1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Mülayim qurşağın torpaq örtüyü. (Subboreal)



Yüklə 132,98 Kb.
səhifə103/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   99   100   101   102   103   104   105   106   ...   109
Torpaq coğrafiyaaı tam suallar

56. Mülayim qurşağın torpaq örtüyü. (Subboreal)

Subboreal torpaq-iqlim qurşağı əsasən Şimal yarımkürəsində, Avrasiya və Şimali Amerikada inkişaf etmişdir. Cənub yarımkürəsində bu qurşağa yalnız kiçik ərazi aid edilir. Bu qurşaqda quraq və quru vilayətlər üstünlük təşkil edir; bozqır vilayətləri ərazinin – 45%-ni, yarımsəhra və səhra – 31% -ni, meşə -24%-ni əhatə edir. Dünyanın əkinçilikdə istifadə olunan torpaqlarının demək olar ki, yarısı subboreal qurşağın ərazisində yerləşmişdir. Subtropik qurşaqla müqayisədə becərilən kənd təsərrüfatı bitkilərinin sayı azdır. İqlim şəraiti ildə yalnız bir məhsul almağa imkan verir.

Subboreal meşə vilayətləri bütün materiklərin okean sahillərində yerləşmişdir. Onlar sahəsinə görə böyük deyildir, meridian istiqamətində uzanaraq daxili bozqır vilayətlərini okean sahilindən ayırırlar. Şimal yarımkürəsində sahəsinə görə Qərbi və Mərkəzi Avropanı, qismən Şərqi Avropanı əhatə edən Qərbi Avropa vilayətləri və ABŞ-ın şimal-şərq ştatlarını əhatə edən Şərqi Şimali Amerika vilayəti seçilir. Cənub yarımkürəsində Cənubi Amerika subboreal rütubətli-meşə vilayəti və Avstraliya vilayəti ayrılır.

Torpaq örtüyündə enliyarpaq meşələr, dərindən yuyulma və qonur meşə torpaqları hakimdir. Qleyli qonur meşə torpaqlarının ümumi sahəsi qonur meşə torpaqları zonasının 10%-ni təşkil edir. Subboreal vilayətlərin düzən əraziləri kənd təsərrüfatı baxımından daha çox mənimsənilmiş hesab olunur. Burada yüksək əkinçilik mədəniyyəti şəraitində tarla və meyvə bitkiləri becərilir.

Şərqi Şimali Amerika və Şərqi Asiya vilayətlərində bozqır vilayətləri ilə sərhəddə meridian istiqamətdə enli olmayan zolaqda prerilərin qaramtıl torpaqları yayılmışdır. Bu torpaqlar meşə örtüyündən məhrumdurlar və qara torpaqlar kimi humuslu horizontlara malikdirlər.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin