Onuncu fəsil ÖZÜNÜ İDARƏ ETMƏK VƏ YEMƏK QAYDALARI HAQQINDA Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-
qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub
olmadığına fikir verməzlər. Ağıllı və böyük adamlarda isə hər
işin öz vaxtı olar, gecəgündüzün iyirmi dörd saatını öz işləri
arasında bölərlər. İşlər bir-birinə qarışmasın deyə, onların
hərəsinə müəyyən vaxt və hədd-hüdud qoyarlar. Onların
xidmətçiləri də bilər ki, nə vaxt nə ilə məşğul olmaq lazımdır ki,
işlər öz qaydasında getsin. Hər şeydən əvvəl yemək haqqında.
Bil ki, bazar adamlarının adəti gecə çox yeməkdir və onun
böyük ziyanı vardır, həmişə mə'dələri qıcqırır. Hərbi adamların
72 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
peşəsi elədir ki, onlar vaxta baxmazlar, harada və nə vaxt
tapsalar, orada da yeyərlər, bu isə heyvan adətidir, çünki harada
ələf tapsalar, orada da yeyərlər. Böyük və əsil-nəsəbli adamlar
isə kecə-gündüzdə bir dəfə yeyərlər. Bu, özünü saxlamaq
(pəhriz) qaydasıdır, lakin bu, adamı zəiflədib qüvvətdən salar.
Deməli, elə etmək lazımdır ki, böyük və hörmətli adam səhər
tezdən xəlvətdə bir şey yeyib, sonra dişarı çıxsın və günorta
namazına qədər öz işləri ilə məşğul olsun.
Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək
yeyəcəksə, de, onları çağırsınlar ki, gəlib səninlə birlikdə
yesinlər. Lakin yeyərkən tələsmə, təmkinlə ye və süfrə başında,
şəriətdə deyildiyi kimi, adamlara hədis danış, lakin başını aşağı
sal, camaatın tikəsinə baxma.
Hekayət. Eşitmişəm, deyirlər ki, bir dəfə Sahib Əbbad
56 öz
nədimləri və yaxın adamları ilə birlikdə çörək yeyirmiş.
Oradakılardan biri kasadan bir tikə götürür, Onda tük var imiş.
Sahib görüb deyir: "Tükü tikəndən götür". O adam tikəsini yerə
qoyur, durub gedir. Sahib əmr edir, onu geri qaytarırlar. Sahib
soruşur: "Filankəs, nə üçün çörəyi yeməmiş süfrədən qalxdın"?
O addm deyir: "Tükü tikəmdə seçən bir adamın çörəyini yeməyi
özümə layiq bilmədim". Sahib o sözdən bərk utanır.
Lakin həmişə özünə fikir ver, bir səbrlə gözlə, sonra əmr
et, xörək gətirsinlər, Böyük adamlarda iki adət vardır: bə'ziləri
əvvəlcə özünün, sonra isə başqalarının kasalarının verilməsini
əmr edər, bə'ziləri isə əksinə, əvvəlcə başqalarının, sonra isə öz
kasasının verilməsini buyurar. Bu kəramət, o isə siyasət
üsuludur.
Əmr et, müxtəlif xörəklər hazırlasınlar, həm turşu olsun,
həm şirini. Elə et ki, çox yeməyə adət etmişlər də, az yeyənlər
də sənin süfrəndən tox qalxsınlar. Əgər sənin qarşında yemək
olsa, başqasının qabağında olmasa, öz qarşında olan yeməyi ona
göndər. Süfrə başında üzünü turşutma, qaş-qabaqlı oturma,
xörək hazırlayıb mizi sahmana salanlarla dalaşma, demə ki, "nə
üçün filan xörək yaxşıdır, filan yemək pis". Belə sözləri başqa
zaman, sonra da demək olar.
İndi ki çörək yemək şərtlərini bildin, şərab içmək üsulunu
da bil, çünki onu da nizama salmaq üçün xüsusi qayda-qanun
vardır.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib