14 Müğilan—Ərəbistan çöllərində bitən tikanlı bitki, kol.
15 Fəqih—Din hüquqşünası, şəriət qanunlarını bilən
ruhani.
16 On xüsusiyyət—"Qabusnamə"də xarici və daxili
aləmi
dərk etmək nöqteyi-nəzərindən insanların on xüsusiyyətə
(dərəcəyə) görə heyvanlardan üstün yaradıldığı göstərilir. Y. E.
Bertels "dərəcə" sözünü "hiss" kimi tərcümə etmişdir, biz
"xususiyyət" kimi tərcümə edirik. Buraya həm "hissi"
kateqoriyalar, həm də psixoloji və təfəkkür kateqoriyaları
daxildir.
17 B a x: 16.
18 Çox içdikdən sonra əmələ gələn baş ağrısını aparmaq,
sərməstlik və xumarlıqdan ayılmaq
üçün içilən şərab nəzərdə
tutulur.
19 "Malını elə yerə qoy ki, istəyəndə tapa biləsən". S.
Nəfisi və Rzaqulu Xan hidayətin nəşr etdirdiyi
"Qabusnamə"lərdə fərq var. Y. E. Bertelsin
ruscaya etdiyi
tərcümədə bu cümlə: "Pulunu qoyduğun yerdə axtar" kimi
verilmişdir (B a x: "Kabus-namə", səh. 65).
20 Müvəkkil—Abbasi xəlifələrinin onuncusu, 847-861- ci
illərdə hakimiyyət başında olmuşdur.
21 Dəclə—Bağdaddan keçən çayın adı. Fəratla
birləşdikdən sonra Şətt-ül-Ərəb adı altında İran körfəzinə
tökülür.
22 Əl-Qaim Bi-Əmrillah—Abbasilərin iyirmi altıncı
xəlifəsi 1031-1075-ci illərdə hakimiyyət başında olmuşdur.
23 Sokrat—Qədim yunan filosofu (er. əvvəl 469-399-cu
illər).
24 İskəndər—İskəndəri Rumi (Makedoniyalı İskəndər)
nəzərdə tutulur (er. əvvəl 356-323-cü illər).
25 Əflatun—Qədim yunan filosofu (er. əvvəl 429-347-ci
illər).
202 /
ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ .……………………………………………..
26 Məhəmməd Zəkəriyya ər-Razi—İranın
məşhur həkim
və filosofu (240/854-55-320/932-33). Tibb elmindən əlavə onun
fəlsəfə, ədəbiyyat, kimya, musiqi və başqa
sahələrə aid çoxlu
əsərləri vardır.
27 Əftimun—Qədimdə dəliləri sağaltmaq üçün çay kimi
dəmlənib içiləh dərman. Dərman üçün işlənən ot, bitki adı.
28 Xosrov—I Xosrov Ənuşirəvan nəzərdə tutulur.
29 Buzurcmehr—Əslində farsca Bozorgmehr.
Ənuşirəvanın əfsanəvi, ağıllı və dərin fərasətli vəziri. Ərəb
dilində "k" səsi və hərfi olmadığından onu "c" ilə əzəz
etmişlər,
Bozorgmehr əvəzinə Büzürcmehr alınmışdır. Deyildiyinə görə.
o, "Kəlilə və Dimnə"yə bir fəsil də əlavə etmişdir (Təbib
Bərzuye fəsli).
30 Əbu-Şükur Bəlxi—X əsrin görkəmli şairlərindəndir.
Özünün qısa, hikmətli, dərin mə'nalı şe'rləri
ilə şöhrət
qazanmışdır. Əbu-Şukurun divanı hələlik tapılmamışdır, lakin
S. Nəfisi onun "Afərinnamə"sindən 192 beytə qədər toplaya
bilmişdir. 303/915- 6-cı illərdə anadan olmuş, 336/948-9-cu
illərdə "Afərinnamə" sini yazmışdır.
Dostları ilə paylaş: