abadlaşdır. Həm gəlirin birə on artsın,
həm Allah bəndələrinin
ruzisini əlindən alma.
Hekayət. Bil, Pars şahlarından birinin vəzirinə acığı tutdu
və vəzifədən azad etdi, onun yerinə isə başqasını qoydu. Sonra
azad edilmişə dedi: "İxtiyarında olmuş vilayətlərdən özünə bir
yer seç, onu bağışlayım, öz dövlət və xidmətçilərinlə oraya köç.
Vəzir dedi: "Var-dövlət istəmirəm, olanlarını da hökmdara
bağışlayıram, heç bir abad yer də istəmiəm ki, mənə
bağışlayasınız, əgər
lütf etmək fikriniz varsa, məmləkətinizdən
bir uçuq kənd bağışlayın, mən də öz adamlarımla gedib oranı
abad edim və orada qalım". Şah əmr etdi, neçə uçuq kənd
istəyirsə, ona versinlər. Şahın bütün məmləkətini axtardılar, ona
vermək üçün bir xaraba kənd, bir uçuq daxma tapa bilmədilər.
Şaha xəbər verdilər. Vəzir dedi: "Şahım, mən bilirdim ki,
mənim ixtiyarımda olan vilayətlərin heç birində bir dənə də
xaraba yoxdur, indi ki, ölkəni məndən geri alırsai, heç olmasa
elə adama tapşır ki, ondan da geri almaq istəsən, mən qaytaran
kimi sənə qaytara bilsin".
Bu söz mə'lum olduqdan sonra şah azad edilmiş vəzirdən
üzr istədi, ona xələt göndərib vəzirliyi yenidən ona tapşırdı.
Buna görə vəzirlikdə qurucu,
abadedici və ədalətli ol ki,
dilin və əlin də uzun olsun. Belə halda həyatın da təhlükədə
olmaz Ordu sənə qarşı çıxsa, ağan çarəsizlikdən sənin əlini
gödəldəcək ki, onun öz əlini gödəltməsinlər.
Demək, sən zülmü yalnız özünə deyil, orduya, ağana və
özünə etmiş olarsan, o cüz'i vergi sənin işində böyük nöqsan
yaradar.
Şahı ordu və rəiyyətə yaxşılıq
etməyə vadar et, çünki
məmləkət rəiyyət və orduya görə, kənd isə kəndliyə görə abad
olar. Demək, abadlığa çalışsan, ölkə dolandırmış olarsan. Bil ki,
ölkəni ordu ilə saxlamaq olar, ordunu isə pulla, pulu isə
abadlıqla qazanmaq olar, abadlığı isə ədalət və insafla yaratmaq
olar. Demək, ədalət və insafı unutmaq olmaz.
Nə qədər sadiq və ehtiyatlı olsan, yenə də həmişə şahdan
qorx, hamıdan çox şahdan qorxası bir adam varsa o da vəzirdir.
Şah nə qədər kiçik olsa, sən onu kiçik hesab etmə, şahzadələr
ördək balaları timsalındadır, ördək balalarına
isə üzmək
öyrətməzlər, çox keçməz ki, o sənin yaxşı və pis işlərindən
xəbər tutar. Şah həddi-büluğa çatmışsa, iki haldan biri olar: ya
ağıllı olacaq ya axmaq. Ağıllı olsa, sənin xəyanətinə dözə
bilməyib üsulluca sənin əlini gödəldəcək, yox, Allah
göstərməsin, axmaq və nadan olsa, ən çirkin yolla səni
170 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
vəzirlikdən qovacaq. Ağıllıdan canını qurtara bilsən də
axmaqdan heç bir vəchlə qurtara bilməzsən.
Bir də şah hara
getsə, onu tək buraxma, qoyma düşmənlərin fürsət tapıb sənin
haqqında pis sözlər deməyə və onun fikrini, dəyişməyə nail
olsunlar. Öz ne'mət sahibinin halından xəbərdar olmağı heç vaxt
unutma, elə et ki, onun yaxın adamları sənin casusun olsunlar,
onun hər çəkdiyi nəfəsdən xəbər tutasan, vaxtında
hər zəhərə
qarşı bir padzəhr hazırlayasan.
Ətraf şahların vəziyyətindən xəbərdar ol, elə etmək
lazımdır ki, hər hansı bir ölkədə sənin dost və ya düşmənin bir
qurtum su içsə belə, onların adamları sənə mə'lumat versinlər,
onların məmləkətinin vəziyyətini öz şahının məmləkətini
bildiyin kimi bilməlisən.
H e k a y ə t. Eşitmişəm ki, Fəxrüddövlənin
Dostları ilə paylaş: