93
məbləğində təzminat verməli, təzminat ödənilənə qədər Fransanın şimali-şərq departamentləri mütəffiq
qoşunların nəzarəti altında qalmalı, ordu və dövlət aparatında təmizlik keçirməli, Fransa hökumətinin 1815-
1818-ci illərdəki fəaliyyəti 4 müttəfiq dövlətin səfirlərinin nəzarəti altında olmalıdır.
Vyana sisteminin başlıca müdəalarından olan Avropada ərazi dəyişiklikləri məsələsi I Paris sülhünün
diqqət mərkəzində olmuş, 1815-ci il iynun 9-da Vyana konqersində qəti şəkildə həll edilmişdi. Konqresin qəbul
etdiyi 121 bənddən və 17 əlavədən ibarət Yekun aktı Avropadakı sərhəd dəyişikliklərini qanuniləşdirirdi. Yekun
aktına görə, Fransanın ərazisi 1792-ci ilin yanvarına olan sərhədlərlə məhdudlaşdırılırdı. Konqerasin gedişində
Prussiyanın Elzas, Lotaringiya və Reyn çayının sol sahillərinə olan ərazi iddiaları rədd edildi.
Vyana konqresi Almaniya və İtaliyada feodal pərakəndəliyini bir qədər dəyişilmiş formada saxladı.
Məlum olduğu kimi, I Napoleon III koalisiyanın qüvvələrini darmadağın etdikdən sonra 1806-cı il sentyabrın
12-də Reyn İttifaqının yaradılması haqqında dekret imzalamışdır ki, buna əsasən 16 Qərbi Alman dövləti vahid
ittifaqda birləşdirdi. İttifaqın başında Fransa dururdu, I Napoleon isə Reyn İttifaqının
ömürlük protektoru elan
edilirdi. Müqaviləyə görə, yeni ittifaqın hər bir üzvü Napoleona müəyyən miqdar hərbi qüvvə ilə yardım etməli
idi. İtalyan krallığının yaradıcısı da I Napoleon idi. Əldə edilmiş razılığa əsasən Alman İttifaqına Avstriya və
Prussiya da daxil idilər. Yeni birliyə «İttifaq seymi» rəhbərlik etməli idi. Konqresin qərarına görə, «Alman
ittifaqı» 34 dövlətdən və 4 azad şəhərdən ibarət idi. İtaliyan İttifaqı isə 7 müstəqil dövlətdən ibarət olmalı idi.
Konqres İtaliyanın ərazisi olan Lombardiya və Venetsiyanı Avstriyaya verdi.
Vyana konqresi Napoleon əleyhinə olan VI koalisiyanın təşkilatçısı İsveçi də layiqincə mükafatlandırdı.
Norveç uniya əsasında daxili muxtariyyatı saxlanmaq şərti ilə İsveçə verildi.
Konqres şahzadə I Oranlı Vilhelm başda olmaqda Hollandiyanın dövlət müstəqillyini bərpa etdi. Cənubi
Niderland (Belçika) Hollandiyaya verildi və yeni dövlət Niderland krallığı adlandırılmağa başlandı.
İsveçrənin dövlət müstəqillyi də bərpa edilir və onun «əbədi bitərəfliyi» qanuniləşdirilirdi. Qərara alındı
ki, Alp respublikası azad, müstəqil vaə bitərəf «kantonlar ittifaqı» əsasında təşkil olunsun.
Napoleona qarşı mübarizənin gedişində Prussiyanın və Avstriyanın xidmətlərini xüsusi qeyd edən
konqres hər iki dövlətin ərazicə genişlənməsinə imkan verdi. Prussiya Rusiya ilə olan razılaşmaya əsasən
Saksoniyanı (I Napoleonun müttəfiqi) tam şəkildə əldə edə bilməsə də Şm. Saksoniyaya sahibləndi. Reyn
Vestfaliya vilayəti və Pomeraniya da Prussiyaya verildi.
Konqresin nəticələri Avstriyanın Avropa diplomatiyasında mövqelərini olduqca möhkəmləndirdi. Belə
ki, Avstriya Habsburqlarının hakimiyyəti bütün İtaliyaya yayıldı. Tirol, Baltelina, Triyest, Dalmasiya, Avstriya
imperatoru I Fransın qohumları hakim təyin edildilər.
Vyana konqresinin gedişində Polşa-Saksoniya məsələsi ciddi ixtilafa səbəb oldu. Varşava hersoqluğunu
Rusiyaya birləşdirməyə can atan I Aleksandr Saksoniyanı Prussiyaya vəd etməklə onu öz
tərəfinə çəkməyə nail
olmuşdu. Bu məsələ ətrafında ixtilaf o dərəcədə dərinləşdi ki, Taleyranın təklifi ilə 1815-ci il yanvarın 3-də
İngiltərə, Avstriya və Fransa Rusiya və Prussiaya qarşı gizli ittifaq bağladılar. Müqavilə üç nüsxədən ibarət idi.
Müttəfiqlər Rusiya və Prussiyanın və Avstriyanın planlarını pozmaq qərarına gəlmişdilər. Taleyran Fransanın
qonşuluğunda olan Prussiyanın güclənməməsi üçün bütün vasitələrə əl atmışdı. Gərgin mübarizədən sonra
Saksoniyanın bir hissəsi Prussiyaya, Varşava hersoqluğunun 3,2 mln əhali yaşayan böyük hissəsi isə Rusiyaya
verildi. Lakin 1815-ci il martın 20-də Napoleon Parisə daxil olduqdan sonra Burbonlar sülaləsindən olan kral
XVIII Lüdovik elə tələsik şəkildə Parisdən qaçdı ki, 1815-ci il 3 yanvar müqaviləsinin Fransaya aid nüsxəsi
yaddan çıxıb imperatorun stolunun üstündə qaldı və I Napoleonun əlinə keçdi. Napoleon isə koalisiyanı
dağıtmaq üçün həmin gizli müqaviləni I Aleksandra göndərdi. I Aleksandr müqavilə ilə tanış olduqdan sonra
onun Metternixə təqdim etdi. Müasrləri deyirdi ki, Metternix
özünü elə itirdi ki, hətta yalan demək də yadından
çıxdı. Lakin çar: bizim bir düşmənimiz var –o da Napoleondur-deyərək koalisiyanın dağılmasına imkan
vermədi. Təsadüfi deyil ki, I Aleksandrın tədqiqatçıları bir məsələdə yekdildirlər ki, bu da Aleksandrın mahir
diplomat və siyasətçi olmasının etiraf edilməsindən ibarətdir.
Vyana konqresinin qəbul etdiyi qərarlar içərisində qul alveri məsələsi xüsusi yer tuturdu. Konqres zənci
qullarla ticarətin qadağan olunması ilə yanaşı, ümumiyyətlə köləliyi insanların «ilahi hüquqlarının pozulması»
kimi qiymətləndirərək qanundan kənar elan etdi.
Konqres diplomatik fəaliyyəti, dövlətlərarası münasibətlərin tarixi təcrübəsinə əsasən 1815-ci il martın
19-da «Diplomatik nümayəndəliklərin dərəcələri haqqında Əsasnamə» təsdiq etdi. Əsasnamə aşağıdakı
diplomatik dərəcələri müəyyənləşdiridi:
- I dərəcə: səfir, papa leqatı və kuntsiləri;
- II dərəcə: diplomatik nümayəndə-elçi;
- III dərəcə: nazir rezident (1818-ci il Aexan konqersinin qərarına əsasən təsdiq edilmşidir);
- IV dərəcə: müvəqqəti işlər vəkili.
Vyana sistemi və onun hüquqi bərkintisi olan «Müqəddəs ittifaq» yalnız Krım müharibəsi başa
çatdıqdan sonra (1853-1856) siyasi səhnəni tərk etdi və dövlətlər «real siyasət»
strateji kursuna uyğun xətt
yeritməyə başladılar. Legitimliyə əsaslanan beynəlxalq münasibətlər sistemi sona çatdı.
Vyana sistemi ideoloji və hərbi-siyasi baxımdan «Xalqların və monarxların Müqəddəs İttifaqının»
94
yaranması ilə tamamlandı. Avropa monarxlarının siyasi sarsıntılara qarşı mübarizə ittifaqı olan bu birliyin
yaranması ilə diplomatik leksikona «Pentarxiya» və «Avropa konserti» anlayışları daxil oldu..
Napoleonun «100 günü» Vyana konqresi iştirakçılarında belə bir fikir yaratmışdı ki, Fransada olduqca
böyük imkanlara malik «gizli inqilabi komitə» fəaliyyət göstərir ki, həmin komitə hər şeyə qadirdir. Yaranmış
şəraitdə, 1815-ci ilin sentyabrın 26-da Rusiya, Avstriya və Prussiya «Müqəddəs ittfaq» yaratmaqla nəinki
Fransaya, ümumiyyətlə Avropaya qarşı strateji kursa imza atdılar. 1815-1817-ci illərdə Roma papası, İngiltərə
və Türkiyədən başqa bütün Avropa dövlətləri «Müqəddəs ittifaqa» qoşuldular. İngiltərə də əvvəlcə faktiki onun
bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə
yatırmağa hazır idi. Bunu hadisələrin sonrakı gedişi əyani şəkildə göstərdi.
Tədqiqatçılar «Müqəddəs İttifaqın» mövcudluq və tarixini üç dövrə bölürlər:
- birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu «Müqəddəs İttifaqın» ən
qüdrətli dövrüdür. Bu dövrdə «Avropa konsertinin» iştirakçıları arasında fikir birliyi və fəaliyyət
həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aexan, Troppou-Loybax və Verone konqresləri keçirilir.
- ikinci dövr – 1823-1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır.
Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin
bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra,
sentyabrda onun
yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.
- üçüncü dövr – 1830-cu il İyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək
davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir.
Ümumiyyətlə, XVIII əsrin sonlarından etibarən Fransada burjua inqilabının təsiri ilə baş verən hadisələr
qlobal dəyişiklikləri şərtləndirməklə Vyana sisteminin qurulmasına yol açdı. Bununla belə, əsrin dörddə birində
baş verən hadisələr dünyanın sonrakı ictimai-siyasi və iqtisadi inkişafında mühüm rol oynadı.
Dostları ilə paylaş: