951) Layella sindromu hansı xəstəliyin ağır formasıdır:
A) Psoriazın
B) Toksikodermiyanın
C) Övrənin
D) Sklerodermiyanın
E) Atopik dermatitin
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
952) Hansı xəstəlikdə Nikolski simptomu müsbətdir?
A) Çoxformalı eksudativ eritemada
B) Kontakt dermatitdə
C) Dermatomiozitdə
D) Neyrodermitdə
E) Toksik epidermal nekrolizdə
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
953) Cell və Kumbsa görə allergik reaksiyaların neçə tipi ayırd edilir?
A) 1
B) 3
C) 2
D) 7
E) 4
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.9
954) Aşağıdakılardan hansı allergik reaksiyaların anafilaktik tipinə aid deyil?
A) allergik rinit
B) pollinoz
C) anafilaktik şok
D) allotransplantantın qopma reaksiyası
E) övrə və Kvinke ödemi
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.12
955) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :
A) AXOX
B) bronxial astma
C) bronxektoziya
D) miliar vərəm
E) ekzogen allergik alveolit
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 585
956) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?
A) lateks, beta-laktam həlqəli antibiotiklər
B) yodtərkibli rentgenkontrast maddələr, qeyri-steroid iltihab əleyhinə preparatlar
C) allergen ekstratları, siprofloksasin
D) dekstranlar, heterogen zərdablar
E) insulin, asetisalisil turşusu
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530
957) Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) residivverən və uzanmış gediş
B) heç biri
C) kəskin bədxassəli gediş
D) kəskin xoşxassəli gediş
E) abortiv gediş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484
958) Allergik rinitin differensial diaqnostikası hansı xəstəliklərlə aparılmalıdır?
A) sadalananların hamısı
B) serebrospinal maye axıntısı
C) qranulamatoz xəstələr (sarkoidoz, Vegener qranulamatozu)
D) nazal poliplər
E) siliar funksiya defekti
Ədəbiyyat: Midletons allergy, 2010, səh.983
Dostları ilə paylaş: |