Təşkilatlardakı cəmiyyətlərarası kommunikasiya özündə aşağıdakıları birləşdirir:
1 - Müxtəlif şöbələr (bölmələr) arasındakı kommunikasiya. Bütün təşkilatların üfüqi kommunikasiyaya ehtiyacı vardır. Çünki təşkilat bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlər sisteminin məcmusu olduğundan rəhbərlik təşkilatı lazımi istiqamətdə irəliyə aparmaq üçün xüsusi elementlərin birgə işləməsinə nail olmağa çalışmalıdır.
2 – Rəhbər-tabeçi kommunikasiyası təşkilatdakı kommunikasiyanın göz qabağında olan komponentidir. Rəhbər tabeçilikdə olanlar arasındakı informasiya mübadiləsinin bir sıra müxtəlif növləri vəzifə prioritet və gözlənilən nəticələrin biruzə verilməsi və vəzifələrin həll edilməsinə şöbələrin cəlb edilməsinin təmin edilməsi ilə işin effektliyi probleminin müzakirə edilməsi ilə motivasiya məqsədilə tanınma və mükafatlandırmaya nail olmaqla bağlıdır.
3 – Rəhbər və işçi qrupu arasında olan kommunikasiya. Bu rəhbərlərə qrupların hərəkət effektliyini yüksəltmək imkanı verir. İnformasiya mübadiləsində qrupun bütün üzvləri iştirak etdiyindən bir yerdə necə işləməyin zəruriliyi ilə bağlı olaraq şöbənin yeni vəzifələri prioritetləri “imkanları” haqqında onların hər biri düşünmək imkanına malik olur. Informasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq. Informasiya sistemlərinin işlənməsinin və tətbiq edilməsinin ən mühüm üstünlüklərindən biri, informasiyanın toplanması və işlənməsində operativliyi təmin etməklə yanaşı, həm də çoxvariantlı idarəetmə qərarlarının hazırlanması üçün imkan yaratmasıdır. Nər bir menecer bu sistemin köməyi ilə müxiəlif qərar variantlarından ən əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir
Kommunikasiya və informasiya müxtəlif,lakin bir-birilə bağlı olan anlayışlardır.Kommunikasiya özündə həm nə verilisə onu,həm də onun necə verilməsini birləşdirir.Kommunukasiya aktının baş tutması üçün ən azı 2 şəxs möcud olmalıdır.Belə ki,kommunikasiya prosesinin hər bir iştirakçıları görmək, eşitmək,hiss etmək və ya toxunmaq,iy və dadı müəyyən etmək qabiliyyətinə malik olmalıdır.