adıma basdırasan, bac-xərac verəsən, yoxsa gəlib Reyi alaram,
oranı xaraba qoyaram". Belə çox qorxutmalar yazır.
Qasid gətirib məktubu verir, Seyyidə deyir: "Soltan
Mahmuda de ki, nə qədər ki, ərim sağ idi, mən ürəyimdə
qorxurdum ki, sən bu fikrə düşüb Reyə hücum edəsən. Lakin elə
ki, ərim vəfat etdi, işlər mənim öhdəmə qaldı, bu qorxu
ürəyimdən qalxdı. Dedim, Soltan Mahmud ağıllı şahdır, bilir ki,
mənim kimi bir qadınla müharibə etmək onun şə'ninə yaraşmaz.
İndi əgər gəlsən, Allah da şahiddir ki, qaçmayacağam, vuruşa
başlayacağam. İki şeydən biri olacaqdır: iki qoşundan biri
məğlub ediləcəkdir; əgər mən qalib gəlsəm, yazıb bütün
dünyaya car salacağam ki, yüzlərlə şahları məğlub etmiş Soltan
Mahmudu mən məğlub etmişəm, mənə həm "fəthnamə"
yazarlar, həm "mədhnamə", sən mənə qalib gəlsən, nə yaza
bilərsən? Deyəcəksən ki bir qadını məğlub etmişəm? Sənə nə
"fəthnamə" düşər, nə "mədhnamə". Qadını məğlub etmək çox
da fəxr deyil. Deyərlər: "Soltan Mahmud bir qadını məğlub
etmişdir".
Bu sözdən sonra nə qədər ki, Seyyidə sağ idi, Soltan
Mahmud Rey xəyalına düşmədi və ora hücum etmədi.
Bütün bunları ona görə deyirəm ki, öz düşmənini çox da
rüsvay etməyəsən, lakin ondan arxayın da olmayasan, xüsusilə
ev düşmənindən. Özün də ev düşmənindən daha çox qorx, çünki
sənin işlərindən onun xəbəri olduğu qədər yadın xəbəri ola
bilməz, səndən qorxuya düşəndə, ürəyində həmişə sənə pislik
etmək fikrində olar və sənin vəziyyətinin nə yerdə olduğunu
yaxşı bilər. Xaricdəki düşmən o qədər bilməz. Buna görə heç bir
düşmənlə həqiqi dostluq etmə, məcazi dostluq et, bəlkə məcazi
dönüb həqiqi oldu, çünki çox zaman düşmənlik dostluğa,
dostluq isə düşmənliyə çevrilir, belə dostluq və düşmənlik çox
möhkəm olur.
Düşmənlərlə yaxınlığı çarəsizlik hesab et. Düşmənə elə
zərər vur ki, bundan sənin özünə ziyan dəyməsin. Çalış,
dostların sayı düşmənlərindən ikiqat artıq olsun. Çoxdostlu,
azdüşmənli ol. Min dosta ümid edib, bir düşmən qazanma və bil
ki, o min dost sənin hayına qalmaz, bu bir düşmən isə vayına
çıxar.
Hər kəsi öz yerində oturtmağı bacar. Öz qədrini bilməyən
adamın mərdliyində nöqsan var. Düşmən səndən güclü olsa da,
onun işini çətinləşdirməkdən əl çəkmə, düşmən səndən aman
istəsə, nə qədər böyük düşmən olsa və sənə nə qədər pislik etmiş
122 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
olsa, yenə aman ver və bunu böyük xoşbəxtlik hesab et.
Deyiblər: "Düşmən istər ölsün, istər qaçsın, istər aman gətirsin".
Lakin düşməni aciz və gücsüz görəndə o saat atılıb üstünə
minmə. Düşmən sənin əlinlə həlak olubsa, şadlıq etməyinə
dəyər, öz əcəli ilə ölübsə, sevinmə. O zaman sevinə bilərsən ki,
sən heç vaxt ölməyə idin. Doğrudur, filosoflar deyiblər: "Hər
kəs düşməndən bir dəfə artıq nəfəs alıb ölsə, o ölümü xoşbəxtlik
hesab etmək lazımdır", lakin hamımızın öləcəyimizi
bildiyimizdən sevinmək lazım deyil. Mən belə deyirəm:
Şe'r
Əgər ölüm sovurmuş göyə düşmən külünü,
Niyə bundan sevinib gülürsən, şadlanırsan,
Bilirsən, o, sənin də solduracaq gülünü,
Bəs özgənin ölümün neçin şadlıq sanırsan?
Biz hamımız eyni yerə getməyə səfərbərliyə alınmışıq və
səfərə çıxarkən yaxşı əməldən başqa heç bir şeyi özümüzlə
apara bilməyəcəyik.
Hekayət. Eelə eşitmişəm ki, Zülqərneyn
Dostları ilə paylaş: