CƏZA VERMƏK VƏ ƏFV ETMƏK QAYDALARI HAQQINDA Ey oğul, bil və agah ol ki, hər xəta üstündə adama cəza
verməzlər. Əgər biri günah etsə, əvvəlcə ürəyindən onun
günahının bağışlanmasını istə. Axı o da adamdır, ilk günahı
Adəm etmişdir. Bu barədə mən deyirəm:
Şe'r
Əgər bir gün gəlməmişəm görüşə,
Ey munisim, yüz dəfə ah etmişəm.
İlk günahı Adəm etmiş, bağışla,
Mən adamam, mən də günah etmişəm.
Nahaq cəza vermə ki, günahsız cəza almayasan. Hər şey
üstündə qəzəblənmə, acıqlı vaxtlarda hirsini uda bilməyi bacar.
Bir günahı bağışlamağı səndən xahiş etsələr, qəbul et, günah nə
qədər böyük olsa da bağışlamağı özünə adət bil, bəndə günah
etməsə, ağanın bağışlamasına ehtiyac qalmaz. Hər günah üçün
cəzalandırsan, bəs sənin kəramətin nə olar? Bağışlamağı vacib
bilsən, böyüklük şərəfindən məhrum olmazsan. Lakin
bağışladıqdan sonra bir də ona sərzəniş edib həmin günahı yada
salma, bu elə bağışlamamaq kimi bir şey olar. Amma özün elə
günah etmə ki, üzr istəməli olasan, lakin etdinmi, üzr
istəməkdən utanma, qoy düşmənlik aradan qalxsın.
Birisi cəzaya layiq günah işləmişsə, əvvəlcə günahın
dərəcəsini tə'yin et, sonra ona müvafiq cəza ver. İnsaf sahibləri
belə demişlər: "Cəza günaha müvafiq olmalıdır". Mən isə belə
deyirəm: "Əgər biri günah etmişsə və o, cəzaya layiqsə, sən bu
günaha müvafiq cəza verməlisən ki, helm, rəhm və kəramət
qaydalarını unutmayasan; bir dirəmlik günah edibsə, yarım
dirəmlik cəza vermək lazımdır ki, beləliklə həm kəramətli hesab
ediləsən, həm də ləyaqətli, çünki kəramətli adamlara rəhmsiz
olmaq yaramaz.
Hekayət. Eşitmişəm, Müaviyə
133 dövründə bir dəstə adam
cinayət iş görür və onları öldürmək vacib olur. Müaviyə əmr
edir, boyunlarını vursunlar. Bu zaman onlardan birisini boynunu
vurmağa irəli gətirirlər. O kişi deyir: "Ya Əmirəlmö'minin, bizə
nə etsəniz yeri var, mən öz günahımı boynuma alıram. Lakin
Allah xatirinə, istəyirəm, mənim iki kəlmə sözümə qulaq asıb
ona cavab verəsiniz. Deyir: "De". O kişi deyir: "Bütün dünya
sənin həlim və kəramətli olduğunu bilir, əgər biz bu günahı
126 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
sənin qədər həlim və kərim olmayan bir padşaha etsəydik, o
bizə nə edərdi?" Müaviyə deyir: "Mən nə edirəmsə, o da onu
edərdi". O kişi deyir: "Bəs onda sənin mərhəmətli və kəramətli
olmağının bizə nə faydası? Həmin zülm hamin cəza?!" Müaviyə
deyir: "Sən bu sözü bir az qabaq demiş olsaydın, heç o birilərin
də boynu vurulmazdı, kim qalıbsa, hamısını bağışlayıram".
Deməli, günahkar üzr istəsə, onu qəbul et, çünki bağışlanması
mümkün olmayan günah yoxdur.
Bir möhtac adamın sənə ehtiyacı düşsə və bunun dinə
zərəri, dünya işlərinə ziyanı olmasa dünya malı xatirinə onun
xahişini rədd etmə, imkan daxilində ona kömək et, sənin
haqqında olan yaxşı fikrini pisə çevirmə. O adam sənin
haqqında yaxşı fikirdə olmasaydı, səndən bir şey də istəməzdi.
Ehtiyac vaxtı o sənin əsirin olur. Deyiblər ki, "Ehtiyac əsirliyə
bərabərdir". Əsirlərə isə rəhm etmək lazımdır Əsiri öldürmək
tə'riflənməz, pislənər. Bu mə'nada kahıllıq göstərmə, onda hər
iki dünyada şöhrət qazanarsan.
Bir adama ehtiyacın düşsə, əvvəlcə bax gör, o adam
səxavətlidir, yoxsa xəsis. Səxavətli olsa, ehtiyacını istə, lakin
münasib vaxt seç, qanı qaradırsa istəmə, acdırsa yenə istəmə.
Bir şey xahiş edərkən, fikirləş, yaxşı sözlər tap, otur, ən yaxşı
hörmət qaydalarına riayət et, sonra qısa şəkildə xahişini bildir.
Xahiş edərkən, həddindən artıq təvazö'kar və nəzakətli ol,
təvazö'karlıq xahişin qəbul edilməsi üçün ikinci vasitəçidir.
Əgər xahiş etməyi bacarsan, heç vaxt əliboş qayıtmazsan. Bu
barədə mən deyirəm:
Rübai
Ey könül, ürəkdən keçirsə nigar
Zəhmətsiz vüsala ancaq bir yol var,
Gərək yar deyən tək edəsən könül,
Sən xahiş bacarsan, o da ram olar!
Kimə ehtiyacın varsa, özünü ona qarşı nökər və qul kimi
apar, məqsədinə çatdıqda isə hər yerdə ona təşəkkür et (Allah-
taala da buyurubdur ki, "Şükr etsəniz, qismətinizi artıraram").
Allah-taala şükr edənləri sevər. Bundan əlavə, birinci yaxşılıq
qarşısında edilən təşəkkür ikinci xahişin yerinə yetirilməsinə
ümid verər.
Sənin xahişini yerinə yetirmirsə, öz bəxtindən küs, ondan
şikayətlənmə. O sənin şikayətindən qorxsaydı, özü sənin
ehtiyacını yerinə yetirərdi. İşin düşən adam rəzil və xəsisdirsə,
ayıq vaxtı ondan heç nə istəmə, verməz məst olduqda istə. Rəzil
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
və xəsis adamlar kefləndikdə, səxavətlənərlər, lakin sabahısı
peşmanlıq çəkərlər.
İşin rəzil adama düşsə, özünü yazıqlar cərgəsində hesab et.
Deyiblər üç adam yazıq sayılar: axmağın əli altında işləyən
ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli.
Bil, müqəddimədə dediyim sözlərdən və müxtəlif
məsələlər haqqında yazdığım fəsillərdən məqsəd bacarığım
daxilində sözün ləyaqətinə, onun qüdrətinə haqq verməkdən
ibarət idi.
İndi də peşələrdən danışmaq istəyirəm, onu da oxuyub
biləsən, bəlkə lazım oldu. Ona görə istəyirəm ki, hər nə
bilirəmsə, əvvəlindən tutmuş axırına qədər hamısını sənə
öyrədəm. Bəlkə, ölərkən sənin tərəfindən arxayın olub bu
dünyadan rahat gedəm. Hərçənd mən özüm də elmdə
piyadayam, lakin bilsəm də, faydası yoxdur, çünki mən atamın
sözünə necə baxmışamsa, sən də mənim sözümə elə
baxacaqsan. Deməli, səni danlamağına dəyməz, lakin mən öz
vəzifəmi yerinə yetirirəm.
İstəyirsən qulaq as, istəyirsən yox, mən hər peşədən bir az
danışacağam ki, sözdə də xəsis olmayım, sinəmdə nə varsa
hamısını deyim. Yaxşısını Allah bilir.