ləyici addım özümüzü müdafiə üçün ən inandırıcıdır
51
”.
Keçən əsrdə, beynəlxalq hüquq qəbul etmişdir ki, hər hansı ölkəyə qaçılmaz
hücum təhlükəsi olarsa, hücuma məruz qalmazdan öncə, o adi simmetrik qüvvələrə
qarşı özünü müdafiə etmək üçün qanuni addım ata bilər
52
. İndi isə assimmetrik
qruplar təhlükəsi altında, qaçılmaz hücum təhlükəsi konsepsiyası bugünkü düş-
mənlərin imkanlarına və məqsədlərinə uyğunlaşdırılmalıdır. Assimmetriyanı istis-
mar edən düşmənlərin hədsiz dağıdıcı hərəkətlərinə imkan verməmək və ya qarşısı-
nı almaq üçün, müdafiə olunan önləyici addımla hərəkət etməlidir
53
. Lakin önləyici
addım “başqa bütün vasitələr qalmadıqda və əsasən də, ciddi təhlükə meydana gəl-
dikdə” istifadə oluna bilər. Bundan əlavə,”gözləmənin riskləri əməliyyatın risklə-
rindən daha da mühüm olmalıdır
54
”.
Avropada,önləyici addım beynəlxalq hüququ açıq pozduğuna görə geniş şəkildə
tənqid olunur. Lakin onun lehinə güclü arqumentlər də vardır
55
. NATO önləyici
zərbəni istisna etmir
56
. Önləyici zərbə strateji doktrina kimi Rusiya
57
, Fransa
58
,
51
İbid.p.6 və 15.” Ənənvi çəkindirmə konsepsiyaları vəhşi dağıntılar və günahsız insanları
hədəf götürən məlum taktikalarla müşaiyət olunan düşmənə qarşı işləməyəcək; onun sözdə
əsgərləri ölümlə şəhidlik axtarır və onların ən güclü müdafiəsi vətəndaşsızlığıdır”.
52
Önləyici addım o fikirlə atılır ki,düşmən tərəfindən hücum tez və ya gec baş verəcək.
Bax: Slocombe, Walter B., “Force, Pre-emption and Legitimacy”, in Survival, Spring 2003,
p. 124.
53
Hücum etmək niyyətinin mümkün sübutu hər hansı şəhərdə nüvə və ya bioloji silahın
partladılması ola bilər. Potensial itkilərin sayını nəzərə alsaq bu cür halı gözləmək
qəbuledilməz olar.
54
İstiqamətlər o zamankı ABŞ Milli Təhlükəsizlik üzrə Prezidentin köməkçisi Kondeliza
Raysın Mənhəttən İnstitutunda 1 Oktyabr,2002- ci ildəki çıxışında verilmişdir. Bundan
əlavə, orada başqa kriteriya da vardır: (1) təhlükənin təcililiyi;(2) təhlükənin həqiqiliyi; (3)
vasitələrin ölçülüyü-qərar vermə üçün kəşfiyyatın əsas olması. Bu kriteriyaların heç biri
ölçülə bilən və ya həyata keçirilə biləndir.
55
Houben, Marc, Better Safe than Sorry. Applying the Precautionary Principle to Issues of
International Security, Center for European Policy Studies, CEPS Working Document No.
196, November 2003; at: http://www.ceps.be
56
2002 ci iln Noyabrında keçirilən Praqa sammitində Nato-nun qəbul etdiyi sənəddə
(MC472) ən azı açıq olmasa da önləyici zərbə müzakirə edilmişdir. Baxmayaraq ki,
İttifaqın yeni hərbi konsepsiyasında terrorçuluğa qarşı mübarizədə “önləyici” və “ilkin
özünü-müdafiə”-yə açıq surətdə isnad edilməsə də,(Fransa və Almaniyanın tələbi ilə)
aydındır ki, NATO təməl prinsip olaraq önləyici zərbəni istisna etmir. Bax: Tanner, Adam,
“NATO Says It Could Launch Preemptive Strikes”, Reuters, Berlin, 31 October 2002.
86
Avstraliya tərəfindən də qəbul edilmiş və hətta Yaponiya önləyici müdafiə hüququ-
nu özündə saxlayır
59
. Faktiki olaraq, asimmetrik terror təhlükələri probleminin eyni
diaqnozunu Avropa Təhlükəsizlik Strategiyasında görürük
60
: ”Qloballaşma erasın-
da,uzaq təhlükələr yanimizdakı təhlükələr qədər qayğıverici ola bilər...İlk müdafiə
xətti daha çox xaricdə olacaq.... Münaqişənin qarşısının alınması və təhlükənin qar-
şısının alınmasının vaxtı deyil deyilə bilməz”. Ona görə də, Avropa strategiyası ge-
nişlənməyə ,Avropa qonşuluğunda təhlükəsizliyin möhkəmləndirilməsinə çağırır.
Bunun müxtəlif hərbi imkanlardan doğan, sadəcə sözlərin müxtəlif seçimi olmasını
gələcək göstərə bilər. “Genişlənmə ilə qarşısını alma” həm də ABŞ-ın qlobal önlə-
yici zərbə strategiyasının yaxşı regional ekvivalenti də ola bilər.
Avropa ölkələri, hüquq mühavizə, kəşfiyyat və həmçinin, hərbi cavabları tələb
edən terror təhlükələri ilə uzun müddət üz-üzə gəlmişlər. Lakin qəbul olunmalıdır
ki, Avropanın,xüsusilə də, 1970 və 1980- ci illərə təsadüf edən terrorçuluğa qarşı
mübarizə təcrübəsi, Al-Qaidə kimi təşkilatların törətdiyi fəlakətli terror təhlükəsin-
dən köklü şəkildə fərqlidir. Avropanın içindən çıxan terror qruplarının məqsədi
müasir transnasional terror təşkilatlarının məqsədlərindən fərqlənirdi. Onlar mütləq
olaraq dövləti və ya onun hökümətini dağıtmaq yox,daha çox siyasi dəyişiklik və
ya böyük muxtariyyət istəyirdilər. Və nəticədə, onlar fəlakətli insan ölümü ilə nəti-
cələnən hadisələr törətməkdə maraqlı deyildilər, çünki bu işlər onların ideyalarının
həyata keşirilməsinə əks-təsir göstərərdi. Madrid və London hücumlarının müna-
sibəti dəyişməsinə baxmayaraq, Avropalıların çoxu hələ də düşünür ki, onlar terror
və onun səbəblərini bu cür təhlükələrlə üzləşməyən ölkələrdən daha yaxşı başa dü-
şürlər. Terror təhlükəsinin idarə oluna bilməsi haqda və bu təhlükə ilə davranmaq
57
“Putin Reaffirms Russia’s Right to Preemptive Strikes”, AFP, Tuesday 4 November
2003. See also: Russian Chief of the General Staff, General Yury Baluyevsky: “We Will
Take Any Action to Eliminate Terrorist Bases in Any Region at the Earliest Stage”,
RFE/RL, 8 September 2004.
58
Fransa təkcə “İraq Azadlığı əməliyyatı”-na etiraz etmədi,həmçinin NATO daxilində də
önləyici zərbə variantının müzakirəsini rədd etdi, “capacite d’anticipation” açıqca deyilir
və önləyici zərbə variantının hansı hallarda zəruriliyi yeni “Programmation Militaire”-də.
Bax: Bunn, Elaine M., “Preemptive Action: When, How and to What Effect”, Strategic
Forum, No. 200, 2003, National Defense University, Washington D.C., p. 6
59
General Shigeru, “Müdafiə agentliyi”-nin Baş direktoru,2003- cü ilin Yanvarında əgər
Şimali Koreya öz raketlərini hərbi vəziyyətə hazır edərsə, o zaman Yaponiiyanın “əks
hücum”-a başlayacağını demişdir. Bax: Ishiba, “Japan to ´Counterattack´ if North Korea
Prepares to Attack”, in The Yomiuri Shimbun/Daily Yomiuri, 25 January 2003
60
A Secure Europe in a Better World. European Security Strategy, Brussels, 12 December
2003.
87
üçün ən yaxşı yolun güc işlətməsi yox, danışıqların olduğu haqda fikirlər dolaşır
61
.
Doğrusu, bu cür münasibətlər təkcə son onilliklər ərzində Avropanın siyasi motivli
terrorla mübarizə təcrübəsi ilə yox, həmçinin, Avropadakı geniş müsəlman azlığı-
nın təsiri ilə formalaşmışdır.Kifayət qədər Avropa siyasətçiləri qorxurlar ki, bu cə-
miyyətlərin ekstremist elementlərinə qarşı atılan istənilən addımlar, onlar tərəfin-
dən cavab tədbirlərinə və daha da radikallaşmaya gətirəcəkdir. Təkcə Qərbi Avro-
pada 16 milyon müsəlmanın yaşadığını nəzərə alsaq, bu hal ciddi qayğı mənbəyi
daşıyır.
Orada başqa bir fərq də vardır: Avropalılar özlərini amorf terror təhlükəsinə
qarşı “müharibədə” görmür. Əlbəttə,çoxları ABŞ-ın terrorçuluğa qarşı mübarizəni
hərbi əməliyyat kimi xarakterizə etməsinə qarşı çıxırlar.Bir çox fikir sahiblərinin,
hətta “terrorizmə qarşı qlobal müharibə”
62
fikri heç xoşlarına da gəlmir, tez-tez o
fikrə söykənirlər ki, ABŞ öz siyasəti ilə 11 Sentyabr hücumlarını gətirdi,bilavasitə
ABŞ-ın İsraeli dəstəkləməsi ilə. Əlavə olaraq,belə bir hiss var ki, ABŞ-la birgə ter-
rora qarşı qlobal müharibədə bir yerdə olmaqla, onlar öz ölkələrini də hədəfə çevi-
rirlər.
ABŞ və Avropanın terrora qarşı mübarizə yanaşmalarında ən görünən fərq,
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin faktiki olaraq tamamilə terror təhlükəsinə
yönəlməsi ilə ifadə olunur. Avropada ona müqayisə olunan tərəfdaş yoxdur,şünki
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin funksiyalarının çoxu Avropa ölkələrində
müxtəlif nazirliklər arasında paylanmışdır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin
çox funksiyalarını daxili işlər və ədliyyə nazirliklərində tapmaq olar. Daha mühüm
məsələ: ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hüquq mühavizə imkanları Avropa-
dakı tipik Daxili İşlər və Ədliyyə nazirliklərinin imkanlarına nisbətən daha da məh-
duddur, onlar ölkənin hüquq mühavizə elementlərinin hamısı üzərində olmasa da,
çoxunun üzərində hakimiyyətə malikdir. Hadisələrin bu cür gedişi Avropanın çoxlu
sayda nazirlikləri ilə Amerikanın Ədliyyə və Nəqliyyat nazirlikləri arasında illər
boyu yaranmış yaxın münasibətlərə də çətinliklər törətdi və bu münasibətlər ABŞ
Daxili Təhlükəsizlik Nazirliyindəki yeni tərəfdaşlar ilə də yenidən təsis edilməlidir.
Bu nazirlik, immiqrasiya və gömrük siyasətini də həyata keçirməyi boynuna götür-
düyündən, keçmişdə Avropa ilə Amerika arasında sürüşmə mənbəyi olan bu məsə-
lələrdə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi indi Avropadakı tərəfdaşları ilə hüquq
mühavizə və terrorçuluğa qarşı mübarizə məsələlərində möhkəm münasibətlər inki-
şaf etdirmək üçün səylər göstərməlidir, yüksək səviyyəli diplomatiya və əməkdaş-
lıq tələb edən səylər.
61
Shapiro, Jeremy & Suzan, Bénédicte, “The French Experience of Counter-terrorism”,
Survival, Vol. 45, No. 1, Spring 2003, pp. 67–68.
62
Stevenson, Jonathan, “How Europe and America Defend Themselves”, Foreign Affairs,
March/April 2003, p. 77.
88
Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) Daxili Təhlükə-
sizlik üçün yaradılmış Federal İdarədir. Onun məsuliyyət dairəsinə, terrorizmdən əlavə
geniş miqyaslı böyük daxili fəlakətlərin və başqa fövqaladə halların qarşısını alma,belə
hallara hazırlaşmaq,cavab vermək və baş verdiyi halda bərpa işləri aparmaq daxildir.
Lakin Nazirliyin əsas missiyası ABŞ daxilində terror hücumlarının qarşısını almaqdır.
Baş Prokuror isə,hüquq mühavizə orqanlarının terrorçu fəaliyyətlərini aşkar etmək,qar-
şısını almaq və təhqiqat aparmaq səylərinə rəhbərlik edir
63
.Nəhəng ABŞ Daxili Təhlü-
kəsizlik Nazirliyinin 180 minlik işçisi var və 2006- cı il üçün təklif edilən 41 milyard
dollar olan büdcə, sadəcə tamamilə müxtəlif mədəniyyətli 22 təşkilatı özündə birləşdir-
mir, o həmçinin, ardıcıl olaraq ümumi məqsədə doğru hökümətin bütün səviyyələrində,
yəni,federal,ştat,və yerli səviyyədə məqsədləri,yolları və vasitələri inteqrə etməlidir ki,
bütün mümkün olan resursların effektiv istifadəsinə imkan verilsin: 285 milyondan
yuxarı əhalisi, 56 ştatı,əraziləri və idarəçiliyində olan əraziləri, 3,066 vilayət (county)
və minlərlə bələdiyyələri olan Amerika və onun vətəndaşlarının təhlükəsizliyi üçün.
Bundan əlavə, Daxili Təhlükəsizlik Nazirliyinə tapşırılan həlledici funksiyalar aşağıda-
kılardır: “Amerika Birləşmiş Ştatları daxilində terror hücumlarını aşkarlamaq, bu hü-
cumlara qarşı hazirlaşmaq, ondan qorunmaq, cavab vermək və terror hücumlarından
sonra bərpa işləri aparmaq”
64
. Buna əlavə olaraq, Daxili Təhlükəsizlik Nazirliyi ABŞ
Müdafiə Nazirliyinin resuslarından ölkənin müdafiəsi üçün təkliflər verməli və bu işləri
koordinasiya etməlidir, çünki ölkənin müdafiəsi daxili təhlükəsizliin altçoxluğudur. Bu-
radan, təhlükəsizlik və müdafiə sektorunda əmək bölgüsü üçün nəhəng işlər meydana
gəlir. Buna baxmayaraq, Avropadan fərqli olan digər bir əsas fərq təhlükəyə qarşı daha
böyük çoxtərəfli ümumi yanaşmanın olmasıdır: fəlakətli nəticələlərə gətirən beynəlxalq
terror aktı.
11 Sentyabrdan sonra Amerikan siyasətində baş verən böyük dəyişikliklər daxili
təhlükəsizliyin təbiəti və tələbləri ilə bağlıdır.Bu həm dövlət, həm özəldir,idarələrarası-
dır və mülki-hərbidir. Milli Təhlükəsizlik Strategiyasının yerinə yetirilməsi bütün fəa-
liyyət sahələrinin və hakimiyyətin əməkdaşlığını tələb edir. Hökümət-özəl sektor koor-
dinasiyası mühüm infrastrukturun qorunması üçün həyati məna daşıyır. 87 000 hökü-
mət səlahiyyəti olan dövlətin çoxtərəfli hökümət pillələrini cəlb edən idarə-İdarə koor-
dinasiyası, təhlükəsizlik qorxularına qarşı istənilən dövlətin cavab tədbirlərinin əsasını
təşkil edir
65
. Daxili təhlükəsizliyə məsul olan mülki idarələrə adekvat hərbi dəstəyi tə-
min etmək üçün mülki -hərbi koordinasiya həyati dərəcədə lazımdır.
63
Strategy for Homeland Defense and Civil Support. Department of Defense, Washington
D.C., June 2005, p. 5.
64
13228 nömrəli Prezident əmri ilə,Prezident administrasiyası nəzdində daxil təhlükəsizlik
İdarəsi təsis edilmişdir.
65
US General Accounting Office, “Homeland Security: Effective Intergovernmental
Coordination is Key to Success”, Strategic Issues, 20 August 2002.
89
Ölkənin Müdafiəsi
Daxili Müdafiə ABŞ-ın suverenliyini, ərazisini və əhalisini və mühüm infrat-
strukturu xarici təhlükələrdən və təcavüzdən və ya Presidentin göstərdiyi başqa təh-
lükələrdən qorumaqdır. Müdafə Nazirliyi(MN) ölkənin müdafiəsi üçün məsul-
dur.Lakin, lakin MN-nin ABŞ sərhədləri boyunca gələn terrorçularu durdurmaq,
portlardan keçib gələn terrorçuları saxlamaq və ya ABŞ daxilində və ya xaricində
terrorçuları təyyarələri qaçırmağa qoymamaq kimi tapşırıqları yoxdur. MN-nin
ABŞ ərazisndə terrorçuları axtarmaq və həbs etmək səlahiyyətləri də yoxdur. Fakti-
ki olaraq, daxili müdafiə silahlı qüvvələrin daxili təhlükəsizliyin daha geniş missi-
yasının əsas elementlərini təmin edən rola fokuslanır.
2004- cü ildə qəbul olunmuş Strateji Planlaşdırma Siyasəti( Strategic Planning
Guidance) ilə istiqamətlənən Ölkə Müdafiəsi və Mülki Dəstək Strategiyası,Milli
Təhlükəsizlik Strategiyasında, Ölkə Müdafiəsi üçün Mill Strategiya və Milli Müdafi-
ə Strategiyasında ifadə olunmuş məqsədlər və istiqamətləri özündə birləşdirə-
rək,ölkəni qorumaq üçün MN-nin əməliyyatlarını istiqamətləndirir. Amerikanın
Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın xarici və təhlükəsizlik siyasətini genişlən-
dirərək irəliyə gedən önləyici addımlar,o cümlədən,düşmən ölkələr və terrorçu
qruplara qarşı önləyici tədbirlər həyata keçirir. Ölkə Müdafiəsi üçün Mill Strategi-
ya Amerikanın terror hücumlarına qarşı milli səylərini istiqamətləndirir.O,hökümə-
tin bütün səviyyələrində daxili təhlükəsizlik üçün əhəmiyyəti fəaliyyət üçün çərçi-
və müəyyənləşdirir. 2005- ci ildə qəbul edilmiş Milli Müdafiə Strategiyası özünün
ən yüksək prioriteti kimi, ABŞ-a yönəlmiş birbaşa terror təhlükələrini fikirdən dön-
dərmə,çəkindirmə və pozmağı müəyyən edir. Strategiyanın həyata keçirilməsi, hə-
lə yetişməmiş ən təhlükəli təhdidləri erkən və təhlükə yaratmayan uzaqlıqda poz-
maq üçün qurulmuş aktiv,qatlaşmış müdafiədən asılıdır. O,ölkəni qorumaq üçün
uyğun formanı, həcmi və qlobal duruşu təmin etmək üçün hərbi rəhbərliyi istiqa-
mətləndirir; düşmənin ön və arxa cəbhəsində fəaliiyə göstərir,düşmənləri tezliklə
məhv edir və qəti və davamlı nəticələr əldə edir; məhdud sayda gözlənilməyən şə-
raitləri qəbul edir
66
.
11 Sentyabrdan öncə ABŞ hərbi qüvvələri, xarici ölkələrdə çəkindirmə,sabitlik,
və müharibə missiyalarına qöşulurdu. Amerika Birləşmiş Ştatları ölkəsi cəbhə zo-
66
Ölkə Müdafiəsi və Mülki Dəstək Strategiyası. Müdafiə Nazirliyi,Vaşinqton.İyun 2005,
səh6-7. Bu geniş əhatəli strategiyalardan başqa Ölkə Müdafiəsi və Mülki Dəstək
Strategiyası tamamlayıcı və başqa həlledici strateji və planlaşdırma sənədləri ilə doldurulur.
Bu sənədlərə Milli təhlükəsizlik və Daxili Təhlükəsizlik Prezident Direktivləri, Milli Hərbi
Strategiyaları, Terrora Qarşı Müharibə Milli Hərbi Strateji Planı, MN və Daxili
Təhlükəsizlik Nazirliyi Birgə Əməliyyatlar Konsepsiyası və Hərbi Transformasiya: Strateji
Yanaşma daxildir.
90
nası kimi yox,arxa zona kimi qəbul edilirdi və ölkə içi təhlükəsizlik federal,ştat və
yerli səviyyələrdə çalışan mülki hüquq mühavizə orqanlarının işi sayılırdı. Bir neçə
istisna halından başqa, ABŞ-da mülki dəstək missiyaları üçün nəzərdə tutulan hərbi
resurslara icazə,xaricdə xidmətdə olan qüvvələrin əsas missiya tələbatlarına müda-
xilə edilməməsi şərtilə verilmişdir. Ordudan ABŞ daxilində və ərazilərdə istifa-
də,mülki hakimiyyətə hərbi kömək altında geniş kateqoriya çərçivəsində həyata ke-
çirilmışdir.
İndi,MN –də Daxili Təhlükəsizlik üzrə Müadfiə Nazirinin Köməkçisi vardır və
onun rolu ölkənin müdafiəsi və mülki dəstək məsələləri üzrə MN-nin bütün idarələrini
strateji istiqamətlərlə təkmilləşdirməkdir. Baş Qərargah Rəisi ABŞ Şimal Komandanlı-
ğını,ABŞ Sakit Okean Komandanlığını, Şimali Amerka Kosmik Müdafiə Komandan-
lığını və digər hərbi komandanlıqları strateji istiqamətlə təmin edir və həmçinin,ölkə
müdafiəsi və mülki dəstək missiyalarıni planlaşdırmaq və həyata keçirmək işlərinə ko-
ordinasiya və kömək edir. 2002- ci ildə Kolorado Springs-də təsis edilən ABŞ Şimal
Komandanlığı ABŞ , Alyaska və ərazi sularında ölkənin müdafiəsi və mülki dəstək
missiyalarını planlaşdırma, təşkil etmə,və icra etməyə məsuldur. O,həmçinin,Kanada
və Meksika ilə təhlükəsizlik əməkdaşlığını koordinasiya edir. ABŞ Sakit Okean Ko-
mandanlığı,Havay və ABŞ-ın okeandakı əraziləri və Sakit Okeandakı ABŞ-la bağlı
dövlətlərin müdafiə və mülki dəstək məsuliyyətlərini daşıyır
67
. İki-ölkədən ibarət Şi-
mali Amerika Kosmik Müdafiə Komandanlığı ABŞ və Kanadanın hava fəzasını qoru-
mağa cavabdehdir. ABŞ Strateji Komandanlığına qlobal raketdən müdafiə əməiyyatla-
rını planlaşdırma, inteqrə etmə və koordinasiya etmə və həmçinin, raketdən müdafiəyə
dəstək, o cümlədən, bütün hərbi komandanlıqlar üzrə raket hücumu xəbərdarlığının tə-
min edilməsi və fəza hərbi əməliyyatlarının,informasiya və kompyuter şəbəkəsi əmə-
liyyatlarının aparılması daxildir.
Hərbi Nazirlik əməliyyat rayonu boyu Amerkan qüvvələrinin təşkil edir,təlim
edir və avadanlıqla təmin edir və mülki dəstək və hökümət əməliyyatlarının da-
vamlılığı üçün tələb ediləcək əsas MN-i imkanları ilə təmin edir. MN-nin başqa
idarələri,ölkənin müdafiəsi üçün kəşfiyyat toplanması,analizi ilə və prioritetlərin
müəyyənləşdirilməsi; qabiliyyət qiymətləndirilməsi; və uyğun siyasətin nəzarəti,
alqı-satqı, logistika,hazırlıq və maliyyə məsələlərində kömək edirlər.
ABŞ ordusunun ölkənin müdafiəsi üçün cavabdeh olan hökümət qurumu oldu-
ğunu nəzərə alsaq ,çox adamlar təbii olaraq silahlı qüvvələrin daxili təhlükəsizlik
üçün mühüm rol oynayacağını gözləyirlər. Əvəzində,hərbi rəhbərlik onların hərbi
qüvvələrinin ölkəni müdafiə edəcəklərini, lakin daxili təhlükəsizliyin təmin edilmə-
67
Guam and Amerika Samoası; Şimali Mariana Adaları Birliyi; Sərbəst Assosiasiyada olan
Dövlətlər: Federal Dövlətlər olan Mikroneziya, Marşal Adaları respublikası, Palau
respublikası; və ərarzilər: Wake, Midway, Johnston, Baker, Howland and Jarvis Island,
Palmyra Atoll, və Kingman Reef.
91
sində mülki idarələrə sadəcə dəstəkverici rol oynayacaqlarını aydın surətdə bildirir-
lər. MN –nin tərif verdiyi kimi, bu iki termin arasındakı fərq ondan ibarətdir ki,
MN-i bu siyasətə dəstəkverici kimi hərəkət edirsə,bu daxili təhlükəsizlikdir, bu si-
yasətdə aparıcı roldadırsa,bu ölkə müdafiəsidir. ABŞ hərbi komandanlığı Daxili
Təhlükəsizlik Nazirliyinin vasitəsilə yox, MN-i vasitəsilə idarə olunur və presiden-
tə-ali baş komandana xidmət edir. Daxili Təhlükəsizlik Nazirliyi Müdafiə Nazirli-
yi ilə hərbi dəstək barəsində razılığa gələ bilər. Pentaqondan Federal Cavab Planı
maddələri altında müvəqqəti addımlar üçün kömək istənilə bilər. Bu plana gö-
rə,əgər yerli və dövlət strukturları işin öhdəsindən gələ bilmirlərsə, o, baş verniş
fövqaladə halın nəticələrinin idarəetməsi üçün funksional məsuliyyət və federal
dəstək müəyyən edir, lakin daxildə az ssenarilər var ki, orada hərbi aparıci rolda ol-
sun. Çoxları Posse Comitatus Aktına isnad edirlər. Bu Akt ordunun daxili işlərdə
rolunun məhdudlaşdırılmasının hüquqi əsası kimi, onun mülki hüquq məsələlərinin
həyata keçirilməsində və ya onlara riayət olunmasında aktiv iştirakını qadağan
edir
68
. Lakin bu maddələr ordunun daxili əməliyyatlarda dəstəkverici rolunu məh-
dudlaşdırmır və müəyyən şərtlər altında birbaşa cəlb olunmasına imkan verir. Hü-
quqi çəkindirmələrdən də əhəmiyyətlisi, ordunun özünün daxili rollara cəlb olun-
mağa həvəssiz yanaşmasıdır. Mülki Hakimiyyətə Hərbi Kömək(Military Assistan-
ce to Civil Authorities) təlimatının siyahısına görə ştatlar və yerli hökümətlər daxil-
də hərbi dəstək üçün bir sıra hallarda xahişlər edə bilərlər,o cümlədən, təxirəsalın-
maz addımlar üçün,hüquq mühavizə orqanlarına dəstək, ictimai narahatlıqlar və
fövqaladə hal nəticələrinin idarə edilməsi zamanı –məsələn, yüksək dərəcəli partla-
yıcı maddə ilə hücum olarsa və ya kimyəvi,radioloji,bioloji və ya nüvə təbiətli hü-
cum olarsa. Amerika ordusunun mülki-hərbi əməliyyatlarda təcrübəsi vardır
69
, am-
ma bu cür gündəlik işlərə həvəsi yoxdur. Hərbinin mülki işlərə cəlb olunmasına tə-
rəddüd etməsinin altında həm bürokratik, həm də ənənə məsələləri durur.Nəsillər
boyu, Amerikanın döyüşçüləri milli təhlükəsizliyi düşmənlə savaşa girərək güc
nümayişi ilə qarşılamışlar. Ordu,demək olar ki, daxili işlərdən kənarda qalmış və
ölkə daxilində qanun-qaydanı təmin etməyi polis və FBİ(FTB) kimi federal idarələ-
rin və Alkoqol, Tütün və Odlu Silah Bürosunun (Bureau of Alcohol,Tobacco and
Firearms)ixtiyarına buraxmışdır. Xarici-daxili əmək bölgüsü ABŞ mülki-hərbi mü-
68
“Whoever, except in cases and under circumstances expressly authorized by the
Constitution or Act of Congress, wilfully uses any part of the Army or the Air Force as a
posse comitatus or otherwise to execute the laws shall be fined under this title or
imprisoned not more than two years, or both”. Title 18, US Code, Section 1385.
69
Narkotikə qarşı əməliyyatlar və iğtişaşların söndürülməsi,tufandan sonra fəlakət zonasına
kömək, immiqrasiya böhranlarının idarə olunması– məsələn,Kuba emiqrantlarının
Quantanomo körfəzində saxlanması və ya mülki işlər cavabdehliyi,məsələn Panamada və
Balkanlarda və çox sayda xaricdəki hümanitar missiyalarda.
92
qaviləsinin özəlliyi olmuşdur. Bu Vyetnam müharibəsi sonrası çağırışın ləğv edil-
məsi ilə güclənmiş, peşəkar könüllü qüvvə hesabına,geniş könüllü ehtiyat qüvvə ilə
birlikdə hərbi xidmətin formasını dəyişmişdir. Mülki sahə,hərbi proqramları,döyüş-
də üstünlüyü qazanmaq texnoloji yenilikləri maliyyə ilə təmin edir və silahlı qüv-
vələrə mənəvi dəstək verir; hərbi sahə isə öz təcrübəsini güc tətbiqi vasitəsilə və
strategiya qabiliyyəti ilə təqdim edir.
Bütün zənginliklərinə və 400 milyarddan çox büdcəsi olmasına baxmayaraq
Pentaqonun iki eyni zamanda aparılan orta regional münaqişədə(ORM) qələbə qa-
zanmaq üçün resursları kifayət etmir. Bunu qəbul edərək, Dördillik Müdafiə İcmalı
(Quadrennial Defence Review)qorxu əsaslı yox,döyüş qabiliyyəti əsaslı yanaşmanı
qəbul etdi.Bu strategiya,ordunu kəsişən münaqişələrdə ud-saxla-ud yanaşması tət-
biq etməsinə çağırır,nəinki eyni zamanda qələbəyə.Hərbi baxımdan, vətən üçüncü
ORM sayılır.Ordunun üstün saydığı, düşmənlə savaşa girmək yanaşması –“ölkə
kənarında oyun”-beləliklə, terrora qarşı “ev oyunu” ilə resurslar üzərində yarışda-
dır. Evdə və kənarda prioritetləri arasında tarazlıq Milli Qvardiya üçün xüsusi qay-
ğı törədir, çünki Milli Qvardiyanın həm federal, həm də ştat kimi ikili rolları vardır.
Ştatların Qubernatorları Milli Qvardiyaya, daxili təhlükəsizliyi təmin etməyə və
mülki hakimiyyətə başqa hərbi kömək etməyə kifayət etməyən resurs kimi baxırlar.
Federal hökümətin Qvardiyadan xaricdə istifadə etməsi by mühüm gücü ştatlardan
məhrum edir. “İraq Azadlıq Əməliyyat”-ı başlayandan bəri,müharibə üçün səfər-
bərlik bir sıra ştatları təbii fəlakətləri aradan qaldırmaq üçün onlara lazım olan re-
surslardan məhrum etdi. Bundan əlavə, ev və kənar oyunu kompromisi Qvardiya-
nın demoqrafik yapısı və ehtiyatları üzündən çətinləşdi. Qvardiyada xidmət edənlə-
rin və ya ehtiyatda olanların çoxu mülki həyatı yaşayan polis əməkdaşları,yanğın-
söndürənlər və tibbi heyətdən ibarətdir, ona görə də onlar fövqaladə halda nəticə
idarəetməsi kimi daxili təhlükəsizlik təhdidlərinin ön xəttini təşkil edirlər
70
.
Bütün bu məsələlər Avropada müəyyən mənada baxılıb və həll edilib. Avropa ölkə-
ləri daxlili təhlükəsizlik missiyalarını on illiklər boyu həyata keçirirlər; baxmayaraq ki,
onların müəyyən olunmuş missiyaları Amerikada həyata keçirilən yollarla səsləşmir.
Avropanın müharibədən sonrakı təhlükəsizlik təcrübəsi soyuq müharibənin sonuna qə-
dər, indiki dönəmdə azalan əhəmiyyət kəsb edən suverenlik müdafiəsinə yönəlmişdir.
Çoxlu Avropa ölkəsi özlərinə xaricdən təhlükə olmadığını gördüyündən, ərazi müdafi-
əsini azaltmışlar. Məsələn, Almaniyanın elan etdiyi təhlükəsizlik doktrinası açıqlayır
ki, Alman ərazilərinin müdafiəsi Bundesverin bir daha ən yüksək prioriteti deyildir: öl-
kənin müdafiəsi xaricdən başlamalıdır
71
. Lakin,ərazi suverenliyi müdafiəsinı azaltma-
nın nəticəsi olaraq bu missiya artıq fəal xidmətdə olan qüvvələr vasitəsilə həyata keçi-
70
Davis, Jingle, “Call-ups Sap Homeland Security Strength; Safety Agencies Lose Workers as
Reservists Go on Active Duty”, The Atlanta Journal and Constitution, 12 March 2003, p. 6A.
71
Bundesministerium für Verteidigung, Defense Policy Guidelines, May 2003, p. 4.
93
rilmir. Əvəzində, çox hallarda bu missiya ehtiyat qüvvələrin öhdəliyinə buraxılır. Digər
tərəfdən, eyni zamanda çoxlu sayda Avropa ölkələrində ehtiyat qüvvələr arasında da
ümumi ixtisarlar olmuşdur, hətta o ölkələrdə ki, onlar polis sisteminə arxalanırdılar,
məsələn,Finlandiya, Avstriya və İsveçrədə olduğu kimi.
Çoxlu Avropa ölkələri əlavə hava hücumundan müdafiə imkanlarına malikdir və
bir çoxları bunlara uyğun təyyarələr də alır, lakin, ərazı müdafiəsində olduğu kimi, bu
hal da düzənlənir və ya ikitərəfli müqavilələrlə kompensasiya edilir,qonşu ölkələrin ha-
va qüvvələrinə digərlərinin suveren hava məkanında uçüş keçirməsinə izn verilir
72
.
Eyni zamanda raketdən müdafiəyə və əməkdaşlıq çərçivəsində ballistik raket müdafiə-
sində də canlanma yaranmışdır. Avropa ölkələri raket hücumuna müdafiə dərəcəsinin
sual altında olduğunu boyunlarına almağa başlayırlar və ABŞ-ın da raketdən müdafiə
sistemlərini Avropada yerləşdirməkdə qətiyyətli olduğunun şahidi olurlar
73
.
Kosmosda müdafiə sistemləri və kibersistemlərlə və əmək bölgüsü ilə bağlı
müxtəlifliklər də görünməkdədir. ABŞ-da,MN-nin sahələri olan kosmos və kiber –
müdafiə Avropa ilə bağlı hətta çoxlu sayda təhlükəsizlik müzakirələrinin mövzusu
da olmur.. Bəlkə də bu qismən olaraq Avropa hərbi kosmos sisteminin nisbətən ki-
çik olması ilə bağlıdır, lakin bunu kiber-sistemlərə,informasiya və kompyuter şəbə-
kəsi əməliyyatlarına yönəlik yanaşmalara aid etmək olmaz. Avropada, kiber-sis-
temlərin müdafiəsi hüquq mühavizə orqanlarının sahəsidir. Olsa da, bir neçə müda-
fiə nazirliyi informasiya və kompyuter şəbəkəsi əməliyyatları aparmaq üçün möh-
kəm bacarıqlar əldə edirlər.
Mühüm infrastrukturun qorunması sahəsində də fərqli yanaşmalar mövcuddur.
Avropanın təhlükəsizlik və müdafiə qüvvələri həlledici hökümət və başqa obyek-
tlərin təhlükəsizliyini qorumaq üçün böyük təcrübələrə malikdirlər. Və Avropanın
özü də müasir dövlətlərin işləməsi üçün arxalandığı mühüm, amma artıq dərəcədə
müdafiəsiz sistemlərə malikdir. Bu sistemlər avtomatlaşdırma və elektronik məlu-
mat bazası idarəetməsi nəticəsində məhsuldarlıqlarını artirsalar da, daha da müdafi-
əsiz olmuşlar və onlar terrorçuların diqqətinə cəlbedici hədəflər təklif edirlər. Mü-
hüm infrastruktur qorunması ilə bağlı əsas fərq ondadır ki, ABŞ konsepsiyası çoxlu
sayda Avropa ölkələrinin konsepsiyasına nisbətən daha geniş potensial hədəflər
müəyyən edir.Digər tərəfdən, ABŞ, milli əhəmiyyətli infrastrukturu və müdafiə
əhəmiyyətli infrastruktur-dan fərqləndirir. Sonuncu informasiya aktivlərini və güc
əks etdirmə imkanlarını və aktivləri əhatə edir. Əhəmiyyətli informasiya aktivlərinə
idarəetmə sistemləri şəbəkələri,müdafiə kompyuter şəbəkələri və kəşfiyyat, müşa-
72
Switzerland, for example, has concluded such agreements with the neighboring air forces
of France, Germany, Austria, and Italy.
73
Taverna, Michael A., “Fresh Look at BMD: Hostility to US’ Iraq Policy Doesn’t Mean
Europe Isn’t Worried About Weapons of Mass Destruction”, Aviation Week, 31 March
2003, pp. 54-55.
94
hidə və yoxlama aktivləri daxildir. Güc əks etdirən aktivlərə portlar və aeroportlar,
hərbi nəqliyyat vasitələri və müəyyən strateji hərbi obyektləri əhatə edən səfərbər-
lik obyektləri daxildir. Amerikada ölkənin mühüm infrastrukturuna aşağıdakılar
daxildir: kənd təsərrüfatı və ərzaq sistemi; maliyyə və bank sistemi; nəqliyyat sis-
temləri; su təmini;həyatı insani xidmət; və elektrik sistemləri. Avropa ölkələrinin
çoxu bu aktivlərin müdafiəsizliyini və mühümlüyünü qəbul etsələr də, ancaq onla-
rın bir qismi bu problemə çoxtərəfli yanaşmışdır. Avropada əhəmiyyətli infrastruk-
turun qorunması məsuliyyəti adətən bir necə nazirlik və idarələr arasında bölün-
müşdür və onların çoxunun paralel yurisdiksiyaları vardır.
Əlavə fərq ondadır ki, Avropada hökümətin davamlılığı və əməliyyatların da-
vamlılığı üçün görünən səylər azdır, bu daha çox ehtimalla Avropa ölkələri tərəfin-
dən fəlakətli terror təhlükəsinin potensialını qəbul etməməklə izah olunur. Və nəti-
cədə, görünür ki, çoxlu sayda hökümətlər bu yekun rəyə gəliblər ki, indiki zamanda
bu cür imkanları saxlamaq tələbinə ehtiyac yoxdur.
Dostları ilə paylaş: |