çox qadınlar ərlərini öldürər, ya özlərini daha ləyaqətsiz
adamlara təslim edərlər. Bundan çəkinməzlər.
Lakin arvaddan şübhələnib onu qısqanmasan, pulunu
ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu
yaxşı dolandırsan, o, sənə atandan, anandan və uşaqlarından
daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi
bir dost tapa bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə min
düşməndən daha qorxulu düşmən olar.
Yad duşməndən
qorunmaq olar, lakin arvaddan yox.
Bakirə qız alsan, nə qədər şəhvətli olsan da, hər gecə ona
yaxınlıq etmə, o səndən inciməz, elə güman edər ki, adət
belədir. Əgər bir gün üzürlü səbəbdən yaxınlıq
edə bilməsən və
ya səfərə getsən, arvadın buna dözüb səbir edə bilər. Hər gecə
yaxınlıq edib öyrəşdirsən, sən olmadıqda yenə ürəyi istər və
çətin səbir edə bilər.
Kişilər çirkin, qoca olsalar da arvadlarını görməyə onlara
imkan yaratma. Heç bir cavan xidmətçini, zənci
və sadə olsa
belə, arvadların olduğu evə buraxma. Kardan düşmüş qoca
zənciləri buraxmaq olar.
Qeyrət şərtlərini yerinə yetir. Qeyrətsiz kişini adam hesab
etmə. Kişinin qeyrəti olmasa, onun məsləki də olmaz.
Arvadını mən dediyim kimi saxlaya bilsən və Allah-taala
sənə övlad versə, onların da tərbiyəsinin hayına qal.
112 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
İyirmi yeddinci fəsil
Dostları ilə paylaş: