işləri hərisliklə yerinə yetirərlər. Çox incə ruhlu və kefcil
olarlar, eyş-işrət məclislərində, şənliklərdə onların üstü yoxdur.
Səqləbilər
100
, rumilər, alanlar
101
təbiət e'tibarı ilə türklərə
yaxındırlar, lakin türklərdən daha təmkinli və zəhmətkeşdirlər.
Alanlar gecə türklərdən daha çox igid, daha çox Allahpərəst
olarlar. İşləməkdə rumilərə yaxın olsalar da,
ruhda türklərə
yaxın olarlar. Lakin onlarda bir neçə eyib vardır: oğurluq, əmrə
tabe olmamaq, vəfasızlıq, qeyri-səmimilik, səbirsizlik,
yavaşkarlıq, süstlük, ağasına düşmənlik, bir ayağı qaçmaqda
olmaq.
Üstün cəhətləri: bədəni yumşaqlıq, xoştəbiətlilik,
istiqanlılıq, səliqə ilə işləmək, doğru danışmaq, qoçaqlıq,
üzüyolalıq, hafizəlilik.
Ruminin eyibləri: danışıq bilməyən, kinli, süst təbiətli,
nasaz, çırtqoz, acgöz və dünyapərəst olmaqdır.
Üstün cəhətləri: özünə baxan, mehriban, xoşətirli,
təsərrüfatçı, zarafatçı, dillərini saxlayan olmalarıdır.
Erməninin eybi: bədfe'l, kündəbədən, oğru,
gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan,
yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş sevən, ürəyi xıltlı,
ağasına düşmənçilikdir. Ümumiyyətlə, onlar başdan ayağa
müsbətdən çox mənfiyə yaxındırlar, lakin doğru danışan, tez
başa düşən, işlərini bilən və zəhmətsevən olarlar.
Hindlilərin eybi odur ki,
dili bilməzlər, evdəki kənizləri
rahat buraxmazlar. Lakin hindlilərin də cinsi başqa tayfaların
cinsinə oxşamaz, çünki hindlilərdən başqa, bütün xalqlar bir-biri
ilə qarışmışlar, hindlilərin Adəm zamanından başlamış belə bir
adətləri var ki, heç bir təbəqə başqa təbəqəyə qatışmaz,
baqqallar qızlarını baqqallara, qəssablar qəssablara, çörəkçilər
çörəkçilərə, hərbçilər hərbçilərə, brəhmənlər brəhmənlərə
verərlər. Onlarınt hərəsinin isə bir xasiyyəti var və bunları bir-
bir şərh edə bilmərəm, kitab əndazədən çıxar. Onların yaxşısı:
həm mehribanı, həm ağıllısı, həm şücaətlisi ya brəhmən olar, ya
brəhmən kimilər.
Nubilərin
102
və zəncilərin eybi daha azdır. Zənci nubidən
yaxşıdır, peyğəmbərin hədisində zəncilərin haqqında çox
tə'riflər vardır. Cinsləri tanımaq, onların hərəsinin mənfi və
müsbət cəhətlərini bilmək bunlardan ibarətdir.
İndi də üçüncü şərti deyirəm, biləsən.
Zahiri və batini xəstəliklərin hamısını xarici əlamətdən
bilməyi öyrən ki, xam düşüb ilk baxışdan almayasan. Çünki ilk
102 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
baxışda gözəl nəzərə gələnlərin çoxları sonradan çirkin
görünürlər,
çox çirkinlər olur ki, sonra gözəl görünür. Bir də
insanın üzü həmişə bir qaydada qalmır, həmişə gah gözəlliyə
meyl edər, gah çirkinliyə. Ona diqqətlə bax ki, heç şey sənin
nəzərindən qaçmasın. Bir çox daxili xəstəliklər olar ki, gəlməyə
hazırlaşarlar, lakin hələ gəlməmiş olarlar. Bir neçə gündən sonra
başlayacaq xəstəliklərin isə xüsusi əlamətləri olar. Məsələn,
əgər yanağı bir az sarıya çalsa, dodağının rəngi qaçmış olsa
gözləri pərişanlıq ifadə etsə, bu babasil əlamətidir; göz qapaqları
həmişə şişmiş olsa, istisqa
103
xəstəliyidir. Gözün qırmızılığı,
alın damarlarının şişkinliyi ürəkkeçmə xəstəliyi əlamətidir.
Kirpikləri gec-gec vurmaq, dodağı tez-tez gəmirmək,
melanxoliyalıq, burun sümüyünün əyriliyi,
burunun düz
olmaması burun babasili
104
və burundan qanaxma xəstəliyi
əlamətidir. Tük tünd qara, cod və arabir daha qara olsa, demək,
o, saçını qaraltmışdır. Bədənin dağlanma yeri olmayan müxtəlif
yerlərində dağ olsa, duda sürtə bilərlər, fikir ver cüzam olmasın;
dodağın rənginin qaçması, gözünün sarılığı sarılıq xəstəliyinə
dəlalət edər.
Qul alarkən arxası üstə yerə uzat, hər iki böyrünü əlinlə
yoxla, gör şiş, ağrıyan yeri varmı, olsa bu, qaraciyər və ya dalaq
xəstəliyinin olduğuna dəlildir.
Gizli xəstəlikləri yoxladıqdan sonra açıq xəstəlikləri
yoxlamağa başla: ağzın iyini, burnun iyini, qulağın karlığını,
dilin pəltəkliyini, səsin yoğun və cırlığını, sözün səlis və
pozğunluğunu, yerişini, dişin sıra və saflığını,
diş diblərinin
möhkəmliyini yoxla ki, səni aldatmasınlar. Bütün bu
dediklərimi etdikdən, görüb hər şeyi aydınlaşdırdıqdan sonra,
alacağın qulu e'tibarlı və düz adamdan al, qoy sənin də evində
düz dolansın.
Əcəmi
105
tapsan, fars alma, çünki xaricini öz xasiyyətinə
uyğunlaşdıra bilərsən, farsı isə yox.
Şəhvət üstün gələn vaxt qul və cariyələrin göstərilməsini
tələb etmə, qul çirkinsə, ehtirasın çoxluğu onu sənin gözünə
gözəl göstərər. Əvvəlcə, şəhvətini söndür, sonra onları almaqla
məşğul ol. Başqa yerdə əzizlənmiş qulu alma. Əzizləsən, sənə
minnətdar olmaz, çünki başqa yerdə bunu görmüşdür, pis
saxlayıb əzizləməsən, qaçar, ya satılmasını istər, ya ürəyində
sənə qarşı kin bəslər.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Qulu alanda elə yerdən al ki, orada onunla pis rəftar etmiş
olsunlar. Ona balaca yaxşılıq etsən,
sənə minnətdar olar, səni
ürəkdən sevər.
Vaxtaşırı qula pul ver, qoyma həmişə pula möhtac olsun,
yoxsa pul əldə etmək üçün başqa yerə gedər. Qiymətli qul al,
hər kəsin ləyaqəti onun qiyməti ilə müəyyən edilər. Çox ağası
olmuş qul alma. Çox ərdə olmuş arvadla, çox ağası olmuş qulda
tə'rifə layiq bir şey olmaz. Hər nə alsan, gündən-günə qiyməti
artan al.
Qul satılmasını həqiqətən istəyirsə, inad etmə, sat. Arvad
həqiqətən boşanmaq, qul doğrudan satılmaq istəyirsə, o
arvaddan və bu quldan şadlıq gözləmə. Qul səhv və xəta
üzündən deyil, qəsdən tənbəllik edib, bilə-bilə səhlənkarlıq
göstərirsə, ona zorla yaxşı işləməyi öyrətmə, o,
heç bir vəchlə
çalışıb cəld iş bacaran və səliqəli olmayacaqdır, sat.
Yatmışı səslə oyatmaq olar, tənbəli təbillə də hərəkətə
gətirmək olmaz. İşə yaramayan əhli-əyalı başına toplama.
Azarvadlılıq ikinci dövlətlilikdir.
O qədər xidmətçi saxla ki, qaçmasınlar, saxladığına isə
yaxşı bax. Bir nəcib saxlamaq iki nanəcib saxlamaqdan yaxşıdır.
Qoyma sənin evində qullar bir-birinə qardaş, cariyələrə isə
bacı desinlər, ondan böyük şeylər törəyər. Öz qulunu və
azadanlarını
106
gücləri çata biləcək qədər yüklə, elə etmə ki,
gücləri çatmadıqları üçün tabe olmaqdan boyun qaçırsınlar.
Özün insaflı və düz ol ki, düzlər və insaflılar tərbiyəçisi olasan.
Qul öz ağasını atası və anası hesab etməlidir. Qulsatandan
qorxmayan qulu alma, ulaq baytardan qorxan kimi qul da
qulsatandan qorxmalıdır. Hər xırda şeyin üstündə satılmasını
istəyən qul, demək satılıb alınmasından utanmır, ona bel
bağlama, ondan xeyir gəlməz, tez başqası ilə əvəz et. Mən
dediyim kimilərini tap ki, başağrısı olmasın.
104 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
İyirmi dördüncü fəsil
Dostları ilə paylaş: