TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA
Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi
olub gölgəsi olmayan Muğilan
14
ağacı kimi faydasız olarlar, nə
özlərinə xeyir verərlər, nə başqalarına. Əsil-nəsəbli adamlar
sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə
başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki,
nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış
özünün müəyyən sənət və şöhrətin də olsun, çünki özünün
şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki,
"Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə, deyildir!". Böyüklük
mə'rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil
ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki
o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste'dad və
bacarığınla əldə etmiş olasan, bu zaman səni "Zeyd", "Cəfər",
"əmi", dayı" əvəzinə "müəllim", "alim", -"fəqih"
15
, "həkim"
çağırarlar. Əgər əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti
yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki
46 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının
işinə yarayar.
Onu da bil ki, bütün sənətlər içində ən gözəl sənət
danışmağı bacarmaqdır. Böyük yaradan (cəlalı artıq olsun)
insanı bütün məxluqatın ən şərəflisi yaratmış və onu on
xüsusiyyətə görə
16
(beşi bədənin daxilində, beşi xaricində),
başqa canlılardan üstün yapatmışlır.
Daxildə olan beş xüsusiyyət: təfəkkür, hafizə, təxəyyül,
təsəvvür və danışıqdır, xarici beş xüsusiyyət: eşitmə, görmə,
qoxu bilmə, toxunma və dad bilmə xüsusiyyətidir
17
.
Bu xüsusiyyətlərdən heyvanlarda olanları insanlardakı
kimi deyil, ayrı cürdür. Buna görə də insan başqa heyvanlara
üstün gəlmiş və onların üzərində hökmranlıq əldə etmişdir.
İndi ki, bunu bildin, gərək sən dilini gözəl danışmağa və
yaxşı şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey
deməyə adət etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət
etdiribsənsə həmişə onu da deyəcəkdir. Odur ki, deyiblər: "dili
xoş olanın havadarı çox olar".
Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi
bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin
görünər. Faydasız sözlərdən qaç,çünki faydasız sözlərdən
həmişə ziyan gələr. Yalan iyi verən və hikmət ətri saçmayan
sözlər deyilməsə, daha yaxşıdır. Müdrik adamlar sözü şəraba
oxşatmışlar o, həm məst edər, həm məsti ayıldar
18
.
Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib nəsihət
etmə, xüsusilə nəsihətə qulaq asmayana, elə adam axırda özü
yıxılar. Camaat içində heç kəsə nəsihət etmə. Deyiblər ki:
"adamlar içərisində. nəsihət məzəmmətə bərabərdir". Çoxdan
yolunu azmışları düzəltmək fikrinə düşmə, bacarmazsan. Əyri
bitmiş,qol-budaq atmış və yüksəlmiş ağacı kəsib yonmayınca
düzəltmək olmaz. Söz deməkdə xəsislik etmədiyin kimi,
imkanın olsa, mal verməkdə də xəsislik etmə,çünki adamlar
sözə nisbətən mala daha çox şirnikərlər. Pis ad qazanmış
yerlərdən uzaq gəz, bədxah dostdan və pis yola çəkən yoldaşdan
qıraq qaç, özün haqqında səhvə yol vermə, elə yerə get ki, səni
axtarsalar və orada tapsalar rusvay olmayasan. Malını elə yerə
qoy ki,istəyəndə tapa biləsən
19
.
Xalqın qəm və kədərinə gülmə ki, xalq da sənin qəm və
kədərinə gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş
eşidəsən. Şoranlıqda toxum əkmə ki, bar verməz, əməyin hədərə
gedər, yə'ni namərd adama yaxşılıq etmək şoranlığa toxum
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
atmaq kimi şeydir. Lakin yaxşılığı layiq olan adamlardan
əsirgəmə və yaxşılıq öyrədən ol ki, peyğəmbər əleyhissəlam
demişdir: "yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama
bərabərdir". Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar bir-
birindən ayrılmaz ekiz qardaşdırlar. Yaxşılıq etməkdən peşman
olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada, o
dünyaya getməmişdən əvvəl çatacaqdır. Bir adama yaxşılıq
edən vaxt o adam nə qədər rahat olursa, sən də o qədər rahat
olursan bir adama pislik etdikdə o nə qədər inciyirsə, sənin də
qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna görə sən heç kəsə
pislik etmə. Həqiqət gözü ilə baxsan, görərsən ki, sən özün əzab
çəkmədən heç kəsə ziyan vura bilməzsən və sənin öz xoşun
olmadan heç kəs səndən yaxşılıq görə bilməz. Deməli, "yaxşı və
pisin mükafatı o dünyaya getməmiş hələ bu dünyada yetişəcək"
sözləri tamamilə doğrudur. Heç kəs mənim bu dediklərimi inkar
edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq ya pislik
edibsə, dərindən düşünsə, o mənim haqlı olduğumu anlar və bu
dediyim sözləri təsdiq edər. Deməli, nə qədər bacarırsansa,
yaxşılığı heç kəsdən əsirgəmə, yaxşılıq axırda bir gün öz
bəhrəsini verəcəkdir.
H e k a y ə t. Eşitmişəm, Mütəvəkkilin
20
Fəth adlı çox
gözəl camallı, xoşbəxt və savadlı, tərbiyəli bir qulu var imiş.
Mütəvəkkil onu oğulluğa götürmüş və doğma uşaqlarından daha
çox sevərmiş.
Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər
çağrılır, Dəclədə
21
ona üzməyi öyrətməyə başlayırlar. Fəth uşaq
olduğundan üzməyi hələ yaxşı öyrənə bilməmişdi. Lakin bütün
uşaqlar kimi, özünü elə göstərirdi ki, guya üzməyi öyrənmişdir.
Bir gün müəllimindən gizlin Dəcləyə atıldı, su bərk
axdıdığından Fəthi gicəllətməyə başladı. Fəth suya üstün gələ
bilməyəcəyini anladıqda özünü suyun ixtiyarına verdi, suyun
axarı üzrə camaatın gözündən itdi. Su bir müddət onu belə
apardı. Dəclənin kənarında ovuqlar var idi, Fəth bu cür
ovuqlardan birinin yanından keçərkən əl atıb, çox əlləşdikdən
sonra özünü onun içinə sala bildi. Orada oturub öz-özünə dedi:
"Görək Allah dalısın neyləyəcək, hələ ki özümü bu
qaniçici suyun əlindən qurtarmışam". Yeddi gün o, bu ovuqda
qaldı. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya
atılıb boğulmuşdur, o, taxtdan düşüb yerə oturmuş və üzgüçüləri
çağıraraq demişdi: "Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar
48 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
verəcəyəm". Sonra and içdi ki, nə qədər ki onu necə varsa, elə
tapıb gətirməyiblər, yeməyə əl vurmayacaqdır.
Üzgüçülər Dəcləyə gedib suya baş vurdular, ümid gələn
hər yeri axtardılar. Nəhayət yeddinci gün, üzgüçülərdən biri
hamin ovuğa rast gəldi, Fəthi görüb çox sevindi və dedi:
"Burada ol, gedim qayıq gətirim". Oradan qayıdıb Mütəvəkkilin
yanına gəldi və dedi: "Ya Əmirəlmö'minin, Fəthi diri gətirsəm,
mənə nə verərsən? Dedi: "Beş min dinar nəqd verərəm".
Üzgüçü dedi: "Fəthi diri tapmışam". Qayıq gətirib Fəthi
apardılar. Mütəvəkkil əmr etdi üzgüçüyə verdiyi və'də dərhal
əməl etsinlər. Sonra vəziri çağırıb dedi: "Get xəzinəmə, orada nə
varsa, yarısını payla yoxsullara". Sonra dedi: "Yemək gətiriniz,
axı o, yeddi gündür acdır". Fəth dedi: "Ya Əmirəlmö'minin, mən
toxam".
Mütəvəkkil dedi: "Dəclənin suyundanmı toxsan?".
Fəth dedi: "Yox, mən bu yeddi günü heç ac olmamışam,
çünki hər gün üzərində iyirmi çörək olan bir tabaq su üzərində
aşağı axırdı, mən əlləşib ondan iki-üç dənəsini ələ gətirir,
onlarla dolanırdım. Hər çörəyin üstünə yazılmışdı: "Məhəmməd
ibn əl-Hüseyn əl-Əskaf".
Mütəvəkkil əmr etdi şəhərdə car çəksinlər və desinlər ki,
Dəcləyə çörək atan kimdirsə, qorxmasın gəlsin, Əmirəlmö'minin
ona yaxşılıq edəcəkdir. Belə də car çəkdilər. Sabahısı gün bir
kişi gəlib dedi. "Mənəm o adam". Mutəvəkkil dedi:"Sübut!".
Kişi dedi: "Sübutum odur ki, hər çörəyin üzərində mənim adım
yazılmışdır: "Məhəmməd ibn əl-Hüseyn əl-Əskaf". Mütəvəkkil
dedi: "Doğrudur. indi de görüm, nə vaxtdan sən Dəcləyə çörək
atırsan?" Məhəmməd ibn əl-Hüseyn dedi: "Bir ildir".
Mütəvəkkil soruşdu: "Nə üçün belə edirsən?". Kişi dedi;
"Eşitmişdim deyirlər: yaxşılıq elə, at suya, bir gün gələr, xeyrini
görərsən. Mənim əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu
bacarırdım ki, onu da etdim və öz-özümə dedim: "görək xeyri
nə olacaq".
Mütəvəkkil dedi: "Eşitdiyini etdin, gördüyün işdə xeyir
götürdün". Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə və
beş parça kənd bağışladı. Kişi hamin malikanəyə köçüb, varlı-
sanlı oldu. Onun övladından hələ indi də Bağdadda yaşayanı
var.
Mən əl-Qaim Bi-əmrillah
22
dövründə həccə getmişdim,
yaradan mənə öz evini ziyarət etmək imkanı vermişdi, onun
övladını gördüm və bu əhvalatı Bağdadın qocalarından və
ağsaqqallarından eşitdim.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Deməli, nə qədər bacarırsansa yaxşılıq etməkdən əl çəkmə
camaata özünü yaxşılıq edən adam kimi tanıtdır, elə ki
tanıtdırdın, və'dəxilaf olma, dildə bir şey deyib, ürəyində başqa
şey tutma ki, buğda göstərib arpa satanlara oxşamayasan.
Bütün işlərdə ədalətli ol, çünki özü ədalətli olanın qazıya
ehtiyacı olmaz.
Qəm və sevincini yalnız o adama de ki, qəminə qəmlənib,
şadlığına şadlansın, qəm və şadlıqını adamlar içində büruzə
vermə, hər yaxşı və pis şey üçün tez şadlanıb tez kədərlənmə.
Belə iş uşaqlara yaraşar. Çalış hər xırda şey üstündə özündən
çıxma. Böyük adamlar hər doğru və yalan üstündə öz
yerlərindən oynamazlar.
Nəticəsi şadlıq olan qəmi qəm, nəticəsi qəm olan şadlığı
şadlıq hesab etmə.
Ümidsizlik baş verdikdə ümidini itirmə, çünki ümidsizlik
ümidlə, ümid ümidsizliklə bağlıdır.
Dünyada bütün işlərin dəyişkən olduğunu bil. Nə qədər ki,
sağsan haqqı inkar etmə. Kim səninlə höccətə başlasa susmaqla
onu susdur, çünki axmaqların cavabı susmaqdır.
Lakin heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq haqq
qazandır. Xüsüsilə öz qohüm-qardaşının haqqını unutma
bacardıqca onlara yaxşılıq elə, ailə və tayfanızın qocalarının
hörmətini saxla, Peyğəmbər (Allah ona xeyir-dua versin)
demişdir: "Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal
da öz tayfası arasında elədir". Lakin onlara çox da valeh olma
ki, məziyyətlərini görə bildiyin kimi, eyblərini də görə biləsən.
Başqasından təhlükə gözləyirsənsə, tez çalış ki, müvafiq
şəkildə öz təhlükəsizliyini tə'min edəsən.
Təhlükə gözlədiyin adamdan "heç bir şey edə bilməz" deyə
arxayın olma, "heç bir şey olmaz" deyə zəhər içmək ağıllı iş
hesab edilə bilməz.
Öz iste'dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və
iste'dadsız olmaq lazımsa, ağılsız və iste'dadsız ol, belə olmaq
lazım deyilsə, o zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı
sözə qulaq asmaqdan ar etmə, beləliklə sən arsızlıqdan
qurtarmış olarsan.
Yaxşı və pisə fikir ver, insanların müsbət və mənfi
cəhətlərini öyrən, onların nədən və nə qədər xeyir götürüb ziyan
çəkdiklərinə diqqət yetir və öz xeyrin üçün onlardan istifadə et.
Bax gör, insanları zərərə yaxınlaşdıran nədir, ondan qaç və ona
yaxınlaş ki, o, insanları xeyrə yaxınlaşdırır.
50 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Bədənini elm və sənət kəsb etməyə öyrət bilmədiyin şeyi
öyrənməyə çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyi
təcrübədən keçirmiş olarsan, ya bilmədiyin şeyi öyrənərsən.
Sokrat
23
demişdir: "Bilikdən daha zəngin xəzinə, pis
xasiyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük
izzət, həyadan daha qəşəng zinət ola bilməz"
Deməli, oğlum, sən bilik yollarını tapmalısan, elə
etməlisən ki, hansı vəziyyətdə olursan ol, bir saatın belə elm
öyrənmədən boş keçməsin; axı biliyi nadanlardan da öyrənmək
olar.
Əgər sən nadana qəlbinin gözü ilə baxıb, ağlının nəzəri ilə
diqqət yetirsən onun xoşa gəlməz hərəkətlərini görərsən və
bilərsən ki, nələri etmək lazım deyildir. İskəndər
24
demişdir:
"Mən xeyri yalnız dostlardan deyil, düşmənlərdən də götürürəm.
Məndən çirkin bir xəta baş verdikdə, dostlar dostluq xatirinə
onu ört-basdır edirlər ki, mən bilməyim, düşmənlər isə əksinə,
düşmənçilik üzündən açıb deyirlər, mən də ondan xəbərdar
olub, hamin pis işi bir daha təkrar etmirəm. Deməli, mən bu
xeyri dostdan deyil, düşməndən görmüş oluram". Sən də o biliyi
alimdən deyil, cahildən öyrənmiş olarsan.
Elm və sənət öyrənmək, istərsə böyük olsun, istərsə kiçik,
hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü
yalnız elm və sənətə görə əldə edə bilər. Tay-tuşlarda olmayan
bir iste'dadı insan özündə gördükdə, həmişə üstünlük hiss edir,
camaat da onu bilik və iste'dadına müvafiq olaraq başqalarından
üstün tutur. Ağıllı adamlar bilik və iste'dadlarına görə tay-
tuşlarından daha üstün tutulduqlarını gördükdə çalışarlar ki, öz
bilik və iste'dadlarını daha kamil etsinlər. Deməli insan belə
edərsə, az keçməz ki, o, hamıdan böyük olar.
Bilik əldə etmək tay-tuş üzərində üstünlük əldə etməkdir,
elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir.
Bilik əldə edib sənət öyrənmək, bədəni tənbəllik
xəstəliyinə tutmağa qoymamaq çox faydalıdır. Deyiblər ki,
tənbəllik bədən üçün fəsaddır. Bədən sənin sözünə baxmırsa,
ayıq ol, buna yol vermə, bil ki, bədən tənbəllik və rahatlığı
sevdiyindən sənin sözünə baxmır. Bədənimizin hərəkəti təbii və
özbaşına olmadığından və bədən istədiyi kimi deyil, əmr
edildiyi kimi hərəkət etdiyindən, nə qədər ki, sən əmr
etməmisən, heç vaxt sənin bədənin işləməyi arzu etməyəcəkdir.
Deməli, sən bədənini sözə qulaq asmağa və sənə tabe olmağa
zorla məcbur etməlisən, çünki öz bədənini sözə baxmağa vadar
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
edə bilməyənlər başqalarının da bədənini özlərinə tabe edə
bilməzlər. Elə ki, öz bədənini sənə tabe olmağa məcbur etdin,
sonra sənət öyrənməklə hər iki dünyanın ne'mətinə sahib
olarsan. Hər iki dünyanın ne'məti sənətdə, bütün sənətlərin açarı
elm və tərbiyədədir. Xüsusilə nəfsi tərbiyə etmək, təvazö'karlıq,
pəhrizkarlıq, düz danışmaq, mö'minlik, təmiz adlı olmaq.
başqalarına əziyyət verməmək və həyalı olmaq çox yaxşıdır.
Hərçənd həyalılıq haqqında hədisdə deyilibdir ki: "həya
imandan doğur", lakin çox yerdə utanmaq insana ziyan vurur.
Elə utancaq olma ki, utancaqlıq üzündən vəzifəndə ehmallıq
edib, öz işlərinə zərər vurasan. Çox zaman elə yerlər olur ki,
məqsədə çatmaq üçün həyasızlıq etmək lazım gəlir. Lakin
həmişə yalan danışmaq rüsvayçılıq etmək, sırtıq olmaq kimi
harəkətlərdən utan, düz danışmaq, yaxşı işlər görməkdən isə
utanma. Çox adam ancaq utancaqlıq üzündən arzusuna çata
bilmir.
Əgər utanmaq imandan doğursa, yazıqlıq da utancaqlıqdan
doğur, ona görə utanmağın və utanmamağın hər ikisinin yerini
bilmək lazımdır, məqsədə hansı uyğundursa, onu etmək
lazımdır. Deyiblər ki: "yaxşının müqəddiməsi utancaqlıqsa,
pisin də müqəddiməsi utancaqlıqdır".
Nadan adamı adam hesab etmə əməlsiz alimi isə alim.
Elmsiz pəhrizkarı zahid bilmə, cahil adamla isə dostluq etmə.
Xüsusilə özlərini ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan
axmaqlarla oturub durma. Müdrik adamlardan başqa heç kimlə
ünsiyyət saxlama, çünki yaxşılarla ünsiyyət saxlayanın adı da
yaxşıya çıxar. Görmürsənmi yağı küncüddən alırlar, lakin
küncüd yağını bənövşə ya qızıl güllə qarışdırdıqda və ya bir
müddət onlarla bir yerdə saxladıqda yaxşıların kəraməti
sayəsində artıq ona küncüd yağı deyil, qızıl gül yağı və ya
bənövşə yağı deyirlər!?
Yaxşıların məsləhətlərini və onların yaxşı işlərini unudub
naxələf çıxma, sən möhtac olan adama etdiyin yaxşılığı da
başına vurma. Yaxşılığı başa vurmaq yaxşılıq etməmək kimi bir
şeydir. Xoşxasiyyət və insanpərvər olmağı özünə peşə et, pis
adətlərdən qaç və ziyankar olma, ziyankarlığın səmərəsi
məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın
bəhrəsi alçalmaq olar. Cəhd et səni tə'rifləyən xalq olsun, mədh
edən bir neçə cahil olmasın, çünki cahillərin mədh etdiyi,
eşitdiyimə görə, alimlər içərisində pislənir.
H e k a y ə t. Deyirlər ki, bir gün Əflatun
25
şəhərin adlı-
sanlı adamları ilə bir yerdə oturub, söhbət edirdi. Birisi onun
52 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
görüşünə gəlib salam verdi yanında oturub oradan-buradan
danışdıqdan sonra dedi: Ey filosof,bu gün filankəsi gördüm,
sənin barəndə danışır və tə'rifləyərək deyirdi: "Əflatun çox
böyük filosofdur,indiyə qədər onun kimisi nə olub, nə də
olacaqdır. İstədim onun tə'rifini sənə çatdıram".
Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb ağladı,
bərk qanı qaraldı, halı pozuldu. O kişi dedi: "Ey filosof, mən
sənə nə ağır bir söz dedim ki, halın belə pozuldu?". Filosof
Əflatun dedi: "Ey xacə, şəxsən sən mənə elə ağır bir söz
demədin, lakin bundan daha ağır müsibət olarmı ki, nadanın biri
məni tə'rifləsin, mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim
nə nadanlıq etmişəm ki, onun təbiətinə yaxın olmuş, xoşuna
gəlmiş və məni tə'rifləmişdir, tövbə edib o işdən əl çəkərdim.
Halımın pozulması ondandır ki, mən hələ də nadanam, çünki
nadanların tə'riflədikləri adamlar yalnız nadanlar olar".
Bu barədə bir hekayət də yadıma düşdü.
H e k a y ə t. Deyirlər ki, Məhəmməd Zəkəriyya ər-Razi
26
bir dəstə şagirdi ilə gəzərkən bir dəliyə rast gəldi. Dəli
Zəkəriyyadan başqa heç kəsə baxmadı, onu diqqətlə nəzərdən
keçirdikdən sonra üzünə güldü. Məhəmməd Zəkəriyya geri
dönüb evinə gəldi, əmr etdi əftimun
27
dəmlədilər, onu içdi.
Şagirdləri soruşdular: "Ay müəllim, bu otun dəmini nə üçün indi
içdiniz?". Dedi: "O dəli güldüyü üçün. Əgər o, məndə öz halına
oxşar bir şey görməsə idi, üzümə gülməzdi" Deyiblər: "hər quş
öz tayı ilə uçar!".
Bundan əlavə, tünd xasiyyət olub özündən tez çıxmağı adət
etmə, bir az da helmin olsa yaxşıdır, lakin o qədər yumşaq olma
ki. səni çox yumşaq və həlim olduğun üçün hop eləyib udsunlar,
o qədər də sərt olma ki, sənə salam verməyə də qorxsunlar.
Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də
düşməndən istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik
etməyə öyrətmə, pislik öyrətmək pislik etmək kimi bir şeydir.
Əgər günahsız olaraq biri səni incitsə, sən çalış onu incitmə,
çünki özgəni incitməmək insanlığın bir hissəsidir. Deyiblər ki,
əsl insanlıq camaatı incitməməkdir. Deməli, insan olmaq
istəyirsənsə gərək adamincidən olmayasan adamlarla yaxşı
rəftar edəsən. Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa,
işi də görünüşü kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik
yaraşmaz, buğdadan arpa, arpadan buğda bitməməlidir. Bu
barədə mənim bir dübeytim də vardır:
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Şe'r
Gözəlim, bizə hey pislik edirsən,
Neçin bəs yaxşılıq umursan bizdən?!
Get, əzizim, get ki, səhv eyləyirsən-
Arpa əkibsənsə, buğda biçməzsən!
Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et,
çünki çirkinlik etsən kifirliyi artırmış olarsan. Bu isə çox pis
şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik gəlsən, bir yerdə iki
çirkinlik olar.
Səmimi sözə qiymət verən, dünya görmüş, sınaqdan çıxmış
dostların nəsihətinə qulaq as və öz məşvərətçilərinlə həmişə
təklikdə məsləhətləş, çünki sənin onlardan ala biləcəyin fayda
yalnız təklikdə ola bilər. Sən mənim bu dediklərimi oxuyub
öyrənə bilsən və əməl etsən, o zaman nə qədər qabil olduğunu
dərk edərsən, lakin bunu anlayandan sonra öz bilik və
iste'dadınla lovğalanma. Hər şeyi öyrənib bildiyin halda, özünü
bilməyən hesab et, çünki sən yalnız o zaman alim hesab edilə
bilərsən ki, hələ də özünün nadan olduğunu başa düşəsən. Bu
barədə belə bir hekayət də vardır.
H e k a y ə t. Eşitmişəm, Xosrovun
Dostları ilə paylaş: |