130
bütün aləmi
gəzib, bütün dünyanı zəbt etdikdən sonra geri dönərək vətənə
qayıtmaq istərkən Damğanda
131
əcəli çatır. Vəsiyyət edib deyir
ki, məni tabuta qoyun, tabutda deşik açıb mənim əllərimi o
deşikdən xaricə çıxarın, əlim açıq olduğu halda aparın; qoy
camaat görsün ki, bütün dünyanı aldıq, lakin əliboş gedirik.
"Qəsb etdik və tərk etdik". Hər şeyi bu dünyada qoyuruq; aldıq,
lakin saxlaya bilmədik. Bir də anama deyin ki, istəyirsə ruhum
şad olsun, mənə elə adamla yas saxlasın ki, onun ya heç bir əzizi
ölməmiş olsun, ya özü əbədi yaşayacağına ümid bəsləsin".
Kimin ayağından yapışıb yıxsan, onun əlindən tutub qaldır,
çünki ipi həddindən artıq bərk dartsan qırılar. Demək, bütün
işlərin əndazəsini bil.
İstər dostluqda, istərsə düşmənlikdə mö'tədil ol,çünki
mö'tədillik bütün ağılların məcmusunun orta ağlıdır. Çalış həsəd
doğura biləcək şeyləri sənin paxıllığını çəkən adamlara
göstərmə, həyatları boyu sənə kin bəslərlər. Bədxahlarına qarşı
bədxah ol, lakin tamahkar, mənsəbpərəst adamlarla höcətləşib
onlara baş qoşma, mənsəbpərəstlik özü tez-gec onu yıxar. Kuzə
hər dəfə su ilə dolu qayıtmaz. Həyasız və davakar adamlarla
təmkinlə dolan, lakin təşəxxüslü adama qarşı təkəbbürlü ol. Nə
vəzifədə olursan ol, adamlarla insan kimi rəftar etməyi heç vaxt
unutma, hirsləndikdə acığını udmağı bacar, dost və düşmənlə
qışqıra-qışqıra danışma, dilişirin ol, şirindilli olmaq
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
ovsunçuluğa bərabərdir. Yaxşı-pis nə deyirsənsə, cavabında da
onu gözlə. Hərzə sözün mərzə də cavabı olar. Eşitmək
istəmədiyini başqasına da demə. Xalqın üzünə deyə bilmədiyini
dalınca da danışma. Ehtimala görə adamları hədələmə, işi
görməmiş özünü öymə, demə: "bunu edəcəyəm", de ki, "bunu
etmişəm". Bu barədə mən belə demişəm:
Şer
Ey sənəm, eşqini atdım qəlbimdən,
Dağ boyda qəmini çöl etdim həmən.
Mən bu gün demirəm, "nə edəcəyəm".
Sabah deyəcəyəm: "Bax, etmişəm mən
İşi sözdən üstün tut. Sənə diluzunluq etmək istəyən adama
da diluzunluq etmə. Heç vaxt ikiüzlü olma və ikiuzlü
adamlardan qaç. Odpüskürən əjdahadan qorxma, amma
sözgəzdirən adamdan qorx, çünki onun bir saatda sökdüyünü bir
ilə də tikmək olmaz.
Qul ilə mübahisə etmə. Nə qədər böyük və adlı-sanlı olsan
da özündən aşağı adamla höccətə girişmə.
Filosof demişdir: "Bəlaların çoxundan xilas olmaq
istəyirsənsə, on xasiyyəti özünə peşə et: özündən güclü ilə
vuruşma, yalançı adamla məclis qurma, xəsis adamlarla
ünsiyyət saxlama, nadanla öcəşmə; ikiuzlü ilə dost olma;
yalançı ilə alver etmə; davakar, tündxasiyyət adamla şərab içmə;
arvadlarla çox oturub-durma; sirrini başqalarına vermə, yoxsa
böyüklüyünə hörmət qoyan olmaz, nüfuzdan düşərsən; biri sənə
böhtan atsa, üstünə götürmə, çalış onu özündən rədd et; heç kəsi
o qədər tə'rifləmə ki, məzəmmət etmək lazım gələndə, pisləyə
biləsən, o qədər pisləmə ki, lazım gələndə tə'rifləyə biləsən.
Sənsiz işi-keçə bilən adamı hərbə-zorba gəlmək və şikayət
etməklə qorxutma, sənə ehtiyacı olmayan sənin hədəndən də,
şikayətindən də qorxmaz, onu hədələməklə özünə dalınca
danışan bir adam əmələ gətirmiş olarsan. Sənsiz keçinə
bilməyən
132
adamları isə bir dəfəlik təhqir edib ruhunu öldurmə,
gücünü ona göstərib, başqalarının acığını ona tökmə. Böyük
günah etmiş olsa da onu bağışla, özündən balacalara nahaq yerə
bəhanə axtarma. Beləliklə, sən onlardan xeyir götür, onlar da
səndən qaçmasınlar. Özündən kiçiklərə yaxşı baxsan, onlar da
sənin abadlıq işinə yaxşı baxarlar.
Kiçiklər sənin mülkündür, var-dövlətindir, onlara yaxşı
baxmasan, çörəksiz-azuqəsiz olarsan, yaxşı baxsan işlərin saz
gedər, razı qalarsan.
124 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
Sözə baxan nöqsanlı nökər sözə baxmayan nöqsansız
nökərdən yaxşıdır.
Əmrinin və işinin yerinə yetirilməsini istəyirsənsə, bir işi
iki adama buyurma. Deyiblər ki, bir qazanı iki aşpaz bişirsə,
qaynamaz, bir evin iki xanımı olsa, ev süpürülməmiş qalar. Şair
demişdir:
Tapşırma bir işi sən iki adama, canım, Ev zibilli qalacaq
evdə iki olsa xanım!
Əmr yerinə yetirən olsan, özünə şərik axtarma ki, o işdə
muvəffəqiyyət qazansan, həmişə ağanın qarşısında üzüağ
olasan. Lakin dosta-duşmənə mərhəmətli ol, camaatdan xəta baş
verdikdə coşma hər sözə bir əmma qoyma, hər haqq-nahaq şey
üstundə xalqı incitmə, həmişə tə'riflənmək istəyirsənsə,
kəramətli ol.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
Otuzuncu fəsil
Dostları ilə paylaş: |