DaĢı deĢən, suyun qüvvəti deyil, damlaların davamlılığıdır.
M ə s ə l
mövqelərinə yaxınlaşır, həm də yaralıları çıxarırdıq. Digər bölük və
tağımların əsgər və zabitləri özlərini itirmiş, necə hərəkət etmək lazım
olduğunu bilmirdilər. Hətta bəzi zabit və əsgərlər ölən silahdaşlara görə
ağlayırdı. Mən onlara acıqlandım və düşmənin meşə ilə sağ cinahdan
arxamıza keçərək mühasirəni qapatmaq istədiyini qışqıra-qışqıra
bildirdim. Bu komandaları daldalandığım kiçik daşın arxasından
verirdim. Ordan kənara çıxmaq qeyri-mümkün idi. Çünki düşmən üç
tərəfdən bizim mövqe tutduğumuz təpəni atəş altında saxlayırdı. Oradan
hər hansı bir tərəfə çıxmaq isə ölüm demək idi.
Atəş səsləri bir qədər azalanda sağ tərəfdə, təpənin arxasında
meşədə səs eşitdim. Bu səsləri ayırd etmək lazım idi. Onlar ya bizə
köməyə göndərilənlər idi, ya da düşmən meşə ilə arxamıza keçmək
istəyirdi. Vaxt itirmək olmazdı. Mən pulemyotçu Elxana məni qorumaq
üçün düşmən hədəflərinə atəş açmağı bildirdim və təhlükəli olsa da,
sürünə-sürünə təpənin üstünə çıxdım. Hər yandan güllələr çovuyurdu.
Açıqlığa çıxdığım üçün güllələr ətrafıma düşür, daşlara dəyərək
vıyıldayırdı. Mən bunlara əhəmiyyət vermədən meşədəki səslərə qulaq
asır və atılan güllələrdən onların istiqamətini müəyyən etməyə çalışırdım.
Aşağıda meşədə bir nəfərin “Qarik, Qarik” deyərək çox da yüksək
olmayan səslə kimisə çağırdığını eşitdim. Səs 30-40 metr məndən
aşağıdan ağacların arasından gəlirdi. Bunlar yəqin ki, ermənilər idi. Mən
başımı bir qədər də yuxarı qaldıraraq səslərə diqqətlə qulaq asmaq
istədim və onları görməyə çalışdım. Düşmənin aşağıdan-meşədən və Lök
qalası tərəfdən qəfil atdığı işıqsaçan güllələr üstünə uzandığım qayaya
dəyərək çovudu. Daşın qırıntıları üz-gözümə və ətrafa səpələndi. Bəlkə
də düşmən məni görmüşdü. Mən cəld arxa tərəfə yumalanaraq, meşəyə-
ermənilərin səsi gələn tərəfə iki F-1 qumbarası atdım. Qumbaralar
meşədə partladı və ermənilərin qışqırtıları eşidildi. Komandir məndən
orada nə baş verdiyini soruşdu. Mən ermənilərin arxamıza keçmək
istədiklərini bildirdim. Mən təpədən aşağı, komandirin yanına
yumalandığımı görərkən, Mehdiyev Mirzəli və Həsənov İlqar bir anlıq
özlərini itirdilər və mənim vurulduğumu zənn edərək, mənə tərəf qaçmaq
istədilər. Lakin mən onlara gizləndikləri yerdən çıxmamağı əmr etdim və
düşmən hədəflərini atəş altında saxlamağı tapşırdım. Kapitan F.Alışov
“Qorxmaz”a yenidən meşəni atəşə tutmaq barədə məlumat verdi. Yuxarı
komandanlıq yenidən bizim sağ cinahımızı-təpənin aşağı tərəfini atəşə
tutdu. Biz düşmənlə o qədər yaxın mövqedə idik ki, hətta, Susuzluq
kəndindən atılan iri çaplı pulemyot güllələri yanımıza-bizdən 10-15 metr
234
təpənin aşağısına-səpələnirdi.
Bir neçə dəqiqədən sonra yenidən sürünərək təpənin üzərinə
qalxdım və əsgərlərdən aldığım daha iki qumbaranı dalbadal kolluğa
atdım və avtomatla meşəni atəşə tutdum. Buradan bizim pulemyotla
düşmən hədəflərinin necə vurduğunu müşahidə etdim və daraqdan
güllələr qurtaran kimi yenidən yumalanaraq komandirin-kapitan
F.Alışovun yanına qayıtdım. Komandirə əsgərlərə eşitdirməmək üçün
vəziyyəti sakitçə başa saldım və ermənilərin sağ tərəfdən arxamıza
keçmək istədiklərini ona bildirdim. Yuxarı komandanlığa məlumat
verməsini və meşənin iri çaplı pulemyotla daimi atəşə tutulmasının vacib
olduğunu dedim. Komandir ratsiya ilə yuxarı komandanlığa hədəfləri
yenidən bildirirdi.
İki-üç dəqiqədən sonra Susuzluq kəndindən zenit
pulemyotu yenidən deyilən hədəfləri vurmağa başladı. Ermənilərin
qışqırtıları meşədən eşidilməyə başladı. Onların arxamıza keçmək
cəhdləri baş tutmadı. Bu vaxt bizim əsgərlərdən bir dəstə mühasirədən
çıxmaq istəyi ilə Güneypəyə kəndi istiqamətində (düşmən mövqelərinin
yaxınlığına tərəf) bizdən uzaqlaşaraq meşə talası ilə fermalara tərəf
çəkilməyə başladı. Mövqe tutduğum daşın arxasından onlar görünürdü.
Ərazini tanımadıqları üçün onlar meşə ilə düşmən mövqelərinin
içərilərinə tərəf çəkilir, düşmənə daha da yaxınlaşırdılar. Bu həm də
əsgərlər arasında vahımə yarada bilərdi. Komandir mənə onları geri
qaytarmağı tapşırdı. Mən “oldu”-dedim və güllələri boşalmış daraqlara
doldurub qurtaran kimi-komandirə və yanımızdakı əsgərlərə “Məni
qoruyun”-deyib, yamacla aşağı qaçdım. 30-40 metr açıqlıqdan-düşmənin
atəş altındakı taladan keçməli idim. Mənə atılan saysız güllələr yağış
kimi yağaraq ətrafdakı daşlara dəyib çovuyurdu. Talanı qaçaraq keçdim.
Yüzlərlə güllədən heç biri “hədəfə” dəymədi...
Əsgərlərin yanına çatıb hara getdiyiklərini soruşduqda onlar
buraları tanımadıqlarını bildirdilər. Mən getdikləri yerin ermənilərin
əlində olduğunu dedim və onları geri qaytarıb ağacların arxasında və
kiçik təpəlikdə mövqe tutmalarını və düşmən mövqelərinə atəş açmalarını
əmr etdim. Hər bir əsgəri demək olar ki, bir-bir mövqelərdə
yerləşdirirdim. Buradan bizi mühasirəyə almış düşmənin sol cinahını
atəşə tutduq. Mühasirədə döyüşməyimizə baxmayaraq xeyli düşmən
əsgərini məhv etdik...
Mən əsgərləri mövqelərdə qoyub yenidən komandirin yanına
qayıtdım. Artıq axşam düşürdü. Qaranlığın düşməsi bizim üçün əlverişli
idi. Bundan istifadə etməklə mühasirədən çıxmaq olardı. 5-6 saat ərzində
mühasirə döyüşünü aparmağımızın əsas məqsədi də elə bu idi.
Artıq atəş səsləri azalmışdı. Biz yaralıları döyüş meydanından
|