Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə78/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   74   75   76   77   78   79   80   81   ...   103
SİPƏHSALARLIQ
269
 QAYDALARI VƏ ŞƏRTLƏRİ 
HAQQINDA 
Bil, ey oğul, əgər sipəhsalar olsan, ordu və rəiyyətlə yaxşı 
dolan, həm özün tərəfindən, həm də hökmdarın tərəfindən 
yaxşılıq et. Rəiyyətə qarşı xeyirxah ol, həmişə  zəhmli görün, 
ordu təşkil etməyi və döyüş qaydalarını yaxşı bil. Müharibə baş 
verdikdə sağ  və sol cinaha davadan çıxmış, dünya görmüş, 
təcrübəli sərkərdələr göndər.  Ən  şücaətli sərkərdəyə  ən yaxşı 
dəstə ver, ordunun yanlardan və arxadan qorunmasını ona tapşır. 
Düşmən nə qədər zəif olsa da, sən ona zəif baxma, qüvvətli 
düşməndən edəcəyin qədər gücsüz düşməndən də ehtiyat et. 
Vuruşda çox da dəliqanlılıq etmə, ordunu bada verərsən, o qədər 
ağciyər də olma, ordunu məğlubiyyətə uğradarsan. 
Həmişə silah və atları yaxşı saxla, Casus yollayıb 
düşmənin vəziyyətini öyrənməyi unutma, ordu önündə gecə-
gündüz kəşfiyyatçı dəstələri göndərməyi yaddan çıxarma. Vuruş 
günü düşmən ordusuna nəzər saldıqda və iki qoşun bir-birinə 
qarşı durduqda üzügülər ol və öz orduna onların kim 
olduqlarını, kimlərdən doğulduqlarını,  əsil-nəsəblərini xatırlat 
və de ki, "Biz bu saat düşmənin atasını yandıracağıq, onları 
darmadağın edəcəyik". 
Ordunun hamısını birdən irəli aparma, bayraq-bayraq, 
dəstə-dəstə atlılar göndər. Hərəsinə bir salar
270
, bir sərhəng
271
 
tə'yin et və de: "Filankəs, sən öz dəstənlə irəli!". Özün üçün 
hücuma layiq olan əmiri öz yanında saxla. Yaxşı vuruşana, 
düşmən öldürənə, yaralayana, əsir tutana, at gətirənə, baş 
gətirənə, tə'rifə layiq xidmət göstərənə artıqlaması ilə hörmət et, 
maaşını artır, xələt ver. Belə hallarda qənimət dalınca qaçma, 
alçaqtəbiət olma, onda məqsədinə çatarsan. Bunu gördükdə 
bütün qoşun vuruşa qalxar, heç kəs döyüşdən boyun qaçırmaz 
və arzuladığın qələbəni  əldə edərsən. Sənin istəyin bu yolla 
yerinə yetirilə bilsə, çox gözəl olar. Amma sən hövləki olma, öz 
yerində dur, davaya girişmə, çünki sipəhsalar özü davaya 
girişsə, iş  şuluqlaşa bilər. Lakin davaya girişməli olsan, bərk 
vuruş, qaçmaq ağlına belə  gəlməsin ölənə  qədər vuruş, çünki 
ölümü gözünə almış adamı yerindən qopartmaq olmaz. Gözlə 
Soltan Mahmudun Xarəzmi fəthində Əscədi
272
 tərəfindən təsvir 
edilən sipəhsalarlardan olmayasan: 
B e y t 
174 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Sipəhsalar dilərdi ordu qırsın, kamran olsun,  
Axır məhv etdi bir ordu, o da öz şanlı ordusun. 
Əgər qalib gəlsən, qaçanların dalınca çox uzaqlara getmə, 
qayıdanda böyük xətalar baş verə bilər, işlərin nə ilə 
qurtaracağını bilmək olmaz. Böyük əmir (atam), Allah ona 
rəhmət eləsin, qaçanın dalınca getməzdi və heç kəsi də getməyə 
qoymazdı, çünki heç kəs müharibə qaydasını ondan yaxşı 
bilməzdi. Soltan Mahmud da belə edərdi və deyərdi: "Qaçan 
yorulduqda cana doyub dayanar, geri dönsə, vuruşmasan 
yaxşıdır, xatası var". Müharibəyə gedərkən, istər-istəməz 
zahirdə başınla-gözünlə oraya necə girdiyini görəcəksən, lakin 
batində  qəlbinin gözü və  ağlınla oradan necə  çıxacağını 
görməlisən, bəlkə sən düşünən kimi oldu. Bir də bu deyəcəyim 
sözü unutma, bunu bir yerdə demişəm, bir də  təkrar edirəm. 
Müharibə olsa, yerin dar olsa, məsələn, arxanda bircə addım yer 
qalsa, amandır bir addım da geri qoyma, çünki bircə qarış geri 
getsən, dərhal səni geri çəkilən hesab edərlər. Həmişə durduğun 
yerdən irəliləməyə çalış, heç vaxt bir də geriləmə. 
Elə etmək lazımdır ki, ordu həmişə sənin canına və başına 
and içsin. Sən özün də orduya qarşı əli-açıq ol, hədiyyə, ən'am, 
xələt verə bilməsən, heç olmasa, çörəyi,  şərabı, xoş sözünü 
onlardan əsirgəmə. Bir tikə çörək, bir qurtum şərabı da ordusuz 
içmə.  
Çörəyin edə biləcəyini qızıl, gümüş və hədiyyə edə bilməz. 
Həmişə ordunu ürəyişad saxla. İstəyirsən canlarını  səndən 
əsirgəməsinlər, çörəyini onlardan əsirgəmə. 
Hər şey böyük Allahın əmrinə bağlı olsa da, sən düzgün və 
lazımi tədbir gör, o şey ki, alına yazılıb, o onsuz da olacaqdır. 
Demək,  əgər Allah-taala sənə  mərhəmət göstərib  şahlığa 
çatdırsa, şahlıq şərtlərini yerinə yetir, tə'rifə layiq həyat keçir, ali 
düşüncəli və müstəqil fikirli ol.  
 
 
 
Qırx ikinci fəsil 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin