5. Təşkilatı kommunikasiya Şəxslərarası informasiya mübadiləsi prosesinin və ünsiyyət


hərəkət edən məlumat təhrif oluna bilər. Ona görə ki, hər bir səviyyə onu



Yüklə 33,97 Kb.
səhifə25/34
tarix01.01.2022
ölçüsü33,97 Kb.
#50611
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
Təşkilatı kommunikasiya

hərəkət edən məlumat təhrif oluna bilər. Ona görə ki, hər bir səviyyə onu

öz xeyrinə uyğun olaraq şərh (təfsir) etməyə meyillidir. Belə təhrif

olunmanı minimuma endirmək üçün məlumatın ilkin şəkildə verilməsini

izləyən xüsusi heyətdən istifadə edilir.



Təşkilatı kommunikasiya

Kommunikasiya iki və daha çox insanlar arasında informasiya mübadiləsi prosesidir. Başqa sözlə desək, kommunikasiya dedikdə iki və ya daha çox subyekt arasında informasiya mübadiləsi prosesi başa düşülür. Kommunikasiyanın rolu ondan ibarətdir ki, o, daxili mühit sisteminin normal fəaliyyətini təmin etməklə yanaşı, həm də xarici mühitlə qarşılıqlı əlaqə yaradılmasmı təmin edir.Insanların vacib fərqləndirici xüsusiyyətlərindən biri mücərrəd (abstrakt) fikirləri ifadə etmək bacarığıdır. Bu, insanların şəxsi əlaqələrinin nə qədər dəqiq və səmimi olamsını, onlar arasında möhkəm əlaqələrin mövcudluğu ilə bağlıdır. İqtisadi ədəbiyyatlarda kommunikasiya informasiyanın bir subyektdən digərinə ötürülməsi kimi şərh edilir. Bu zaman subyekt kimi ayrı-ayrı şəxslər, qruplar və bütövlükdə təşkilatlar çıxış edə bilər. Birinci halda kommunikasiya şəxslərarası xarakter daşıyır və arzu edilən reaksiyaya cavab almaq üçün ideyaların, faktların, fikirlərin eyhamların hiss və ya qəbul etmələrin, duyğu və münasibətlərin şifahi və ya hər-hansı formada (yazılı, yest, poza, səsin tonu vermə vaxtı və s.) bir şəxsdən digərinə verilməsi yolu ilə həyata keçirilir.

Kommunikasiya və informasiya müxtəlif, lakin biri-biri ilə bağlı olan anlayışlardır. Kommunikasiya özündə həm nə verilirsə onu, həm də onun necə verilməsini birləşdirir. Kommunikasiya iştirakçılarının hər birinə qarşı tələblər irəli sürür. Belə ki, kommunikasiya prosesinin hər bir iştirakçısı görmək, eşitmək, hiss etmək və ya toxunmaq, iy və dad müəyyən etmək qabiliyyətinə malik olmalıdır.

Kommunikasiya” termini latın sözü olub “Communist” –dən götürülmüşdür. “Ümumi” mənasını verir. Verilən informasiya , alınan informasiya da “ümumilik” müəyyənləşdirməyə cəhd edir. Deməli, kommunikasiya sadəcə olaraq informasiyanın ötürülməsi kimi deyil, ümumi simvolların köməyi ilə dərk etmənin məna və ya məqsədləri kimi müəyyən edilə bilər.



Operativ, obyektiv və effektiv qərarın qəbul edilməsi üçün və ya problemin həqiqi miqyasının dərk edilməsi üçün əsas tələb, relevant dəqiq informasiyanın olmasıdır. Bu informasiyanın yeganə alınma üsulu isə kommunikasiyadır.Müəssisə insanlar arasındakı struktur tipli əlaqələrin qurulmasından ibarət olduğu üçün, onun effektiv fəaliyyəti kommunikasiyanın keyfiyyətindən asılıdır. Aydındır ki, insanlar arasında kommunikasiya dəqiq olmazsa, onlar ümumi məqsədə çatmaq üçün bir qərara gələ bilməzlər. Kommunikasiya prosesində informasiya təkcə düşünülmüş qərarların qəbul edilməsi üçün yox, həm də onların yerinə yetirilməsi üçün ötürülür. Əgər rəhbər öz qərarlarının əsasını tabeçiliyində olanlara çatdıra bilirsə, bu onların müvəffəqiyyətlə yerinə yetirilməsi ehtimalını artırır. Təşkilatın işçiləri yaxşı gördükləri işə görə hansı mükafatın veriləcəyini bilmirlərsə, onlar ruhlanmayacaqlar və işi yaxşı görməyəcəklər. Kommunikasiya nəzarət aparılmasında da, yardımçı funksiya kimi çox vacibdir. Kommunikasiya haqqında danışmazdan əvvəl informasiya anlayışını və informasiya proseslərini bilmək vacibdir. Çünki bu iki anlayış bir-birilə sıx bağlıdır. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür. İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir. Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.

İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır.

İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə ötürülməsi üçün modem (modulyator — demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir.

İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan, perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.

İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə çatdırılır.

Informasiya sistemlərinin işlənməsinin və tətbiq edilməsinin ən mühüm üstünlüklərindən biri, informasiyanın toplanması və işlənməsində operativliyi təmin etməklə yanaşı, həm də çoxvariantlı idarəetmə qərarlarının hazırlanması üçün imkan yaratmasıdır. Nər bir menecer bu sistemin köməyi ilə müxiəlif qərar variantlarından ən əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir

Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox, həmçinin müəssisənin bölmələri arasında, digər müssisələrlə, bazarla, partnyorlar və rəqiblərlə və digər iştirakçılarla qarşılıqlı əlaqələrin qurulması və istifadə olunması kimi başa düşülməlidir.


Yüklə 33,97 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin