Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə53/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   49   50   51   52   53   54   55   56   ...   103
 AT ALMAQ HAQQINDA 
Ey oğul, at alanda çalış  səhv etməyəsən. Adamın və atın 
mahiyyəti eynidir. Yaxşı adama və yaxşı ata nə  qədər qiymət 
qoysan, layiqdir, eləcə də pis adamı və pis atı nə qədər pisləsən 
yeri var. Müdrik adamlar demişlər: "Dünya insanla, insan 
heyvanla", heyvanların ən gözəli isə atdır. Onu saxlaya bilmək 
həm təsərrüfatçılığa dəlalət edər, həm mərdliyə. Bir məsəl var, 
deyərlər: "Atını  və paltarını yaxşı  saxla,  at  və paltar da səni 
yaxşı saxlar". 
Atın yaxşısını və pisini tanımaq adam tanımaqdan çətindir. 
Adamı danışdırmaqla tanıyarlar, atın isə nitqi yoxdur, onun nitqi 
xarici görünüşüdür. Atın necəliyini bilməzdən  əvvəl onun 
görünüşünə bax. Xasiyyətdə  səhv etmək mümkün olsa, 
görünüşdə etməzlər, yaraşıqlı atların  əksərinin xasiyyəti də 
yaxşı olar. Atın görünüşcə  ən yaxşı xüsusiyyətləri isə, 
baytarların dediyinə görə, bunlardır: dişləri nazik, sıx və ağ, alt 
dodağı nisbətən uzun, burnu dik. enli və uca, alnı geniş, qulaq 
boşluqları hamar, qulaqları dik və düz, qulaqların arası açıq, 
boynu dik, şax və nazik, aşağı hissəsi, yalı uzun, döşü geniş, 
əllərinin və ayaqlarının ortası aralı, quyruğu gur və uzun; xayası 
qara, gözü və kirpikləri qara; yol getdikdə ayıq, beli gödək, dalı 
enli, qabırğalarının hər iki tərəfi  ətli olmalıdır. Yeriyərkən 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
süvarinin nə etmək istədiyini başa düşməlidir. Bütün bu dediyim 
xüsusiyyətlər mütləq hər aldığın atda olmalıdır, o, yaxşı at olar. 
Lakin bir atda olub digərində olmaya biləcək xüsusiyyət onların 
rəngidir.  Ən yaxşı  rəng xurmayıya çalan kəhər atdır. Bu, həm 
gözəl olar, həm isti-soyuğa dözər, həm də zəhmətkeş olar. Ağ at 
isə zəif olar, lakin xayası, budlarının arası, quşqunu, dırnağı, əl-
ayağı, döşü, alnı və quyruğu qara olsa yaxşıdır. 
Kürən at, xüsusilə pul-pul olan tünd qızıl rənglisi, alnı, 
paçasının arası, budları, gözü, dodağı bunların hamısı qara olsa 
yaxşıdır. Səmənd at da belə olmalıdır. Kül rəngli atda başqa 
rəng və xal olmamalıdır. 
Qara at gərək tünd olsun və gözündə  qırmızılıq olmasın. 
Çox zaman qırmızıgöz atlar dəli və eyibli olurlar. Boz at az 
hallarda yaxşı olar, alası isə, xüsusilə gözü, quşqunu, dırnağı ağ 
olanı pisdir. 
Qara zolaqlı boz at kürəndə dediyim xüsusiyyətlərə malik 
olsa yaxşıdır. Ala atı bəyənməzlər, yaxşısı da az çıxar. 
Atların müsbət tərəflərini bildin, eyiblərini də bil. Atlarda 
bir sıra eyib var ki, onların bə'zilərinin həm işə ziyanı var, həm 
görünüşcə, həm təbiətcə çirkin olar. Bə'ziləri də var ki, belə 
deyil, lakin nəsdir, sahibini öldürəndir. 
Elə  xəstəliklər və eyiblər var ki, onları aradan qaldırmaq 
olar, elələri də var ki, yox. Hər eybin və xəstəliyin özünə görə 
adı var və bu ada görə onu bilmək olar. Deyirəm biləsən: biri 
lallıqdır. Lal at tez-tez yolu azar, madyan gördükdə  təxərrüşə 
gəlsə  də  şeyhə  çəkib kişnəyə bilməz. Digəri  ə'şalıq, yə'ni gecə 
korluğudur. Belə at gecələr başqa atların hürkdüyü şeylərdən 
hürkməz, haraya sürsən, oraya gedər, heç şeydən çəkinməz. O 
biri eybi karlıqdır. Karlığın əlaməti odur ki, atların kişnəməsini 
eşitdikdə şeyhə ilə cavab verməz. Həmişə qulaqlarını sallayar. 
Solaxaylıq. Solaxay at da yaxşı deyil, çox büdrəyər. 
Əlaməti odur ki, dəhlizə girdikdə,  əvvəlcə sol ayağını içəri 
qoyar. 
 Ə'məş at, yə'ni gündüz kor olan at pis olar. Əlaməti budur 
ki, gözünün hədəqəsi yaşıla çalan qara rəngdə olar, həmişə 
gözünü açıq saxlayar, kirpiyini vurmaz. Bu eyib bir gözündə və 
hər iki gözündə ola bilər. 
Çəpgözlük. Çəpgöz at zahirən  şikəst görünsə  də,  ərəb və 
əcəmlərin fikrinə görə  uğurlu hesab edilər. Eşitmişəm ki, Dül-
dül
108
 də çəp imiş. 
Ərcəl və  Əcim at, yə'ni ağayaq uğurlu olmaz. Ağlıq sol 
ayağında, istər qabaq,istər dal ayağında olsa, daha uğursuz olar. 
108 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Göygöz at hər iki gözü göy olsa, xüsusilə  çəp olsa pisdir. 
Müğrəb at yə'ni ağgöz pisdir. Buğe
109
 at pisdir; Əqvəd, yə'ni 
düzboyun at da pisdir, belə at yaxşı ola bilməz. Hur atın da hər 
iki ayağı  əyri olduğundan pis sayılır, farslar ona kaman ayaq 
deyərlər. Tez-tez yıxılar, yəhərinin altı tüklü olan at da uğursuz 
olar, qoltuğunun altı, paçalarının arası  və  hər iki ayağı tüklü 
olan at daha uğursuz olar. Dırnağının iç tərəfində pırpız tük olan 
Fərsun atı da yaxşı sayılmaz. Lakin dırnaqının üst tərəfində olsa, 
eybi yoxdur. Əsdəf, yə'ni dırnağı çevrilmiş at da pis olar, ona 
Əxnəf də deyərlər. 
Ön və ya arxa ayaqları uzun olan at eniş-yoxuşda aciz 
qalar. Bu da pisdir, belə ata Fəzəq deyilir. 
Ə'zəl, yə'ni əyriquyruq adlanan at da pisdir, ona Kəşəf də 
deyilir, çünki əsbabı  həmişə aydın görünər.  İtquyruq at da pis 
olar.  Əfxəc adlanan at da pisdir, çünki ayağını öz yerinə qoya 
bilməz.  Əsbəq at da yaxşı olmaz, həmişə axsayar, çünki 
oynaqları arasında  şiş olar. Ərun atı da pis olar, çünki 
belələrinin qabaq ayağının oynağında sümük olar, dal ayağında 
da olsa pisdir. Ona Əqrən deyərlər. Minməyə qoymayan, təpik 
atan, cilov dartan, çox kişnəyən tez-tez yel buraxan, uzun-uzadı 
pişaba çıxan, tez-tez təxərrüşə  gəlib  şeyhə  çəkən,  şaxa qalxan 
atlar da pis olar. Göygöz at gecəkoru olar. 
Hekayət. Bir hekayət eşitmişəm, orada Əhmədi 
Feriqunun
110
 çobanı novruz günü onun yanına gəlib deyir: 
"Novruz hədiyyəsi gətirə bilməmişəm, lakin ondan daha yaxşı 
şad xəbər gətirmişəm".  Əhməd  əmr edir, desin. Çoban deyir: 
"Dünən sizin atlar min dənə göygöz dayça doğmuşdur". Əhməd 
deyir: "Bu çobana yüz çubuq vurun, min gecəkoru atın 
doğulması şad xəbər deyil". 
Dediklərimi bildin, indi də  deyim,  at  xəstəliklərinin adını 
bil: çox tərlilik, ağız suyunun axması, topuq şişi, manqa, dırnaq 
çatlaması, məxmərək, hürkəklik, döyənək, diz sümüyünün 
kirəcləşməsi, qoturluq, dırnağın sürtülməsi, dırnaqaltı iltihabı, 
qarın  şişi, cüzam, xərçəng, alalıq, dəbəlik, ayağın keyişməsi, 
boğaz iltihabı, inaq, qapma, sidiyin dayanmaması, təngnəfəslik, 
arıqlıq, yəhər yarası, dizin bükülməsi. 
 Bu xəstəliklərin yalnız ümumi şəkildə adını çəkirəm, şərh 
etsəm uzun olar. Bu dediklərimin hamısı eyibdir. Lakin ən 
böyük eyib qocalıqdır. Elə eyib var ki, ona göz yummaq olar, 
lakin qocalığa yox. At alanda ucasını al, beş dangdan
111
  aşağı 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
olmasın; adam özü gözəl, qaməti uzun olsa da alçaq atda balaca 
görünər. 
 Bil,  atların sağ  tərəfindəki qabırğaları çox halda sol 
tərəfdəkilərdən bir dənə artıq olar. Say əgər bərabər olsa, 
qiymətindən bir az da baha al. Az at tapıla bilər ki, ona çata 
bilsin. heyvan, torpaq, mülk, hər nə alsan, eləsini al ki, sağ 
olduqca özün xeyir götürə biləsən, səndən sonra isə arvad-uşaq 
və varislərin. 
Axır bir gün gələcək sənin də arvad-uşağın olacaq. Ləbibi 
deyir: 
Misra 
Kimdə varsa kişilik, mütləq o, arvad alacaq 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
110 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
İyirmi altıncı fəsil  

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin