Elçinin bunu deməkdən məqsədi o idi ki, Şəmsülməali özü
haqqında Əzüdəddövlənin hər şeyi bildiyini başa düşsun,
Əzüdəddövlə elçini belə öyrətmişdi. Şəmsülməali deyir: "Sağ
olsun. Bu mərhəməti üçün ona mənim minnətdarlığımı bildir.
Lakin onun haqqında mənim daha çox narahat olduğumu söylə,
de ki: Səni yola saldığı o seşənbə günü ayın filanında, hamin
gecədə filan məclisdə şərab içib filan yerdə yatmışdı, Nuştəkinlə
birlikdə xəlvətə çəkilib kef eləmişdi, sonra gecə yarısı oradan
qalxıb arvadların olduğu evə getmiş, dama dırmaşaraq oradan
Xizran adlı bir sazəndənin otağına girmiş və onunla da bir
müddət təklikdə qalmışdı. Sonra damdan aşağı düşərkən ayağı
sürüşmuş və nərdivandan yerə yıxılmışdı. Buna görə də mən
onun tərəfindən yaman narahat idim. Öz-özümə düşünurdüm:
Gör qırx iki yaşında kişi nə qədər ağlını itirmiş,
iradəsini əldən
vermişdir. Nə üçün o qədər şərab içir ki, damdan aşağı düşə
bilməsin, nə üçün gecə yarısı yatağından durub gedir ki, başına
belə bir iş gəlsin".
Bu yolla elçiyə başa salır ki. o da hər şeyi bilir.
Dünya şahlarının vəziyyətindən xəbər tutduğun kimi, öz
məmləkətinin, ordunun və rəiyyətinin də halından xəbərdar ol,
bil ki, necə dolanırlar.
H e k a y ə t. Bil, ey oğul, sənin dayın Modud ibn 'Məs'ud
Qəzneyndə olarkən, mən oraya getdim. Məni çox əzizlədi, çox
ehtiram göstərdi. Bir az keçdi, məni görüb bələd olduqdan sonra
özünə xüsusi nədim tə'yin etdi.
Xüsusi nədimin vəzifəsi bu idi ki, həmişə onun məclisində
olsun. Ona görə o biri nədimlərin olub olmamasına baxmayaraq,
mən həmişə yemək və içmək vaxtı onun məclisində hazır
olardım. Bir gün səhər tezdən şərab içib məst olmuşdu, kefli
halda ordunun rəsm-keçidinə tamaşa edib xalqı qəbul
etməyə
başlamışdı. Camaat gəlir baş əyir, çıxıb gedirdi. Növbə böyük
xacə Əbdürrəzaq ibn Həsən əl-Meyməndiyə
283
çatdı, o şahın
vəziri idi, gəlib şahın yanında oturdu. Bir az keçdikdən sonra
sarayın təşrifat müdiri gəlib baş əydi və xadim Əli ibn Rəbi'ə
284
bir məktub verdi, o da bunu Soltana təqdim etdi. Şah oxuduqdan
sonra üzünü vəzirə çevirib dedi: "Bu xəbərçiyə yüz çubuq
vurdurmaqla bir qulaqburması ver, gələn səfər ətraflı yazsın.
Burada yazıbdır ki, dünən gecə Qəzneyndə on iki min evdə kef
məclisi düzəlib. Mən bilmirəm bu evlər kimindir və hansı
küçədədir, indi özün bil". Vəzir dedi: "Şah sağ olsun, o, qısa
olsun deyə yığcam yazmışdır, təfsilatı ilə şərh etsəydi, bir kitab
182 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
çıxardı, onu oxumağa bir neçə gün vaxt lazım olardı. Şah rəhm
edib bu dəfə bağışlasa, deyərəm gələn səfərdən geniş yazar".
Şah dedi: "Bu dəfə bağışladım, gələn səfər xacə deyən tək
yazsın".
Demək gərək ordu və rəiyyətin işindən yaxşı agah olasan,
öz məmləkətinin vəziyyətindən xəbərsiz qalmayasan. Xüsusilə,
öz vəzirini nəzarət altında saxlamalısan, hər aldığı nəfəsdən,
içdiyi sudan xəbər tutmalısan. Çunki sən xanimanını ona
tapşırıbsan, ondan xəbərin olməsa, bu, o deməkdir ki, yalnız
vəzirdən deyil, xanimanından da xəbərin olmaz. Sənə tay olan
başqa ölkə şahları ilə dostluq etsən, yarımçıq
dost olma,
düşmənlik etsən, açıq düşmənlik et, öz tayınla gizlin düşmənlik
etmə, çünki…
H e k a y ə t. Eşitmişəm İskəndər öz düşmənlərindən biri
ilə davaya gedirmiş ona deyirlər: "Ey hökmdar, sənin düşmənin
olan bu adam qəflət yuxusundadır, dünyadan xəbəri yoxdur, ona
gecə basqını etmək lazımdır". İskəndər cavabında deyir:
"Qələbəni oğurluqla qazanan-şah adlana bilməz".
Şahlıqda böyük işlər görməyə adət et, çünki şah hamıdan
böyükdür, onun sözü, işi də hamıdan böyük olmalıdır. Beləliklə,
o, böyük ad qazanar, başqaları da
onun sözünün, işinin
böyüklüyünü təsdiq edər. Lə'nətə gəlmiş o it Fir'on
285
da bizim
cah-cəlallı yaradanımız haqqında, rəvayət edildiyi kimi, elə
böyük bir söz, yə'ni "Mən sizdən daha böyük Allaham," deməsə
idi bu ayə qiyamətə qədər oxunmaz, bu böyük söz xatirinə o
alçaq məl'unun adı hər yerdə çəkilməzdi.
Demək söylədiyim
kimi ol, səxavətsiz şahın şöhrəti olmaz, bir də imzanın qədrini
bil, onu böyük tut, hər kiçik şey üçün imza atıb möhür vurma.
Böyuk xələt, böyuk məmləkət bağışladıqda, fərman ver,
möhür vur, imza et. Elə ki, vədi verdin, üzürlü səbəb olmadan
onu pozma. Və'dəxilaf çıxmaq heç kəs üçün yaxşı deyil. Padşah
üçün isə çox pisdir.
Şahlığın şərtləri bunlardır. Hərçənd bu peşə çox əzizdir,
lakin kitabın həcmi və mənim imkanım
daxilində nə mümkün
idisə hamısını deyib yazdım Əgər sən başqa sənət sahibi olsan,
məsələn, kəndçilik kimi və başqa hər hansı işdən yapışsan,
gərək onun qaydasını öyrənəsən ki, həmişə düz gətirib rövnəq
tapsın. Allah özü köməyin olsun.
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib