Bundan sonra qalan yerlərinə bax. Əgər qaş-gözdə
gözəllik, burunda zəriflik, dodaq və dişlərdə şirinlik, dəridə
təmizlik varsa al, bədəninə, əl-qoluna fikir vermə. Bunların heç
biri
yoxdursa, onda məlahətli olmalıdır. Mənim əqidəmə görə,
gözəlliyi olmayan məlahət məlahəti olmayan gözəllikdən
yaxşıdır.
Demişəm, qulu hansı iş üçün alırsan al, gərək o, hər şeydə:
uzunluq-gödəklikdə, köklük-arıqlıqda, ağlıq-qırmızılıqda,
yekəpərlik və naziklikdə, boyunun yoğun və incəliyində, saçın
cod və yumşaqlığında mütənasib olsun. O, girdədal, yumşaqət,
gözəlqamət, hamardəri, düzsümük, qəhvəyisaç, qaragöz,
enliqaş, nazikburun, incəbel, yumruçənə, ağdiş və onun
bədəninin bütün üzvləri dediyimə münasib olmalıdır. Hansı qul
gözəl, xoşxasiyyət və qürurlu olsa, o, yumşaq təbiət, iş bacaran
və şirinsöhbət olar.
Ev üçün alınan xoşbəxt qulun əlamətləri:
qaməti düz,
köklüyü orta, dərisi ağ, rəngi al, enlikürək, barmaqları aralı, alnı
geniş, şəhlagöz, gülərüz olmaqdır. Belə qul elm öyrənmək,
təsərrüfatı idarə etmək, katiblik, xəzinədarlıq və başqa bütün
işlərə yarar.
Musiqi üçün yarayan qulun: əti yumşaq və az, xüsusilə dal
tərəfdə nə kök, nə arıq və barmaqları nazik olmalıdır. Ayıq ol,
üzü ətli alma, heç nə öyrənə bilməz. Lakin ovucu yumşaq,
barmaqları aralı, üzügülər,
dərisi nazik, tükü nə uzun, nə gödək,
nə tünd qırmızı, nə tünd qara, şəhlagöz, ayağının altı düz
olmalıdır.
Belə qul hansı peşəni istəsən tez öyrənər, xüsusilə
musiqişünaslığı.
Hərbi işə yarayan qulun: tükü cod, qaməti uca, yekəpər, əti
möhkəm, sümüyü bərk, oynaqları qüvvətli olmalı, əzələləri
uzun, qabarıq, bütün bədənində damarlar aydın
və iri
görünməlidir, barmaqları sərt, ovucu iri, sinəsi geniş, kürəyi
enli, boynu güclü, başı yumru (daz olsa daha yaxşı), qarnı batıq,
beli təng, yeriyərkən baldırları yuxarı dartılan, üzü qəzəbli, gözü
qanlı olmalıdır. Belə qulam vuruşda şücaətli və xoştaleli olar.
Hərəmxana üçün yarayan qul: qaradəri, turşüz, gönüqalın,
qurubədən, naziktük, qayışpaça, yoğundodaq, yastıburun,
gödəkbarmaq, əyribel, çöpboyun olmalıdır. Belə qul
hərəmxanaya xidmət etməyə layiqdir, amma ağdərili, alyanaqlı
yaramaz.
100 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Kürən quldan, xüsusilə saçlarını uzadanlardan ehtiyatlı ol,
onların gözündə nəmlik və qəmlik olmamalıdır.
Belələri ya
arvadsevən olar, ya aradüzəldən.
Utanmaq bilməyən ortayaşlı qul mehtərliyə yaxşıdır. O,
enliqaş, irigöz, enlikürək, əl-ayağı kobud və gödək, xüsusilə əyri
olmalıdır. Üzü kürən, gözü göy, gözünün ağında qırmızı
dənələr, uzundodaq, iridiş, böykağız olmalıdır. Belə qul çox
həyasız, nanəcib, ədəbsiz, qarayaxan və dava axtaran olar.
Aşpazlığa və fərraşlığa
88
yarayan qulun əlamətləri
bunlardır: onun üzü təmiz, bədəni pak, çöhrəsi girdə, əl-ayağı
zərif, gözləri mavi, boyu uca, az danışan, saçı qumral və uzun
olmalıdır. Belə qul dediyim işə yarar.
Deməli, bil, dediyim bu şərtləri nəzərə al.
İndi də onların hərəsinin müsbət və mənfi cəhətlərini
deyirəm, biləsən.
Türkan
89
qulları doqquz cür olur,
hərəsinin də özünə görə
ayrı xasiyyəti və təbiəti var. Onların hamısından pis xasiyyətlisi
qıpçaq və quzlardır
Dostları ilə paylaş: