Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə49/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   45   46   47   48   49   50   51   52   ...   103
ƏMANƏT SAXLAMAQ HAQQINDA 
Ey oğul, bir adam sənə  əmanət versə, qətiyyən götürmə, 
elə ki, götürdün, möhkəm saxla. Əmanət saxlamaq bəladır, 
çünki onun nəticəsində üç haldan başqa bir şey ola bilməz. Əgər 
bu  əmanəti ona geri qaytarmalı olsan, Allah-taalanın nazil 
etdiyi: "Əmanətləri yiyələrinə qaytarın" hökmünü yerinə 
yetirmiş kimi olarsan. Cavanmərdlik və kişilik odur ki, əmanəti 
qəbul etməyəsən, qəbul etsən qoruyub sağ-salamat sahibinə 
qaytarasan. 
Hekayət. Belə  eşitmişəm, bir kişi səhər ala-qaranlıqda 
evdən çıxıb hamama gedərkən, yolda öz dostuna rast gəlir və 
deyir: "Mənimlə hamama getmək istəyirsənmi?" Yoldaşı deyir: 
"hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin 
hamama gedə bilmərəm işim vardır". Hamamın yaxınlığına 
qədər bir yerdə gedirlər. Yol ayrıcına çatdıqda, dostu 
xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir. Təsadüfən 
bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün 
hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu görür, lakin 
hələ ala-qaranlıq odluğundan onu dostu təsəvvür edib 
qurşağından dəsmala bağlanmış yüz dinarı  çıxarır, hamin 
oğruya verir və deyir: "Ay qardaş, bu əmanətdir, al, mən 
hamamdan çıxandan sonra qaytararsan". Oğru qızılı alır, kişi 
hamamdan çıxana qədər heç yerə getməyib orada gözləyir. 
Hava işıqlanır. Kişi paltarını geyib yola düzəlir. Oğru onu 
çağırıb deyir: "Ey cavanmərd, qızılını geri al, sonra get, sənin 
əmanətin üzündən bu gün mən də  işimdən avara oldum". Kişi 
deyir: "Bu nədir əmanət nədir, sən kimsən?" Oğru deyir: "Mən 
oğru bir adamam, sən isə hamamdan çıxana qədər bu qızılı 
mənə tapşıran adam". Kişi deyir: "Oğrusansa, bəs nə üçün 
mənim qızıllarımı aparmayıbsan?" Oğru deyir: "Əgər öz 
peşəmlə  ələ keçirsəydim, min dinar olsaydı, sənə yazığım 
gəlməzdi, bir arpa da sənə qaytarmazdım. Lakin sən bunu mənə 
əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib 
mənə  əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət 
edəm". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
Bir də, təsadüfən, qərəzsiz olaraq əmanət sənin  əlində 
xarab olsa, əvəzini ala bilsən yaxşıdır. Əgər şeytan səni yoldan 
azdırsa, əmanətə tamah salsan və onu dansan, bu çox pisdir. 
Əgər  əmanəti sahibinə qaytarsan, o vaxta qədər  əmanəti 
saxlamaq üçün çox iztirab və zəhmət çəkməli olarsan, bu qədər 
əziyyətdən sonra hamin şeyi yiyəsinə qaytararsan, zəhmət sənə 
qalar, o adam isə heç bir vəchlə özünü sənə minnətdar hesab 
etməz. Deyər: "Öz şeyim idi, vermişdim, geri aldım, sənə 
qalmayacaq idi ki". 
Doğru deyirəm, çəkdiyin  əziyyət üçün "sağ ol" deyən 
olmaz,  əvəzində isə  ləkələnə bilərsən.  Əmanət itsə, heç kəs 
inanmaz, xəyanət etmədiyin halda xalq arasında xain sayılarsan, 
tay-tuş içərisində hörmətdən düşərsən, artıq heç kəs sənə e'tibar 
etməz. Özündə saxlasan haramdır, böyük günaha batarsan, bu 
dünyada istifadə edə bilməzsən, o dünyada haqq-taalanın 
qəzəbinə gələrsən. 
Haşiyə. Lakin bir adama əmanət verdikdə gizlin vermə, 
heç kəs sənin malını ondan ala bilməz. Birdə ki, iki e'tibarlı 
şahid olmadan heç kəsə öz malını e'tibar etmə, verdiyin əmanət 
müqabilində qəbz al ki, məhkəməyə getməkdən azad olasan. İş 
gedib məhkəməyə  çıxsa, məhkəmədə kobudluq etmə, çünki 
kobudluq zorakılıq əlamətidir. Bacardıqca yalandan and içmə və 
and içməkdə  məşhur olma, elə et ki, əgər bir vaxt and içmək 
lazım gəlsə, xalq sənə inansın. Nə  qədər dövlətli olursan ol, 
xeyirxah, düzdanışan olmasan, özünü yoxsul hesab etməlisən, 
çünki bədxah və yalançının axırı yoxsulluqdan başqa bir şey 
olmaz.  Əmanətin qədrini bil. Deyiblər ki, "əmanət kimyadır, 
həmişə dövlətli olarsan". 
Düzdanışan va etibarlı adam ol, dünyanın bütün dövləti 
düzdanışan və e'tibarlı adamlarındır. Çalış adam aldadan olma. 
Ehtiyatlı ol ki, səni də aldatmasınlar, xüsusilə qul almaqda. 
Allah köməyin olsun. 
98 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
İyirmi üçüncü fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin