Microsoft Word Qabusname doc


NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə35/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   31   32   33   34   35   36   37   38   ...   103
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN                                                  
XATIRLADILMASI HAQQINDA 
Əvvəl demişdir: "Nə  qədər ki, gecə-gündüz gəlib gedir, 
illərin dəyişilməsinə təəccüb etməyin". 
Və demişdir: "İnsanlar bir dəfə peşman olduqları  işlərdən 
nə üçün bir də peşman olsunlar?" 
Sonra demişdir: "Həyatı arzu etdiyi kimi keçməyən adam 
nə üçün özünü diri hesab edir?". 
Sonra demişdir: "Sənə pis deyəni onu sənə  xəbər 
gətirəndən daha tez bağışla!". 
Sonra demişdir: "Faydasız qulaq asan adamın başı 
başsağlığı verilən adamınkından daha çox ağrayar". 
Sonra demişdir: "Ziyan dəyənlər içərisində  ən çox ziyan 
çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun". 
Sonra demişdir: "Alınıb-satılan qulu öz qarnının qulu olan 
adamdan daha azad hesab et!". 
Sonra demişdir: "Elmi olub ağlı olmayan adama elm 
əziyyət verər". 
Sonra demişdir: "Həyatdan dərs ala bilməyən adama heç 
kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər". 
Sonra demişdir: "Nadana hər  şeyi qorumaq özünü öz 
nadanlığından qorumaqdan daha asandır". 
Bir də demişdir: "İstəyirsən xalq səni tə'rifləsin, sən də 
xalqı tə'riflə". 
Sonra demişdir: "İstəyirsən sənin xalqa sərf etdiyin əmək 
hədərə getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!". 
Sonra demişdir: "Dostunun az olmasını istəmirsənsə, kin 
saxlayan olma!". 
Sonra demişdir: "Artıq dərəcədə  kədərli olmaq 
istəmirsənsə, paxıl olma". 
Bir də demişdir: "İncidilmək istəmirsənsə, özünə  rəva 
bilmədiyini başqasına da rəva görmə". 
Sonra demişdir: "İstəyirsən ki, asudə yaşayasan, işlərini 
hadisələrin gedişinə uyğun qur". 
Sonra demişdir: "İstəmirsən ki, sənə divanə desinlər, 
tapılmayan şeyi axtarma". 
Sonra demişdir: "Həya-abırla yaşayıb dolanmaq 
nstəyirsənsə, başqalarını rüsvay etmə". 
Sonra demişdir: "Aldanmaq istəmirsənsə, görülməmiş  işi 
görülmüş hesab etmə". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Sonra demişdir: "İstəyirsən ki, sirrinin üstü açılmasın 
başqalarının sirrini açma". 
Sonra demişdir: "Dalda ələ salınmaq istəmirsənsə,  əlin 
altında işləyənlərlə mülayim dolan". 
Sonra demişdir: "Uzun müddət peşman olmaq 
istəmirsənsə, nəfsinə tabe olma". 
Sonra demişdir: "Zirək olmaq istəyirsənsə, öz üzünü 
başqalarının aynasında gör". 
Sonra demişdir: "Qorxusuz yaşamaq istəyirsənsə, 
başqalarına yamanlıq etmə". 
Sonra demişdir: "İstəyirsən sənin qədrini bilsinlər, 
başqalarının qədrini bil". 
Sonra demişdir: "İstəyirsən sənin dediyinə  əməl etsinlər, 
özün dediyinə əməl et". 
Sonra demişdir: "İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı 
olmayan adama sirr vermə". 
Sonra demişdir: "İstəyirsən camaatdan üstün olasan, duz-
çörək verən ol". 
Sonra demişdir: "Nə üçün o adamı düşmən saymayasan ki, 
o özünün igidliyini xalqı incitməkdə görür?". 
Sonra demişdir: "Nə üçün o adama dost deyəsən ki, o sənin 
düşmənlərinlə dostluq edir?". 
Sonra demişdir: "İste'dadsız adamla dostluq etmə, 
iste'dadsız adam nə dostluğa yarayar, nə düşmənliyə" 
Sonra demişdir: "Özünü alim sayan nadandan uzaq gəz". 
Sonra demişdir: "Ədalətli ol ki, ədalət məhkəməsinə  işin 
düşməsin". 
Sonra demişdir: "Haqq acı olsa da, onu dinləmək 
lazımdır". 
Sonra demişdir: "İstəyirsən düşmən sənin sirrini bilməsin, 
onu dosta demə. 
Sonra demişdir: "Xırdaçılıq edən və böyük ziyan verən 
olma". 
Sonra demişdir: "Ləyaqətsiz adamları diri hesab etmə". 
Sonra demişdir: "Sərvəti olmadan dövlətli olmaq 
istəyirsənsə, gözü tox ol". 
Sonra demişdir: "Hədərə alma ki, hədərə də satasan. 
Sonra demişdir: "Tay-tuşa möhtac olmaqdansa, ölmək 
yaxşıdır". 
Sonra demişdir: "Əclaf adamın çörəyi ilə dolanmaqdansa, 
acından ölmək yaxşıdır". 
64 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Sonra demişdir: "Hər düşündüyünü etibarsız adama demə, 
lakin etibarlı adamdan da gizlətmə". 
Sonra demişdi: "Özündən aşağı adama möhtac olmaq 
böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək 
ummaqdan yaxşıdır". 
Sonra demişdir: "Bu dünya üçün çalışan təvazökar fasiq
46
 
o dünya üçün çalışan mütəkəbbir abiddən
47
 yaxşıdır". 
Sonra demişdir: "Ən nadan adam odur ki, birisi kiçiklikdən 
böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa". 
Sonra demişdir: "Ondan daha bədtər rüsvayçılıq olmaz ki, 
biri bilmədiyi  şeyin doğruluğunu iddia edə, sonra yalançı 
olduğu meydana çıxa". 
Sonra demişdir: "Ən aldadılmış adam ona deyərlər ki, 
nağdı nisyəyə dəyişə". 
Sonra demişdir: "Ən alçaq adam odur ki, birinin ehtiyacı 
ona düşə, imkanı ola, lakin kömək etməyə". 
Sonra demişdir: "İstəyirsən ki, ədalətlilər sırasında adın 
çəkilsin, sənə tabe olanları imkanın daxilində yaxşı saxla". 
Sonra demişdir: "İstəyirsən ki, sənin adını  nəciblər 
sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına 
buraxma". 
Sonra demişdir: "İstəyirsən qara camaat səni pisləməsin, 
onların işini tə'riflə". 
Sonra demişdir: "İstəyirsən ki, ürəklərdə özünə yurd salıb 
seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış". 
Sonra demişdir: "İstəyirsən ki, xalq arasında ən yaxşı və ən 
bəyənilmiş adam olasan, özünə  məsləhət bilmədiyini 
başqalarına da məsləhət görmə". 
Sonra demişdir: "İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə 
sağalmayan yaralar vurulmasın, nadan adamla höccətə girişmə". 
Sonra demişdir: "Adamların ən yaxşısı olmaq istəyirsənsə, 
heç şeyi xalqdan əsirgəmə". 
Axırda demişdir: "İstəyirsən ki, dilin uzun olsun, əlini 
gödək et". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Nuşirəvan Adilin öyüd və  nəsihətləri bunlardan ibarətdir. 
Ey oğul, oxuyarkən, bu sözlərə xor baxma, bunlardan həm 
hikmət iyi gəlir, həm hökmdarlıq iyi, çünki bunlar həm 
həkimlərin
1
 sözüdür, həm hakimlərin. Bunların hamısını öz 
malın et. İndi nə  qədər ki, cavansan öyrən, qocalanda özün 
qulaq asmaq istəməyəcəksən. Çünki qocalar elə  şeylər bilərlər 
ki, onları cavanlar bilməzlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                       
 
 
 
 
 
 
 
1
 * Щяким - бурада  алим,  щикмят  сащиби 
мя'насында ишлядилмишдир.-Р. С. 
66 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
Doqquzuncu fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin