Microsoft Word Qabusname doc


Otuz yeddinci fəsil   ŞAHA XİDMƏT ETMƏK HAQQINDA



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə70/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   66   67   68   69   70   71   72   73   ...   103
 
Otuz yeddinci fəsil  
ŞAHA XİDMƏT ETMƏK HAQQINDA 
Bil, ey oğul,  əgər təsadüf səni gətirib  şah sarayı adamları 
içərisinə salsa, sən ona xidmət etməli olsan və  şah səninlə 
yaxınlıq etmək istəsə, bu sənin gözünü tutub başını 
gicəlləndirməsin, ondan uzaqlaşmağa çalış, lakin xidmətdən 
qaçma, çünki şaha yaxınlaşmağın nəticəsi uzaqlaşmaq, xidmətin 
nəticəsi isə yaxınlaşmaq olar. Şah hansı gün sənə desə ki, 
arxayın ol, sənə zaval yoxdur, sən o günü daha çox qorx. Sən 
şahın hesabına piylənib yağlanıbsansa, demək, o, səni kəsmək 
üçün belə kökəltmişdir. 
Nə  qədər  əziz və girami olsan, yenə  də ehtiyatını  əldən 
vermə, öz yerini bil, ağanın xoşuna gələn şeylər danış və onunla 
mübahisəyə girişmə. Bir məsəldə deyilmişdir: "Şahla mübahisə 
edib inad göstərən əcəlindən tez ölər", çünki xəncər tiyəsindən 
yapışmaq axmaqlara yaraşar. 
Öz ağana yaxşılıqdan başqa yol göstərmə ki, sənə yaxşılıq 
etsin, pislik etsən, sənə də pislik edər. 
H e k a y ə t. Deyirlər ki, Gəncə şahı Fəzlun Məmlanın
240
 
dövründə onun adlı-sanlı deyləmli bir məşvərətçisi var imiş. 
Fəzlun məmləkətin böyük adamlarından kimi bir günah üstündə 
tutub zindana salırmışsa, həmin deyləmli müşavir o saat şaha 
deyirmiş:"Azadları incitmə, incitdinmi, başın vur". 
Ölkənin böyük adamlarından bir neçəsi həmin deyləmlinin 
məşvərəti nəticəsində həlak olmuşdu. Təsadüfən, bir dəfə həmin 
deyləmli müşavir özü bir səhv buraxdı,  şah  əmr etdi, tutub 
zindana saldılar. Deyləmli bir adam göndərdi ki, "filan qədər 
filan miqdarda mal verərəm, məni öldürmə". Fəzlun Məmlan 
dedi: Səndən öyrənmişəm ki, "Azadları incitmə, incitdinmi, 
başını vur". 
156 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Deyləmli müşavir öz canını pis şey öyrətmək üstündə 
qurban verdi. 
Yaxşılıq edib danlanmağı pislik edib tə'riflənməkdən daha 
üstün tuturam. Bütün xahişlərin nəticəsi nöqsanlı olar, heç vaxt 
var-dövlətlə qürrələnmə,  şah xidmətində  də  əvvəlcə ad-san 
axtar. Ad-san oldumu, dövlət onun ardınca öz ayağı ilə qaça-
qaça gələr.  Şaha xidmət etməyin  şərəfi dövlətli olmaqdan çox 
yüksəkdir. Sən  şah xidmətində kökəlmiş olsan da, özünü arıq 
göstər, arxayınçılıq olar. Görmürsənmi, qoyun da arıq olanda 
kəsilməyəcəyindən arxayın olur, heç kəs onu kəsməyə çalışmır, 
kökələndə isə hamı onu yemək tamahına düşür?! 
Dirhəm xatirinə  ağanı satan olma. Şah qulluğunda 
qazanılan dirhəm gül kimi bir şeydir:  ətri məşhur, lətif,  əziz 
olar, amma kül kimi ömrü də az olar. 
Fərqi orasındadır ki, şah xidmətində əldə edilmiş pulu gül 
kimi gizlətmək olmaz, şah xidmətində toplanmış  hər dirhəm 
qalxmış tozdan da tez dağılıb gedər. 
Şahlar  şahına xidmət etmək  ən gözəl sərmayədir, qazanc 
eşqi ilə  sərmayəni  əldən vermə. Sərmayə yerində olduqca 
həmişə qazanca ümid bəsləmək olar, sərmayə  əldən çıxdımı, 
bütün qazanc qapıları bağlanır. Kim pulu canından əziz tutsa, o, 
tezliklə əzizlikdən zəlilliyə düşər. Şərəf var ikən mal toplamağa 
meyl göstərənlər topladıqları maldan başqalarına da verib 
onların ağzını bağlamasalar, məhv olarlar. 
 Şah xidmətində yüksəlib böyük mənsəb sahibi olsan, öz 
ağana xəyanət etmə, etsən, bu, sənin bədbəxt olacağını göstərər, 
çünki bir böyük bir kiçiyi böyük mənsəbə çatdırsa və o, buna 
qarşı mükafat olaraq öz ağasına xəyanət etsə, bu, Allah-taalanın 
həmin böyüklüyü ondan alacağına dəlalət edər,  əks halda o 
bədbəxt yaxşılıq qarşısında ağasına pislik etməzdi. 
H e k a y ə t. Əmir Fəzlun  Əbussüvar
241
 Hacib 
Əbulyüsrü
242
  Bərdə  şəhərinə sepəhsalar göndərmək istərkən 
Əbulyüsr dedi: "Qış gəlməyincə getmərəm, Bərdənin iqlimi çox 
pisdir, xüsusilə yayda". Bu barədə uzun söhbət getdi. Əmir 
Fəzlun dedi: "Nə üçün belə duşünürsən? Əcəl çatmamış heç kəs 
ölməmiş  və ölməyəcəkdir də".  Əbulyüsr dedi: "Şah buyuran 
doğrudur, heç kəs  əcəli çatmamış ölməz, lakin əcəli çatmamış 
adam yayda Bərdəyə də getməz". 
Bir də dost və düşmənlərin işindən qafil olma, sənin xeyir 
və  zərərin dost və düşmənə çatmalıdır. Böyüklüyün hüsnü 
orasındadır ki, dosta xeyir, düşmənə  zərər verə biləsən. Adam 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
böyük mənsəbə çatdıqda, barsız ağac kimi olmamalı, 
böyüklüyündən yalnız dövlət  əldə etmək üçün istifadə 
etməməlidir. Əgər o heç kəsə xeyir ya zərər verməsə, yüz min 
dinarı olan cühud kimi bir şeyə oxşar, heç kəsə xeyir ya zərəri 
olmadığı üçün ən alçaq adam hesab edilər. Deməli, sənin 
mənafeyin öz arzu və istəklərini yerinə yetirmək və alicənablıq 
göstərib xalqa kömək etməkdən ibarətdir. Peyğəmbər s. və s.dən 
eşidiblər, deyib ki, "İnsanların  ən yaxşısı insanlara xeyir 
verəndir". 
Hakimiyyəti sona çatmaqda olan ağaya qulluğa girməyə 
can atma, qocalmış hökmdarın dövləti  ətrafına dolanma, bir 
qədər ömrü qalmış olsa da cavanlara nisbətən, xalq onu ölümə 
daha yaxın hesab edər. Birdə az qoca ola bilər ki, ömr ona vəfa 
etsin. 
Həmişə  şah qulluğunda xidmətdə qalmaq istəyirsənsə, 
Abbasın
243
 öz oğlu Abdullaha
244
 dediyi kimi ol, O, Abdullaha 
demişdir: "Bil, ey oğul, bu kişi, yə'ni Ömər Xəttab (Allah ondan 
razı olsun) sənə öz yanında iş vermiş  və hamıdan çox sənə 
e'tibar etmişdir, indi istəyirsən, düşmənlərin sənə üstün 
gəlməsinlər, gərək beş xasiyyəti saxlayasan ki, arxayın olasan: 
birincisi, gərək səndən yalan eşitməyə; ikincisi, onun yanında 
heç kəsə eyib tutmayasan; üçüncüsü, ona xəyanət etməyəsən, 
dördüncüsü, onun əmrindən çıxmayasan; beşincisi, onun sirrini 
heç kəsə açmayasan. Beləliklə camaatın əlindən xilas olar və bu 
beş xasiyyətlə məqsədə çatarsan. 
Bir də öz ağanın qulluğunda səhlənkarlıq etmə səhv etsən 
təqsirini boynuna al, özünü elə göstər ki, nadanlıq üzündən 
edibsən. Qoy inansın ki, sən bunu qəsdən etməmisən, səhvən 
olubdur. Burada tərbiyəsizlik və tabe olmamaq məsələsi yoxdur, 
çünki bilməməzliyi sənə günah hesab etməzlər, tərbiyəsizlik, 
tabe olmamağı isə günah sayarlar. Həmişə hər şeyi deyilməmiş 
yerinə yetir, başqasının görmək istədiyi işi də çalış sən gör. Elə 
etmək lazımdır ki, səni həmişə işdə, öz işinlə məşğul görsünlər. 
həmişə xidmətdə hazır ol, şah kimi axtarsa, səni görsün. 
Şahların adəti budur ki, həmişə özlərindən aşağıları yoxlarlar. 
Əgər səni bir dəfə, iki dəfə, on dəfə çağırsa, gərək həmişə 
qabağında hazır olasan və  sənin  şah sarayında olduğun həmişə 
gözə çarpsın, onda böyük işləri də  sənə e'tibar edər, necə ki, 
Qəməri Gürgani
245
 deyir: 
B e yt  
Qarşısında söz demək qorxulu, böyük xətər,  
158 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Lakin qorxu çəkmədən, dənizdən çıxmır göhər! 
Kiçiklik zəhmətini boynuna götürməsən, böyüklük; 
rahatlığına çatmazsan. Görmürsənmi, sürmə yarpağı 
çürüməyincə, sürmə  əmələ  gələ bilmir. Cah-cəlallı: Allah yer 
üzünün böyüyünü elə yaratmışdır ki, hamı ona xidmət etməyə 
möhtacdır. 
Şah qarşısında heç kəsə həsəd apardığını bildirmə, sonralar 
biri haqqında doğru da danışsan inanmaz, həsəd hesab edər. 
Həmişə şahın qəzəbindən qorx.  
İki şeyə xor baxmaq olmaz: birincisi, şahın qəzəbi, ikincisi, 
alimlərin məsləhəti. Kim bu iki şeyə xor baxsa, tezliklə xar olur. 
Şah xidmətçiləri içərisində olmağın şərti bunlardır. 
Lakin iş gətirsə, bu dərəcədən keçib daha yüksək mənsəbə 
çata bilsən və padşaha nədim
246
 olsan, gərək nədimliyin bütün 
qaydalarına bələd olasan. İndi də  nədimliyin  şərtlərini demək 
istəyirəm. Allah köməyin olsun. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
 
Otuz səkkizinci fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin