyi danılmazdır.

Torpağa ilk elmi tərif V.V.Dokuçayev tərəfindən verilmişdir: “Dağ süxurlarının su, hava və müxtəlif növ canlı və cansız orqanizmlərin birgə fəaliyyəti nəticəsində təbii yolla dəyişdirilmiş “açıq” və ya xarici qatına torpaq deyilir”. O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri” nəticəsində yaranmışdır.

Torpaqşünaslıq bir elm kimi Rusiyada yaranmışdır. V.V.Dokuçayev şimal yarımkürəsi torpaqlarının təsnifat sxemini hazırlamışdı. Həmin sxemdə, hər biri müəyyən qrup torpaqların yayılması, aşınma prosesləri, qrunt, iqlim şəraiti, bitki və heyvanat aləmi, relyefin xüsusiyyətləri ilə səciyyələnən beş coğrafi zona (boreal, tayqa, qaratorpaq, areal, laterit) ayrılmışdı. V.V.Dokuçayevin torpaq haqqında təliminin əsaslarını sistemləşdirmiş və inkişaf etdirmişdir. N.M.Sibirtsev müxtəlif iqlim və relyef şəraitlərində bitki və dağ süxurlarının qarşılıqlı təsirini ön plana çəkməklə torpağın tərifini vermiş, torpaqəmələgətirən amilləri biotik və abiotik olmaqla iki qrupa ayırmış, torpaqların təsnifatını dəqiqləşdirmiş, torpaqların zonal, interzonal və azonal bölgüsünü müəyyən etmiş, “torpaq cinsi” anlayışını irəli sürmüş və V.V.Dokuçayevin quraqlıqla mübarizəyə dair işlərini davam etdirmişdir. V.V.Dokuçayev məktəbinin inkişafı ilə eyni vaxtda rus alimi P.A.Kostıçyev (1845-1895) tərəfindən də torpaqlar öyrənilirdi. O, aqronomik torpaqşünaslığın elmi əsaslarını yaratmış və torpaşünaslıqla əkinçiliyi bir- birinə bağlayan bir sıra əhəmiyyətli nəzəri ümumiləşdirmələr aparmışdı. P.A.Kostıçyev torpağın əmələgəlməsi ilə bitkinin həyatı arasında sıx əlaqənin olduğunu qeyd edir və torpağı “ bitkinin əsas kök kütləsinin yayıldığı “Yerin üst qatı” kimi təyin edirdi.

V.V.Dokuçayev 1898-ci ildə Zaqafqaziyada və o cümlədən Azərbaycanda olmuş, torpaqlar haqqında ümumi məlumatlar verməklə, şaquli torpaq qurşaqlarının mövcudluğunu göstərmişdir. 1911-1914-cü illərdə S.Zaxarov, V.Romanov və J.Kamenski Mil və Şirvan düzlərində relyef, torpaqların şorlaşması, qrunt suyunun səviyyəsi ilə əlaqədar torpaq müxtəliflikləri haqqında fikir irəli sürmüşlər.

M.Salayevin “Kiçik Qafqazın torpaqları” (1966) Monoqrafiyasında yüksək dağlıq torpaqların genezisi, coğrafiyası və sistematikası şərh olunur. Akad. H.Əliyevin rəhbərliyi altında torpaqların zonal yayılma qanunauyğunluqları, nomenklaturası və sistematikası müəyyən edilir. Dövlət sahə qoruyucu meşə zolaqlarının salınması layihəsinin hazırlanması məqsədilə Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivi boyu torpaq tədqiqatı aparılır. Meşəsalmaya yararlı torpaqların meşə və meşə-kol bitkilərinin inkişafı üçün yararlı ekoloji şəraiti nəzərə alınmaqla xəritəçilik materialları tərtib olunur. Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda akad. H.Əliyevin rəhbərliyi ilə meşə torpaqları laboratoriyası yaradılır. Böyük və Kiçik Qafqazın, Talış meşə massivlərinin ardıcıl olaraq torpaq-ekoloji şəraiti öyrənilir. Q.Ş.Məmmədov tərəfindən respublikamızda 40 çay hövzəsi daxilində ekoloji bölgələrin suayrıcı, tranzit və akkumulyasiya sahələrinin ayrılması və bu sahələr daxilində ekoloji nəzarətin – monitorinqin təşkili təklifi irəli sürülmüşdür.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin