Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə47/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   43   44   45   46   47   48   49   50   ...   103
DÖYÜŞ HAQQINDA 
Ey oğul, döyüş meydanında olsan, orada yavaş  tərpənib 
süstlük göstərmək yaramaz. Düşmən sənə üstün gəlib axşam 
xörəyi yeməmişdən əvvəl, sən ona qələbə çalıb səhər çayını iç. 
Döyüşün ortasına düşmüş olsan, özünü itirib canından qorxma, 
gorda yatmalı olan adam heç bir vəchlə evdə yata 
bilməyəcəkdir, necə ki təbəri dilində mən demişəm: 
R ü b a i 
Heç qorxusu yoxdur, düşmən olsa şir, 
Bilirəm dünyada mən qorxu nədir,  
Nə gözəl demişdir o ağıllı pir:  
"Öləsi adama ev olar qəbir!". 
 
Həmin mə'nanı farsca da deyirəm ki, hamıya mə'lum olsun: 
Açıq ya da gizli şir olsa düşmən,  
Şirə sən şəmşirlə cavab ver həmən  
Gorda tək yatmağa məhkum olsan sən  
Evdə nigarınla yata bilməzsən! 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri 
qoyma. Düşmən tərəfindən mühasirəyə alınsan, vuruşu 
dayandırma, çünki yalnız vuruşla düşməni ram etmək olar. 
Onlar sənin igidliyini gördükdə qorxuya düşərlər. Belə yerdə 
ölümü özün üçün xoşbəxtlik hesab et. Heç vaxt qorxma, ürəkli 
ol. 
Qoçaqların  əlində  qısa qılınclar uzun görünər. Vuruşda 
ehmallıq yaramaz, balaca qorxaqlıq və ya süstlük oldumu, min 
canın olsun, birini də salamat apara bilməzsən. Ən alçaq adam 
sənə üstün gələr. Beləliklə, öldürülsən rüsvayçılıq olar, 
bədnamlıqda  şöhrət taparsan. Qəhrəmanlıqda məşhur olsan, 
səndən bir səliqəsizlik baş versə  də ziyan çəkməzsən, tay-
tuşların içində başıaşağı olmazsan. Lakin şöhrət və dövlət 
olmadıqda, adamın öz tay-tuşları arasında hörməti də olmur. 
Belə yaşayışdan isə ölüm üstündür. Yaxşı adla ölmək pis adla 
yaşamaqdan yaxşıdır. 
      B e y t 
Xoşdur yaxşı adla əgər ölsəm mən,  
Mənə ad qalacaq, öləcək bədən. 
Lakin nahaq qan tökməyə həvəskar olma, heç müsəlmanın 
qanını halal hesab etmə. Öldürsən yolkəsənləri, oğruları, 
gorqazanları, yolazanları öldür. Nahaq qan hər iki dünyanın bəla 
qapılarını  sənin üzünə açmış olar. Qiyamətdə  cəzasını alarsan, 
bu dünyada pis ad qazanarsan. Gücsüzlər sənə e'tibar etməz. 
Xidmətçilərin ümidi qırılar. Xalq səndən nifrət edər. Camaat 
ürəklərində  sənə kin bəslər. O dünyada bütün əzab-işgəncələr 
nahaq qan üstündə verilər. Lakin mən kitablarda oxumuşam, 
təcrübədən də görmüşəm ki, nahaq qanın cəzasını elə bu 
dünyada da çəkərlər.  Əgər adamın öz taleyi uğurlu olsa, bəla 
onun övladına yetişər. Buna görə, özünə  və balalarına yazığın 
gəlsin, nahaq qan tökmə. Lakin sərfəli olan haqq qanın 
axıdılmasında da kahıllıq göstərmə, işlərlnə ziyan dəyər. 
Məsələn, mənim babam Şəmsülməali haqqında nağıl edirlər ki, 
o çox qəddar adam imiş  və heç kəsi bağışlamazmış. Çox pis 
adam imiş, pisliyindən qoşun ondan nifrət edirmiş. Onlar mənim 
əmim Fələkülməali ilə  əlbir olurlar, o, məcburiyyət üzündən 
gəlib öz atasını həbs edir, çünki ordu ona demişdi: "Sən bu işdə 
bizimlə bir olmasan, biz bu şahlığı özgələrinə verəcəyik". 
Şahlığın öz xanədanının  əlindən çıxacağını gördükdə  zərurət 
üzündən,  şahlıq xatirinə bu işi elədi. Babamı tutub əl-qolunu 
bağladılar, kəcavəyə mindirdilər, inanılmış adamlardan ibarət 
keşikçi qoydular və  Cənaşk qalasına göndərdilər. Onu yola 
92 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
salanlar içərisində Abdullah adlı bir adam var idi. Yolda 
Şəmsulməali həmin adama deyir: "Ya Abdullah, bu işin kim 
tərəfindən edildiyini, bu tədbirin necə  həyata keçirildiyini 
bilirsənmi? Necə oldu ki, belə böyuk bir iş görüldü, mən isə 
xəbər tutmadım"? Abdullah deyir ki, bunu filankəslər və 
filankəslər etmişdir. Beş sipəhsaların adlarını  çəkir, deyir: "Bu 
işi onlar etmiş, ordunu onlar yoldan çıxarmışlar. bu işdə mənim 
də əlim olmuşdur. Lakin sən bu işi məndən görmə, özündən gör, 
çünki bunun səbəbi ordunun üz döndərməsi deyil, sənin çoxlu 
adam öldürməyindir".  Şəmsülməali deyir: "Səhvin var, bu iş 
mənim başıma adamları öldürmədiyim üçün gəlmişdir. Əgər iş 
ağıllı qurulsaydı, gərək sənin və o beş nəfərin də qanı axıdılmış 
olaydı. Belə etmiş olsaydım, həm işlərim sahman olardı, həm 
özüm salamat qalardım". 
Bunu deyirəm, biləsən ki, görüləsi zəruri olan işlərdə 
ehmallıq etməyəsən, məcburi olanlarda süstlük göstərməyəsən. 
Bir də ki, adam axtalatmağı özünə adət etmə, bu qan tökməyə 
bərabər bir şeydir. Öz şəhvətin xatirinə bir müsəlmanın nəslin 
kəsirsən, bundan daha ağır zülm ola bilməz. Sənə  xədim 
lazımsa, xədim edilmişi tap ki, onun günahı başqasının 
boynunda olsun, sən bu günaha batmış olmayasan. 
Döyüş  məsələsinə  gəldikdə isə, dediyim kimi ol, canının 
hayına qalma, nə qədər ki, bədənini itlərə yem etməmisən, adını 
şirlər adına qoşa bilməzsən. Bil ki, bir gün doğulan, bir gün də 
öləcəkdir. 
Canlılar üç növdür: danışan çanlılar, danışıb ölənlər, canlı 
ölülər, yə'ni: mələklər, insanlar, quşlar və heyvanlar. Pəhləvi 
dilində bir pars kitabında oxumuşam: Zərdüştdən soruşurlar ki
"canlılar neçə növdür"? O da belə cavab verib demişdir: 
"Danışan canlılar, danışan və ölən canlılar, ölən canlılar". 
Demək mə'lum olur ki, bütün canlılar ölür və heç kəs öz 
əcəlindən  əvvəl getmir. Ona görə  də döyüşdə inamla vuruşub 
sə'y göstərmək lazımdır ki, həm çörəyə çatasan,'həm  şöhrət 
tapasan. 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
 
 
 
 
 
 
 
 
 
İyirmi birinci fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin